![]() |
çap et |
|
|||
Yaxın vaxtlarda ölkənin qiymətli kağızlar bazarına yeni istiqraz buraxılacaq. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlının sözlərinə görə, artıq istiqrazın bazara buraxılışı üçün komitəyə müraciətlər olunub. Hazırda bu müraciətlər araşdırılır. Yeni buraxılacaq istiqrazlar kommersiya borc istiqrazı adlanır. Yaxın vaxtlarda həmin istiqrazın bazara çıxması gözlənilir. Bu, mahiyyət üzrə gələcəkdə səhmə konvertasiya oluna bilən istiqrazdır. Bu barədə komitədə müraciətlər var. Yaxın vaxtlarda bununla bağlı qərar veriləcək.
Rüfət Aslanlı qeyd edib ki, hazırda bu istiqraza bazarda kifayət qədər tələbat var və komitə yaxın vaxtlarda həmin istiqrazların yeni növlərinin də bazara çıxarılmasına nail olacaq. Onu da qeyd edək ki, ölkədə korporativ istiqrazların həcmi 50 faiz artıb. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin statistik hesablamalarında da bu rəqəm əhəmiyyətli dərəcədədir. İpoteka kreditlərinin emissiya prospektinin birinci hissəsi may ayında təsdiqlənsə də, ikinci hissəsinin yerləşdiriləcəyi vaxt müəyyən deyil. Rüfət Aslanlının sözlərinə görə, təsdiq olunan emissiya prospekti 50 milyon manatdır: "Həmin istiqrazları Azərbaycan İpoteka Fondu qiymətli kağızlar bazarında yerləşdirib. 15 milyon manat təklifə qarşı bazarda 21 milyon manatdan artıq sifariş var idi. Hələlik ikinci hissənin yerləşdirilmə vaxtı müəyyən deyil. Bu Azərbaycan İpoteka Fondundan asılıdır. Bu barədə hələlik bizə məlumat daxil olmayıb". |