Hal-hazırda Ayna qəzetinin 25.07.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 25.07.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
Qran-pri turnirində 20 medal
Qran-pri turnirində 20 medal
Şənbə, 25.07.2009

Kərim mətn ölçüsü  

Ötən həftə Bakıda sərbəst, yunan-Roma və qadın güləşi üzrə Qızıl Qran-pri turnirinin final mərhələsi keçirildi. Doğma azarkeşlər önündə mübarizə aparan Azərbaycan pəhləvanları yarışı 20 medalla başa vurdular.

Turnirin sonuncu günü xalça üzərinə çıxan sərbəst güləşçilərimiz 2 qızıl, 2 gümüş, 4 bürünc medal qazanıblar. Namiq Sevdimovla (55 kq) Zəlimxan Hüseynov (60 kq) qızıl, Xaqan Süleymanov (66 kq) və Əli İsayev (120 kq) gümüş, Çamsulvara Çamsulvarayev, Aqil Quliyev (hər ikisi 74 kq), Şərif Şərifov (84 kq) və Xetaq Qazyumov (96 kq) bürünc medal qazanıblar.

Bundan əvvəl isə yunan-Roma güləşçilərimiz 2 qızıl, 1 gümüş, 4 bürünc, qadın güləşçilərimiz isə 1 qızıl, 1 gümüş və 3 bürünc medala sahib olublar. Yunan-Roma üslubunda güləşənlərimizdən Fərid Mansurov (66 kq) və Rafiq Hüseynov (74 kq) qızıl, Vitali Rəhimov (60 kq) bürünc, Pərvin Bayramov (55 kq), Sakit Cəlilov (60 kq), Emin Əhmədov (66 kq) və Denis Mişin (96 kq) bürünc medal qazanıblar.

Qadın güləşçilərimizə gəldikdə, Zümrüd Qurbanhacıyeva (67 kq) qızıl, Yuliya Radkeviç (55 kq) gümüş, Mariya Stadnik (48 kq), Sona Əhmədli (55 kq) və Elvira Mürsəlova (59kq) bürünc medala layiq görülüblər. Hər çəkidə qaliblərə 10 min dollar, finalçılara 5 min dollar, bürünc mükafatçılara isə 2 min dollar mükafat verilib.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Yarış davam edir

Namiq Abdullayevi yola salmaq lazımdır

Bakıda Qızıl Qran-pri turniri

Bölmənin digər xəbərləri
 
"Bakı" üçün həqiqət anı
Futbol tariximizdə yeni səhifə açan Azərbaycan çempionu iyulun 28-də Bolqarıstanın ən qocaman klubu ilə qarşılaşacaq

"Rusenborq"u yola saldıq, növbə "Honka"nındır
"Qarabağ"ın tarixi gündə tarixi qələbəsi uzun müddət yaddaşlardan silinməyəcək

"Xəzər-Lənkəran" Avstriyaya getdi
"Xəzər-Lənkəran" 2009-2010-cu illər mövsümünə hazırlığın növbəti mərhələsini keçmək üçün Avstriyanın Karpun şəhərinə yollanıb.

Samuel Eto "İnter"ə keçir
Kamerunlu futbolçu Samuel Eto yaxın vaxtlarda İspaniyanın "Barselona" klubundan İtaliyanın "İnter" komandasına keçəcək.

"Kocaelispor" Rəşad Sadıqovdan əl çəkmir
Türkiyənin "Kocaelispor" klubunun rəhbərliyi Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun transferini yekunlaşdırmaq istəyir.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər