"Xəzər-Lənkəran" Avstriyaya getdi
|
Şənbə, 25.07.2009
Rəshad |
mətn ölçüsü |
|
|
|
"Xəzər-Lənkəran" 2009-2010-cu illər mövsümünə hazırlığın növbəti mərhələsini keçmək üçün Avstriyanın Karpun şəhərinə yollanıb.
Klubun rəsmi saytının məlumatına görə, Lənkəran klubu avqustun 7-dək davam edəcək təlim-məşq toplantısı çərçivəsində dörd hazırlıq matçında qüvvəsini sınayacaq. Baş məşqçi Ağasəlim Mircavadovun sözlərinə görə, toplantının nəticələrinə əsasən heyətə daha 2-3 futbolçunun daxil edilməsi nəzərdə tutulur. Komandanın ən azı daha bir hücumçuya və yarımmüdafiədə bir neçə mövqedə oynamaq bacarığı olan futbolçuya ehtiyacı var. Məşqçilər korpusu Karpunda 5-6 futbolçunu sınaqdan keçirməyi düşünür. Avstriyada seleksiya işlərini tamamlamaq barədə düşünən məşqçilər eyni zamanda orada növbəti mövsüm üçün komandanın start heyətini müəyyənləşdirməyə çalışacaqlar.
|
|
|
|
|
|
|