Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı bu ilin sentyabrında Norveçdə qastrol səfərində olacaq. Teatrın mətbuat əlaqələndiricisinin məlumatında deyilir ki, Dram teatrının truppası teatrın direktoru Maqbet Bünyadovun rəhbərliyi ilə Norveç tamaşaçısına Henrix İbsenin "Oyuncaq ev" pyesi əsasında hazırladığı eyniadlı tamaşanı təqdim edəcək. Tamaşanın rejissoru Bəhram Osmanovdur. Rolları Abbas Qəhrəmanov, Sənubər İsgəndərli, Mehriban Xanlarova və başqaları oynayacaqlar.