![]() |
çap et |
|
|||
Azərbaycan Milli Konservatoriyasının müəllimi əməkdar artist Zabit Nəbizadənin növbəti albomu gələn ayın sonlarında işıq üzü görəcək. Albom işini uzun fasilədən sonra gündəmə gətirən xanəndə bunu gənclərin tələbatını ödəmək naminə etdiyini söylədi: "İndiki gənclərin əksəriyyəti muğamı lent yazısından öyrənir. Yəni dərs prosesində müəllim muğamı lentə yazır və gələn dərsə qədər tələbə həmin parçanı öyrənib müəlliminə təhvil verir. Mənim tələbələrim istedadlıdır. Onların və mənə müraciət edən gənc ifaçıların tələbatını nəzərə alıb növbəti albom işimi tezləşdirdim. Topluya bir neçə muğam dəsgah şəklində və xalq mahnılarımız daxil edilib. Eyni zamanda, ifanın gələcək nəsillərə ötürülməsi üçün albomun olması şərtdir".
Xanəndə konsert verməyi də düşünür. Filarmoniyada çıxış etməyi qarşısına məqsəd qoyan xanəndə bunu gələn ilin əvəllərində gerçəkləşdirməyi düşünür. Xanəndənin eyni məkanda konsert proqramı üç il əvvəl olub. Söhbət zamanı Zabit Nəbizadə səfərlərinin də olacağından danışdı. Gələn ilin əvvəllərində Avropa ölkələrinə səfəri gözlənir. Hazırda danışıqlar getdiyindən xanəndə bu barədə geniş danışa bilmədi. |