Hal-hazırda Ayna qəzetinin 25.07.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 25.07.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
"Rusenborq"u yola saldıq, növbə "Honka"nındır
"Rusenborq"u yola saldıq, növbə "Honka"nındır
"Qarabağ"ın tarixi gündə tarixi qələbəsi uzun müddət yaddaşlardan silinməyəcək
Şənbə, 25.07.2009

Kərim Nəsrullah mətn ölçüsü  

UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsində çıxış edən Ağdamın "Qarabağ" klubunun Norveçin adlı-sanlı "Rusenborq" klubu üzərində qələbəsi uzun müddət yaddaşlardan silinməyəcək. "Qarabağ" bu parlaq qələbəsi ilə təkcə futbolsevərlərə sevinc bəxş etmədi, həm də futbolumuzun tarixində yeni səhifə açdı: "Qarabağ" Avropa Liqası turnirində üçüncü mərhələyə adlayan ilk Azərbaycan klubu kimi futbol tarixinə düşdü. Görüşün klubun mənsub olduğu Ağdam şəhərinin işğalı ilə eyni günə təsadüf etməsi matçın əhəmiyyətini ikiqat artırırdı.

Bir həftə əvvəl rəqib meydanında 20 qat Norveç çempionu ilə heç-heçə oynayaraq çoxlarını heyrətə salan "Qarabağ" cavab matçında təməli Tronheymdə qoyulmuş uğuru mənqiqi sonluğa çatdırdı. İlk qarşılaşmada qapısının toxunulmazlığını qoruyub saxlamağı bacaran "Qarabağ" cavab matçında da rəqibin ad-sanından çəkinmədi. Avropanın sanballı klublarından sayılan və bir qayda olaraq Çempionlar Liqası kimi nüfuzlu yarışın qrup yarışlarında iştirak edən "Rusenborq" Bakıya çox iddialı gəlmişdi. Gəlmişdi ki, bir həftə əvvəl öz meydanında qeydə alınan qolsuz bərabərliyin təsadüfi nəticə olduğunu Bakıda sübut etsin. Amma "Qarabağ" gözəl oyunla rəqiblərin bütün gümanlarını alt-üst etdi. Bu qələbədə yığmanın kapitanı, avroliqa oyunlarında "Qarabağ"a kömək eləyən Rəşad Sadıqovun rolu danılmazdır.

Oyundan sonra mətbuat konfransında hər iki komandanın baş məşqçiləri düşüncələrini mətbuata açıqladılar.

Qurban Qurbanov: "Mən hələ Norveçdə demişdim ki, cavab matçı daha çətin olacaq. Futbolçular bu tarixi qələbə üçün maksimum güclərini qoydular. Əlbəttə, qələbənin belə bir gündə qazanılması daha sevindiricidir. Növbəti mərhələyə yüksəldik. Çalışacağıq yolumuza davam edək".

Erik Hamrin: "Bu oyundan sonra uzun müddət "Qarabağ"ı unutmayacağıq. Birinci hissədə zəif oynadıq. İkinci hissədə səylərimizin nəticə verəcəyinə əmin idim. Ancaq bir neçə epizodda qapıçınız əla oynadı. Mən sizi həm də vurduğunuz fantastik qol münasibətilə də təbrik edirəm. Həm mən, həm futbolçularımız "Qarabağ"ın adını uzun müddət unutmayacağıq".

Avropa Liqasında "Qarabağ"ın növbəti rəqibi də məlumdur. Ağdam klubu üçüncü mərhələdə "Banqor Siti" (Uels) - "Honka" (Finlandiya) görüşünün qalibi ilə qarşılaşmalı idi. Bu rəqiblər arasında baş tutan ilk oyunda finlər 2:0 hesabı ilə qələbə qazanıb. Cavab görüşündə də rəqibini üstələyən (0:1) "Honka" komandamıza rəqib olub.

Beləliklə, "Qarabağ" növbəti oyununu "Honka"ya qarşı keçirəcək. Yeri gəlmişkən, "Qarabağ"ın "Rusenborq" üzərində qələbəsi "Honka"nın baş məşqçisini çaşdırıb. Yerli mətbuata açıqlamasında o, belə deyib: "Doğrusu, biz Norveçə səfər etməyə hazırlaşırdıq. Azərbaycan komandasının qələbəsi bizi çaşdırdı. Bu komanda haqqında heç nə bilmirik. Yubanmadan "Qarabağ" haqqında məlumat toplamaq gərəkdir".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Avropanın fəthi" başlanmamış bitdi

"Qarabağ" sensasiyaya səbəb oldu

Bölmənin digər xəbərləri
 
"Bakı" üçün həqiqət anı
Futbol tariximizdə yeni səhifə açan Azərbaycan çempionu iyulun 28-də Bolqarıstanın ən qocaman klubu ilə qarşılaşacaq

Qran-pri turnirində 20 medal
Ötən həftə Bakıda sərbəst, yunan-Roma və qadın güləşi üzrə Qızıl Qran-pri turnirinin final mərhələsi keçirildi.

"Xəzər-Lənkəran" Avstriyaya getdi
"Xəzər-Lənkəran" 2009-2010-cu illər mövsümünə hazırlığın növbəti mərhələsini keçmək üçün Avstriyanın Karpun şəhərinə yollanıb.

Samuel Eto "İnter"ə keçir
Kamerunlu futbolçu Samuel Eto yaxın vaxtlarda İspaniyanın "Barselona" klubundan İtaliyanın "İnter" komandasına keçəcək.

"Kocaelispor" Rəşad Sadıqovdan əl çəkmir
Türkiyənin "Kocaelispor" klubunun rəhbərliyi Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun transferini yekunlaşdırmaq istəyir.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər