Kənd təsərrüfatında kooperasiya haqqında" qanun layihəsi hazırlanır
|
Şənbə, 25.07.2009
|
|
mətn ölçüsü |
|
|
|
Ərzaq Təhlükəsizliyi Uğrunda İctimai Birliyi "Kənd təsərrüfatında kooperasiya haqqında" qanun layihəsi hazırlayır. Bu barədə məlumat verən birlik rəhbəri Zahid Abbasovun sözlərinə görə, hazırkı şəraitdə belə qanun layihəsinin hazırlanması olduqca vacibdir: "Aqrar sahədə sahibkarlıq fəaliyyətinə dair hüquqi bazanın təkmilləşdirilməsi bu sahənin dinamik inkişafını təmin edə bilər. Xüsusən ərzaq təhlükəsizliyinin təmin edilməsində sahibkarların üzərinə düşən vəzifələrin icrası qanunla tənzimlənə bilər. Ümumiyyətlə, rəqabət qabiliyyətli məhsul istehsalı, istehsal məhsullarının tədarükü və emalının təşkili baxımından belə bir qanun hazırlanmasına ehtiyac yaranıb".
Zahid Abbasovun bildirdiyinə görə, hazırda qanun layihəsi üzərində iş gedir. Sənəd tam hazır olduqdan sonra müvafiq orqanlara təqdim ediləcək.
|
|
|
|
|
|
|