Cari ilin iyun ayında ərzaq məhsullarının qiyməti 2,2 faiz ucuzlaşıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ay istehlak mallarının qiymətləri və xidmət tarifləri ümumilikdə 0,5 faiz azalıb. Bunun müqabilində qeyri-ərzaq mallarının qiymətləri və xidmət tarifləri müvafiq olaraq 0,1 və 3 faiz bahalaşıb. Ümumilikdə, cari ilin 6 ayı ərzində qiymət və tariflər ötən ilin eyni dövrü ilə müqayisədə 16, ərzaq məhsullarının qiyməti 15,8, qeyri-ərzaq mallarının qiyməti isə 10 faiz bahalaşıb.
|