İyulun 27-də İsveçrənin Verbye şəhərində "Avropa Birliyi" adlı ənənəvi musiqi festivalı keçiriləcək. Festival çərçivəsində dünyada məşhur olan skripka ifaçısı Dmitri Sitkovetski konsert proqramı ilə çıxış edəcək. Əslən bakılı, məşhur Ratner sülaləsinin davamçısı, böyük piano ifaçısı Bella Davidoviçin oğlu Dmitri Sitkovetski konsert proqramına həmvətəni, tanınmış Azərbaycan bəstəkarı Firəngiz Əlizadənin bəstəsi olan "Habilsayağı" əsərini daxil edib. Əfsanəvi violonçel ifaçısı Yo-Yo Manın (ABŞ) "Sony classical" tərəfindən yazılmış bu əsəri bir çox illər ərzində dünyanın ən tanınmış violonçel ifaçıları tərəfindən səsləndirilib. Sözügedən konsertdə Sitkovetski bu əsərin skripka versiyasını ifa edəcək.
|