Hal-hazırda Ayna qəzetinin 25.07.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 25.07.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Bazara yeni istiqrazlar buraxılacaq
Şənbə, 25.07.2009

mətn ölçüsü  

Yaxın vaxtlarda ölkənin qiymətli kağızlar bazarına yeni istiqraz buraxılacaq. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlının sözlərinə görə, artıq istiqrazın bazara buraxılışı üçün komitəyə müraciətlər olunub. Hazırda bu müraciətlər araşdırılır. Yeni buraxılacaq istiqrazlar kommersiya borc istiqrazı adlanır. Yaxın vaxtlarda həmin istiqrazın bazara çıxması gözlənilir. Bu, mahiyyət üzrə gələcəkdə səhmə konvertasiya oluna bilən istiqrazdır. Bu barədə komitədə müraciətlər var. Yaxın vaxtlarda bununla bağlı qərar veriləcək.

Rüfət Aslanlı qeyd edib ki, hazırda bu istiqraza bazarda kifayət qədər tələbat var və komitə yaxın vaxtlarda həmin istiqrazların yeni növlərinin də bazara çıxarılmasına nail olacaq.

Onu da qeyd edək ki, ölkədə korporativ istiqrazların həcmi 50 faiz artıb. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin statistik hesablamalarında da bu rəqəm əhəmiyyətli dərəcədədir.

İpoteka kreditlərinin emissiya prospektinin birinci hissəsi may ayında təsdiqlənsə də, ikinci hissəsinin yerləşdiriləcəyi vaxt müəyyən deyil. Rüfət Aslanlının sözlərinə görə, təsdiq olunan emissiya prospekti 50 milyon manatdır: "Həmin istiqrazları Azərbaycan İpoteka Fondu qiymətli kağızlar bazarında yerləşdirib. 15 milyon manat təklifə qarşı bazarda 21 milyon manatdan artıq sifariş var idi. Hələlik ikinci hissənin yerləşdirilmə vaxtı müəyyən deyil. Bu Azərbaycan İpoteka Fondundan asılıdır. Bu barədə hələlik bizə məlumat daxil olmayıb".





Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Sosial ipoteka üçün 14 milyondan cəmi 2 milyon manat ayrılıb

Taxıl fonduna ehtiyat məhsul yığılacaq

Bölmənin digər xəbərləri
 
Banklar müştərilərin etibarlılığını gözdən keçirir
Qənaətləri belədir: böhranda kredit veriləsi kateqoriya dövlət sektorunda çalışanlardır

Toyuq dönərinə qoyulan qadağa qüvvədədir
Amma buna məhəl qoyan yoxdur

Mənzillərin ofis kimi istifadəsinə qanun icazə verəcək
Hələlik birinci mərtəbələrdən söz gedir

Əhali əmanətlərini manatla saxlamağa üstünlük verir
Mərkəzi Bankdan verilən məlumata görə, hazırda əhali əmanətlərini daha çox milli valyuta olan manatla saxlamağa üstünlük verir.

Kənd təsərrüfatında kooperasiya haqqında" qanun layihəsi hazırlanır
Ərzaq Təhlükəsizliyi Uğrunda İctimai Birliyi "Kənd təsərrüfatında kooperasiya haqqında" qanun layihəsi hazırlayır.

Ərzaq məhsulları ucuzlaşıb
Cari ilin iyun ayında ərzaq məhsullarının qiyməti 2,2 faiz ucuzlaşıb.

Texnoparklar yaradılacaq
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ölkədə azad iqtisadi zonaların yaradılması ilə bağlı tədbirlər planı hazırlayıb.

"Gənclər satiranı kütləyə bayağı formada "yedizdirirlər"
Telman Adıgözəlov: "Keçən dövrün aktyorları klassik əsərlərlə böyüyürdü"



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər