Hal-hazırda Ayna qəzetinin 25.07.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 25.07.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
"Mini-disklə oxumaq ayıbdır"
"Mini-disklə oxumaq ayıbdır"
Mənsum İbrahimov deyir ki, bəziləri fonoqramın sonuna alqış sədaları yazdırır
Şənbə, 25.07.2009

Zəminə Rüstəm mətn ölçüsü  

"Mənim tələblərimlə nəzərdə tutuduğum konserti gözləyənlər çoxdur. Bu layihə gec-tez həllini tapacaq. Özümə gəlincə, əslində, mənim operada hər çıxışım bir konsertdir. Ancaq solokonsertim olmayıb. Bakıda solokonsertimin keçirilməməsinə səbəb sırf maliyyə problemidir. Solisti olduğum Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında yaxın ayların birində solokonsert verməyi planlaşdırıram", - xalq artisti Mənsum İbrahimov hesab edir ki, bu hər bir sənətçinin tamaşaçı qarşısında bir hesabatıdır.

Estrada ilə yanaşı, muğam ifaçıları arasında da kəskin münasibətlərin hökm sürdüyündən danışan xanəndə bunu faciə saymamağı tövsiyə edir: "Sənətdə qalmaqal qaçılmazdır. Yarımçıq, eqoist ifaçılar yaradıcı insanın uğuruna sevinmir, ona həmişə qara yaxmağa çalışırlar. Mən çayxanada dedi-qodu ilə məşğul olanlara real olmağı məsləhət görürəm. Bu günə kimi mənim kiminləsə böyük qalmaqalım olmayıb. Mənim tələbəm bu gün Şah İsmayıl obrazını ifa edir, bəs onlar kimi yetişdirib? İş görməyənlər iş görənlərin yolunda kötükdürlər. Bu sırf paxıllıqdır. Çoxları oturub niyə hər yerdə Mənsum İbrahimovun tələbələrinin görünməsinin hesabını istəyirlər. Məgər istedadlı Azərbaycan gəncini yetişdirmək pis peşədir? Bunu deyənlər də tək bir tələbə yetişdirəydilər. Mənim 50-yə qədər tələbəm var, onların 20-si artıq peşəkar səhnədədir. Onlara sənətin sirlərini təmənnasız öyrədirəm.

REKLAM

Muğamda estrada kimi maddiyyat yoxdur".

Mənsum İbrahimovdan onların kimliyini xəbər alanda konkret ad çəkməsə də, bunun bəlli isimlər olduğunu söylədi: "Həmin insanlar özlərindən başqa heç kimi istəmirlər. Azərbaycanın sənətkarları kimi tanınan həmin şəxslər çayxana söhbətləri ilə də məşhurdurlar. Yaxşı olar ki, onlar sənətdən danışsınlar, yaxşının üstündən pis xətt çəkməsinlər. İndi onların qeybət edən yox, tələbə hazırlayan vaxtlarıdır. Əslində, 60 yaşı keçmiş insanların çox böyük təcrübəsi olur. Yaxşı sənətkar olmaq hələ yaxşı insan olmaq demək deyil. Bu gün həm şəxsiyyət, həm ifaçı, həm də müəllim kimi muğamın ağsaqqalı Arif Babayevin olduğunu düşünürəm".

Xanəndə vaxtilə sənətkar yarışmasının indi fonoqram yarışması il əvəz olunmasından da danışdı. Dedi ki, hətta bəzi ifaçılar fonoqramın sonuna alqış sədaları yazdıraraq publikada eefekt doğurmağa çalışır: "Toylarda mini-disklə oxumaq çox ayıbdır. İnsanlarımız kökdən qopur, bütün bunlar bizi yaxşılığa doğru aparmır. Bu problemə ziyalılar öz fikirlərini bildirməlidir. Öz musiqisini bilməyən, şairini tanımayan bir gənc sabah necə vətəndaş olacaq? Sənətçi peşəyə ad almaq, məşhur olmaq niyyəti ilə yanaşmamalıdır. Mən Opera Teatrında Məcnunu oxuyanda heç zaman məqsədim ad almaq olmayıb. Mənə bu adları sənətimə baxıb veriblər. Mən yaxşı sənətkar olmağı qarşıma məqsəd qoymuşam və illərlə çalışmışam. Bir də görürsən fəxri ad alan insanlar buna ehtiyac olmadığını deyirlər. Ancaq həmin insanların addan imtina etməsini istəsən, etməzlər. Fəxri ad olmalıdır, ancaq onu layiqlilər almalıdır.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Zabit Nəbizadənin diski işıq üzü görəcək

Bölmənin digər xəbərləri
 
Klipmeyker ikinci dəfə ailə həyatı qurur
O, seçimində yanılmaq istəmir

Müğənnilərin avtomobil yarışı
Ən bahalı markaya Ruhi sahibdir

Aysel Teymurzadə dünyaca məşhur "Warner Music" şirkəti ilə müqavilə imzalayıb
Onun albomunu bu şirkət hazırlayır

Zamanın sınağı
yaxud "Dəli Kür"ün İstanbul nəşrinə sözardı

Cavanşir Quliyev: "Azərbaycan simfonik musiqisi yaşayır və inkişaf edir"
Bəstəkar ədalətin hər yanda bərqərar olmasını arzulayır

"Hüseyn Dərya narkotikanı birdəfəlik atıb"
Həyat yoldaşı reperin sağlam həyat uğrunda mübarizə apardığını deyir

Əmir Pəhləvan 50 yaşinda
Yaşanmış illərə heyifsilənmədən baxa bilir

Fuad Əlişov niyə böyük ekran əsəri çəkmir?
Rejissor bunun səbəbini tənbəlliyi ilə bağlamadı

Röya tarixə düşəcək?
Müğənni ana olmağa bir neçə gün qalmış konsert verəcək

"Eurovision-2010"un keçiriləcəyi məkan bəlli oldu
"Fornebu Arena"nın 23 min tamaşaçı tutumu var

Zabit Nəbizadənin diski işıq üzü görəcək
Xanəndə öz tələbələrinin təhsil ehtiyacını ödəyir

Əslən bakılı Dmitri Sitkovetski Firəngiz Əlizadənin əsərini səsləndirəcək
İyulun 27-də İsveçrənin Verbye şəhərində "Avropa Birliyi" adlı ənənəvi musiqi festivalı keçiriləcək.

Gəncədə "Amfiteatr" fəaliyyətini davam etdirir
Gəncədə ikinci ildir yay mövsümü ilə əlaqədar "Amfiteatr" fəaliyyətinə start verilib.

Azdrama truppası sentyabrda Norveçə səfər edəcək
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı bu ilin sentyabrında Norveçdə qastrol səfərində olacaq.

"Təxəllüsü Mixaylo" ingilis dilinə tərcümə edilib
Sovet İttifaqı Qəhrəmanı əfsanəvi kəşfiyyatçı Mehdi Hüseynzadədən bəhs edən "Təxəllüsü Mixaylo" sənədli filmi ingilis dilinə tərcümə edilir.

Alim Qasımov və qızı Fərqanə səfərdən qayıdıblar
Xalq artisti muğam ifaçısı Alim Qasımov, əməkdar artist Fərqanə Qasımova ilə birgə Polşaya qastrol səfərindən qayıdıb.

Mətbuat gününə - mətbuat tarixi
Tarixçi və qəzet naşiri Akif Aşırlı belə bir kitab təqdim etdi



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər