Hal-hazırda Ayna qəzetinin 25.07.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 25.07.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Mətbuat gününə - mətbuat tarixi
Mətbuat gününə - mətbuat tarixi
Tarixçi və qəzet naşiri Akif Aşırlı belə bir kitab təqdim etdi
Şənbə, 25.07.2009

İsmayıl Umudlu mətn ölçüsü  

Təbii ki, Azərbaycan mətbuatı tarixinə dair sovet dönəmində yazılmış kitablar bəlli səbəblərdən öz aktuallığını itirib və 90-cı ildən sonra yaranmış yeni tarixi-siyasi situasiyada bu tarixə yeni baxış tələb olunur. Bir sıra ali məktəblərimizdə jurnalistika fakültələri və orada jurnalistikanın bu və digər yönlərini tədris edən xeyli sayda müəllim olsa da, bu boşluq qalırdı. Boşluğu "Şərq" qəzetinin təsisçisi və naşiri Akif Aşırlı doldurdu. "Azərbaycan mətbuatı tarixi. 1875-1920" adlı orijinal bir tədqiqat əsərini ortaya qoydu və Azərbaycanda Atatürk Mərkəzində media liderləri və bu sahənin aparıcı isimlərinin iştirakı ilə təqdimat mərasimi keçirildi.

"Azərbaycan mətbuatı tarixi. 1875-1920" Akif Aşırlının "Nərimanovun Kremldə qətli" (2006), "Cümhuriyyət dövrü mətbuatında Qafqaz İslam Ordusu" (2007) kimi orijinal araşdırma məhsulu olan iki sanballı kitabından sonra bir tarixçi olaraq özünütəsdiqinin yeni bir örnəyi kimi qəbul etmək olar.

İyirmiyə qədər çıxış oldu və kitabın məziyyətləri barədə yalnız müsbət fikirlər səsləndirildi. "Akif Aşırlının belə bir kitabı ortaya çıxarmaq cəsarəti hörmətə layiqdir", - bu sözləri Yazıçılar Birliyinin katibi Rəşad Məcid səsləndirdi. BDU jurnalistika fakültəsinin müəllimi Cahangir Məmmədli müəllifi "jurnalist-alim" adlandırdı və "Azərbaycan mətbuatı tarixi. 1875-1920" kitabının tədris fəaliyyətində onlara gərək olacağını söylədi.

"Media fəaliyyəti bizim vaxtımızı tamam alır, Akif Aşırlının bizdən fərqi odur ki, qəzetçiliklə yanaşı, elmlə də məşğul olmağa macal tapır və bu kitab onun dəyərli çalışmalarının bir örnəyi olaraq qarşımızdadır. Təbii ki, mətbuat tariximiz bununla bitmir. Çox arzu edərdim ki, Akif Aşırlı 1989-90-cı ildən sonrakı mətbuat tariximizə də nəzər sala bilsin", - bu sözləri Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı söylədi. O sözlərinə əlavə etdi ki, kitabda bəzi sitatlara ötəri göz gəzdirib, belə görünür o çağla müqayisədə mətbuata münasibətdə, problemlərə münasibətdə çox şey dəyişməyib və bu ağrılı məsələlər bir millət olaraq, bir ziyalı olaraq bizlərin qarşısında dayanır və göstərir ki, biz hələ çox çalışmalıyıq.

Xatırladaq ki, sonuncu dəfə "Azərbaycan mətbuat tarixi" 1974-cü ildə nəşr edilib və aktuallığını itirib. Belə ki, dövrün ideoloji tələblərindən irəli gəlməklə, orada mətbuat tariximizə tendensiyalılıq var, reallıq qətiyyən əksini tapmır. İndi aradan keçən bu 35 ildə çox böyük siyasi təbəddülatlar baş vermiş, problemə daha sərbəst yanaşma şəraiti yaranmışdır. Müəllif özü də etiraf edir ki, onun bu əsəri mövzuya dair son və qəti söz deyil. Bu baxımdan kitab problemin həllinə ilkin, lakin, bizcə, uğurlu bir cəhd kimi qəbul edilməlidir. Kitaba mətbuat tariximizin ən yaxşı bilicilərindən olan professor Alxan Bayramoğlu ön söz yazıb. O qeyd edir ki, kitab indiyə qədər yazılıb çap edilmiş elmi-tədqiqat işlərinin üzərində qurulsa da, müəllif keçmişdəki ideoloji baxış və münasibətlərdən uzaq olmağa çalışmışdır.

Akif Aşırlı özü isə tədris fəaliyyətinin gedişində (universitetlərdə bir ara jurnalistikanı tədris edib) bu sahədə müəyyən boşluq olduğunu gördüyünü və bu kitabın həmin boşluğu doldurmaq istəyindən doğduğunu söylədi. Təbii ki, son sözü mütəxəssislərin öhdəsinə buraxdı.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Klipmeyker ikinci dəfə ailə həyatı qurur
O, seçimində yanılmaq istəmir

Müğənnilərin avtomobil yarışı
Ən bahalı markaya Ruhi sahibdir

Aysel Teymurzadə dünyaca məşhur "Warner Music" şirkəti ilə müqavilə imzalayıb
Onun albomunu bu şirkət hazırlayır

Zamanın sınağı
yaxud "Dəli Kür"ün İstanbul nəşrinə sözardı

Cavanşir Quliyev: "Azərbaycan simfonik musiqisi yaşayır və inkişaf edir"
Bəstəkar ədalətin hər yanda bərqərar olmasını arzulayır

"Hüseyn Dərya narkotikanı birdəfəlik atıb"
Həyat yoldaşı reperin sağlam həyat uğrunda mübarizə apardığını deyir

Əmir Pəhləvan 50 yaşinda
Yaşanmış illərə heyifsilənmədən baxa bilir

Fuad Əlişov niyə böyük ekran əsəri çəkmir?
Rejissor bunun səbəbini tənbəlliyi ilə bağlamadı

"Mini-disklə oxumaq ayıbdır"
Mənsum İbrahimov deyir ki, bəziləri fonoqramın sonuna alqış sədaları yazdırır

Röya tarixə düşəcək?
Müğənni ana olmağa bir neçə gün qalmış konsert verəcək

"Eurovision-2010"un keçiriləcəyi məkan bəlli oldu
"Fornebu Arena"nın 23 min tamaşaçı tutumu var

Zabit Nəbizadənin diski işıq üzü görəcək
Xanəndə öz tələbələrinin təhsil ehtiyacını ödəyir

Əslən bakılı Dmitri Sitkovetski Firəngiz Əlizadənin əsərini səsləndirəcək
İyulun 27-də İsveçrənin Verbye şəhərində "Avropa Birliyi" adlı ənənəvi musiqi festivalı keçiriləcək.

Gəncədə "Amfiteatr" fəaliyyətini davam etdirir
Gəncədə ikinci ildir yay mövsümü ilə əlaqədar "Amfiteatr" fəaliyyətinə start verilib.

Azdrama truppası sentyabrda Norveçə səfər edəcək
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı bu ilin sentyabrında Norveçdə qastrol səfərində olacaq.

"Təxəllüsü Mixaylo" ingilis dilinə tərcümə edilib
Sovet İttifaqı Qəhrəmanı əfsanəvi kəşfiyyatçı Mehdi Hüseynzadədən bəhs edən "Təxəllüsü Mixaylo" sənədli filmi ingilis dilinə tərcümə edilir.

Alim Qasımov və qızı Fərqanə səfərdən qayıdıblar
Xalq artisti muğam ifaçısı Alim Qasımov, əməkdar artist Fərqanə Qasımova ilə birgə Polşaya qastrol səfərindən qayıdıb.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
"Azərbaycan üzvlük üçün NATO-ya müraciət etməlidir"

"Azərbaycan üzvlük üçün NATO-ya müraciət etməlidir"


Mübariz İbrahimov üçün RF səfirliyinə müraciət

Mübariz İbrahimov üçün RF səfirliyinə müraciət


Bahalaşma süni yolla yaradılır

Bahalaşma süni yolla yaradılır


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər