Hal-hazırda Ayna qəzetinin 25.07.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 25.07.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
"Bakı" üçün həqiqət anı
"Bakı" üçün həqiqət anı
Futbol tariximizdə yeni səhifə açan Azərbaycan çempionu iyulun 28-də Bolqarıstanın ən qocaman klubu ilə qarşılaşacaq
Şənbə, 25.07.2009

İlham Kərimoğlu mətn ölçüsü  

Çempionlar Liqası turnirinin ikinci təsnifat mərhələsinin cavab görüşləri başa çatdı. Bu yarışda ölkəmizi təmsil edən Azərbaycan çempionu "Bakı" Litvanın "Ekranas" klubunu məğlub edərək növbəti mərhələyə vəsiqə qazandı.

Bundan bir həftə əvvəl Litvada keçirilən oyunda 2:2 hesabı qeydə alınmışdı. Odur ki, baş məşqçi Cokiça Hacıyevskinin komandası cavab görüşündə qələbəyə köklənmişdi. "Bakı" qarşıya qoyulan vəzifəni layiqincə yerinə yetirdi. İlk hissə qolsuz bitsə də, ikinci hissə qollarla zəngin oldu. "Bakı" futbolçuları Feliks Felipe (2 top), Amiran Micuri və Aleksandr Şoliçin vurduğu 4 qola "Ekranas" futbolçuları cəmi iki qolla cavab verdilər. Bununla da "Bakı" tarixində ilk dəfə növbəti mərhələyə yüksəldi.

Çempionlar Liqasının (ÇL) ikinci təsnifat mərhələsi çərçivəsində "Bakı"-"Ekranas" arasında cavab matçı Azərbaycan futbol tarixinə düşdü. Bu, klublarımızın qitə miqyaslı yarışlar tarixində doğma meydanda ən məhsuldar oyunu oldu. 4:2 hesabı ilə başa çatan oyunda azarkeşlər 6 qol gördü. Buna qədər yalnız 1 dəfə rəqib qapısına 5 top vurulub ki, bu da "Şəmkir"in "Skonto" ilə tarixi oyununa təsadüf edib. Bu oyun ona görə tarixi sayılır ki, klubumuz ilk dəfə ÇL-də mərhələ keçib. "Bakı" isə "Ekranas"ı mübarizədən kənarlaşdırmaqla daha bir tarix yazdı. Belə ki, klublarımız indiyə kimi ÇL-də üçüncü təsnifat mərhələsinə çıxmamışdı. Bu qələbə bir də ona görə önəmlidir ki, "Bakı" ÇL-dən nufuzuna görə aşağı olan digər klub turnirindən Avropa Liqasının dördüncü təsnifat mərhələsinə vəsiqə təmin edib. ÇL-in üçüncü təsnifat mərhələsində "Bakı"nın rəqibi Bolqarıstan çempionu "Levski" klubudur. "Levski" Bolqarıstanın qocaman və adlı-sanlı klublarından sayılır. 1914-cü ildə yaradılan və bu il 94 illiyini qeyd edən Sofiya komandası 26 dəfə Bolqarıstan çempionu olub, bir o qədər də ölkə kubokuna sahib çıxıb, iki dəfə superkuboka yiyələnib. "Levski" avrokuboklarda da iz qoymağı bacarıb. Bolqarıstan çempionu üç dəfə (1970, 1977 və 1977-ci illər) Kuboklar Kubokunun, iki dəfə (1976 və 2006-cı illər) UEFA kubokunun dörddəbir final mərhələsinədək irəliləyib. Klub 2006/2007-ci illər mövsümündə ÇL-in qrup mərhələsində çıxış edib. Builki mövsümə gəlincə, "Levski" ÇL-in ikinci təsnifat mərhələsində Andorranın "Santa Xulia" klubunu mübarizədən kənarlaşdırıb. Sofiya klubu iki oyunda cırtdan ölkə təmsilçisinin qapısından 9 (!) cavabsız (4:0 və 0:5) top keçirib.

İlk oyun Bakıda keçiriləcək. Paytaxtdakı ilk matçın hakimləri artıq bəllidir. İyulun 28-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşü Sven Oddvar Moenin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

"Bakı" ilə görüş ərəfəsində "Levski"də məşqçi dəyişikliyi baş verib. Sofiya komandasının baş məşqçisi Emil Velev istefaya göndərilib. Bundan sonra komandaya serbiyalı mütəxəssis Ratko Dostaniç başçılıq edəcək.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Bakı" növbəti mərhələnin bir addımlığında

Bölmənin digər xəbərləri
 
"Rusenborq"u yola saldıq, növbə "Honka"nındır
"Qarabağ"ın tarixi gündə tarixi qələbəsi uzun müddət yaddaşlardan silinməyəcək

Qran-pri turnirində 20 medal
Ötən həftə Bakıda sərbəst, yunan-Roma və qadın güləşi üzrə Qızıl Qran-pri turnirinin final mərhələsi keçirildi.

"Xəzər-Lənkəran" Avstriyaya getdi
"Xəzər-Lənkəran" 2009-2010-cu illər mövsümünə hazırlığın növbəti mərhələsini keçmək üçün Avstriyanın Karpun şəhərinə yollanıb.

Samuel Eto "İnter"ə keçir
Kamerunlu futbolçu Samuel Eto yaxın vaxtlarda İspaniyanın "Barselona" klubundan İtaliyanın "İnter" komandasına keçəcək.

"Kocaelispor" Rəşad Sadıqovdan əl çəkmir
Türkiyənin "Kocaelispor" klubunun rəhbərliyi Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun transferini yekunlaşdırmaq istəyir.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər