Hal-hazırda Ayna qəzetinin 25.07.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 25.07.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Toyuq dönərinə qoyulan qadağa qüvvədədir
Toyuq dönərinə qoyulan qadağa qüvvədədir
Amma buna məhəl qoyan yoxdur
Şənbə, 25.07.2009

mətn ölçüsü  

Yay fəslində ayaqüstü qidalanma, tez hazırlanan yeməklərin, xüsusilə də dönər, hamburger və bu növ yeməklər sağlamlıq üçün təhlükəlidir. Əslində, ayaqüstü qidalanma bütün fəsillərdə mədənin düşmənidir. Yay aylarında bu növ qidalar daha tez xarab olmağa və zəhərlənmə yaratmağa qadir olduğundan təhlükənin səviyyəsi də artır. Əgər həmin qidaların hazırlandığı yerlərdə antisanitariya halları mövcuddursa, onda sağlamlığa təhlükə daha da yüksəlir. Əksər dönərlərin vəziyyəti və dönər hazırlayanların geyimi isə göz qabağındadır.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) paytaxtdakı obyektlərdə keçirdiyi reydlər isə təkcə havaların istiləşməsilə əlaqədar deyil, həm də son vaxtlar qida zəhərlənmələrinin sayının artması ilə bağlıdır. Zəhərlənənlər arasında toyuq ətindən dönər yeyənlər də var. Mərkəzin məlumatına görə, xüsusilə toyuq ətindən hazırlanmış dönərlərin yeyilməsi nəticəsində hər ay 8-10 zəhərlənmə faktı qeydə alınır. Çünki toyuq ətinin infeksiyalaşma ehtimalı daha böyükdür.

Onu da öyrəndik ki, toyuq dönərləri xaricdən gətirilən toyuq budlarından hazırlanır. Demək olar ki, heç yerdə ölkə broylerlərinin məhsulu olan toyuq ətindən istifadə olunmur. Çünki yerli quşçuluq fabriklərinin məhsulları bahadır. Toyuq ətinin 1 kq-ı 3 manatdan yuxarıdır. Buna görə də, həmin məhsullardan dönər hazırlayıb satmaq sərfəli deyil. Xaricdən təxminən 1 manata alınıb gətirilən toyuq budlarından hazırlanan toyuq dönərləri isə daha çox pul qazanmağa imkan yaradır.

Hazırda Azərbaycana əsasən ABŞ və Braziliyadan ucuz qiymətə alınan toyuq budları gətirilir. Lakin xaricdən gətirilən toyuq budları dad və keyfiyyətinə görə yerli məhsullarla müqayisədə geri qaldığından əhali getdikcə ondan imtina edir.

RGEM-in 11 yanvar 2006-cı il tarixli 1 saylı qərarına əsasən, ölkə ərazisində toyuq ətindən dönər hazırlanması və satışı qadağan edilib. Qurumun əməkdaşı Ziyəddin Kazımovun bildirdiyinə görə, "quş qripi" təhlükəsinin tüğyan etdiyi vaxtdan qüvvəyə minən həmin qadağa hələ də ləğv edilməyib. Amma müşahidələr göstərir ki, dönər satışı ilə məşğul olan əksər obyektlər bu qadağaya məhəl qoymur. Onun sözlərinə görə, mərkəzin əməkdaşları mütəmadi olaraq reydlər keçirir, qadağaya məhəl qoymayan obyektlər barəsində müvafiq tədbirlər görülməsi üçün aidiyyəti orqanlara müraciət edirlər.

Amma, deyəsən, RGEM həmin obyektlərlə mübarizə aparmaq üçün geniş səlahiyyətlərə malik deyil. Çünki bu qurum qadağanı pozan obyektləri aşkarladıqdan sonra müvafiq sənədləşdirmə aparıb məsələ ilə bağlı yerli polis şöbəsinə və icra hakimiyyəti orqanına müraciət edir. Qanunu pozan obyekti bağlamaq isə həmin qurumların işidir. Mərkəzin ciddi cəhdlərindən sonra iyun ayında Bakıda 4 dönərxana bağlanıb, 37 dönərbişirən şəxs cərimələnib. Müşahidələr isə göstərir ki, paytaxtda bağlanmalı dönərxana onlarcadır.

Polis və icra hakimiyyətləri RGEM-in müraciətlərinə biganə qalır. Deyilənlərə görə, həmin obyektlərin əksəriyyəti sahə müvəkkillərinin, rayon icra hakimiyyətlərində çalışan məmurların və digər vəzifəlilərin himayəsindədir. Dönər satışı gəlirli ticarət sahəsidir və gündəlik gəlirdən imtina etmək istəyən yoxdur. Ona görə də, qanun və qərarlar kağız üzərindədir və onları himayə edən şəxslərin mənfəəti daha üstün sayılır.

Təqribi hesablamalara əsasən, hər gün bir dönərxananın 300-dən çox müştərisi olur. Dönərin qiyməti isə yerindən asılı olaraq 1-1 manat 20 qəpikdir. Deməli, televiziya və mətbuatın dönərlərin insan səhhətinə zərəri barədə göstərdiyi və yazdığının əhəmiyyəti yoxdur. Əks halda, obyektlərin sayında kəskin azalma müşahidə edilərdi. Onda heç dövlət qurumlarının məsələyə müdaxiləsinə də böyük ehtiyac duyulmazdı. Əksinə, dönər bişirib satanlar keyfiyyəti yüksəltməklə müştəri toplamağa çalışardılar. Müştərilərin sayının çox olması dönərlərin keyfiyyətsiz hazırlanmasına yol açır...



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Banklar müştərilərin etibarlılığını gözdən keçirir
Qənaətləri belədir: böhranda kredit veriləsi kateqoriya dövlət sektorunda çalışanlardır

Mənzillərin ofis kimi istifadəsinə qanun icazə verəcək
Hələlik birinci mərtəbələrdən söz gedir

Əhali əmanətlərini manatla saxlamağa üstünlük verir
Mərkəzi Bankdan verilən məlumata görə, hazırda əhali əmanətlərini daha çox milli valyuta olan manatla saxlamağa üstünlük verir.

Bazara yeni istiqrazlar buraxılacaq
Yaxın vaxtlarda ölkənin qiymətli kağızlar bazarına yeni istiqraz buraxılacaq.

Kənd təsərrüfatında kooperasiya haqqında" qanun layihəsi hazırlanır
Ərzaq Təhlükəsizliyi Uğrunda İctimai Birliyi "Kənd təsərrüfatında kooperasiya haqqında" qanun layihəsi hazırlayır.

Ərzaq məhsulları ucuzlaşıb
Cari ilin iyun ayında ərzaq məhsullarının qiyməti 2,2 faiz ucuzlaşıb.

Texnoparklar yaradılacaq
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ölkədə azad iqtisadi zonaların yaradılması ilə bağlı tədbirlər planı hazırlayıb.

"Gənclər satiranı kütləyə bayağı formada "yedizdirirlər"
Telman Adıgözəlov: "Keçən dövrün aktyorları klassik əsərlərlə böyüyürdü"



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər