çap et  
"Kocaelispor" Rəşad Sadıqovdan əl çəkmir
Şənbə, 25.07.2009


Rəshad

Türkiyənin "Kocaelispor" klubunun rəhbərliyi Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun transferini yekunlaşdırmaq istəyir. Komandanın bir neçə gün əvvəl Bakıya gələn rəsmisi məşqçilər korpusunun israrla istədiyi Rəşadla görüşüb. Avroliqanın ikinci təsnifat mərhələsində çıxış edən "Qarabağ"a kömək məqsədilə Bakıda olan 27 yaşlı müdafiəçi "Kocaelispor" nümayəndələri ilə danışıqları davam etdirir.

Türkiyə mətbuatının yazdığına görə, klub rəsmiləri Sadıqovla müsbət razılığa gələ bilmirlər. Belə ki, futbolçumuz "Kocaelispor"dan yeni anlaşmanın pulunun ötən mövsümdən qalan məvacibi ilə birlikdə ödənilməsini istəyir. Ötən qış "Neftçi"dən "Kocaelispor"a keçən Sadıqov Türkiyə Superliqasında bu komandanın əsas heyət oyunçusu oldu. Superliqada yerini qoruya bilməyən İzmit təmsilçisi yeni mövsümdə Türkiyənin birinci liqasında mübarizə aparacaq.