Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ölkədə azad iqtisadi zonaların yaradılması ilə bağlı tədbirlər planı hazırlayıb. Nazir müavini İltimas Məmmədovun sözlərinə görə, məsələ ilə bağlı qanun qəbul edildikdən sonra işə başlanılıb: "Qanun xüsusi iqtisadi zonaların yaradılmasına xüsusi təkan verəcək. Bu qanun Azərbaycanda kommunikasiya texnologiyaları ilə bağlı texnoparkların yaradılmasına da imkan verəcək".
İltimas Məmmədov bildirib ki, hazırda nazirlik qanunun qüvvəyə minməsini gözləyir. Qanun qüvvəyə minəndən sonra bu barədə lazımi tədbirlər həyata keçiriləcək.
|