Hal-hazırda Ayna qəzetinin 25.07.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 25.07.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Əmir Pəhləvan 50 yaşinda
Əmir Pəhləvan 50 yaşinda
Yaşanmış illərə heyifsilənmədən baxa bilir
Şənbə, 25.07.2009

İsmayıl Umudlu mətn ölçüsü  

Publisist, nasir, kinorejissor və dramaturq Əmir Pəhləvan (Hacıyev) 50 yaşını qeyd etdi. O, yaşanmış illərə heyifsilənmədən baxa bilir. Belə ki, ölkəmizdən başqa, xarici ölkələrin müasir kino çevrələrində adını tanıda bilmiş çox az sayda azərbaycanlıdan biri olan Əmir Pəhləvan indiyədək dolğun və intensiv yaradıcılıq həyatı yaşamış və bir sıra uğurlara imza atmışdır.

Şahbuzun Mahmudoba kəndində dünyaya göz açıb. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirdikdən (1985) sonra Azərbaycan radiosu Cənubi Azərbaycan redaksiyasında, müxtəlif qəzetlərdə çalışdığını bir kənara qoysaq, 1995-ci ildə "Step LTD" kinoşirkətini təsis etməklə (1995) bu sahədə özünü təsdiq etməyi bacarmışdır. Əmir Pəhləvan Azərbaycan kinosunu Qərb auditoriyasına çıxarmaq kimi vacib bir işi həyata keçirmişdir.

İxtisas etibarilə jurnalist olan Əmir Pəhləvanın özünü necə həm kinossenarist və kinorejissor kimi təsdiq edə bildiyi ayrı, geniş bir söhbətin mövzusudur. "Step LTD" kinoşirkəti tərəfindən onun müəllifliyi və rejissorluğu ilə çəkilmiş "Fransız", "Qarabağ şikəstəsi", "Spasibo", "Qız qalası" bədii filmləri xatırlamaq kifayətdir. Sənədli filmlər silsiləsi də diqqəti çəkir. "Bakı nefti və Nobellər", "Avtoritet", "Göyçay yəhudiləri", "Doqquzuncu oğuz - uyğurlar", "Kurqanlar", "Hunqariya" sənədli filmləri adlarından da göründüyü kimi, tariximizin maraqlı səhifələrini canlandırır.

Önəmli burasıdır ki, Əmir Pəhləvan öz filmləri ilə beynəlxalq festivallara çıxmış və ölkənin kino sənətini bu və digər dərəcədə təmsil etmişdir. Bu cəhdlərə uğursuz demək olmaz. Əmir Pəhləvan fəxrlə bildirir ki, "Spasibo" Hollivud sənədli filmlər festivalında mükafata layiq görülməklə Los-Ancelesin 18 telekanalında yayımlanmışdır. "Bakı nefti və Nobellər" adlı üçhissəli sənədli filmi isə Fransanın Nant şəhərində keçirilən "Üç qitə" kinofestivalında 2 medal almışdır. Bu film Almaniyada DVD diski formasında milyon tirajla yayımlanmışdır.

Əmir Pəhləvanın kitabları tək ölkəmizdə deyil, Türkiyə, Avropa və Amerikada da çap olunub. "Neft taleli Nobel", "İsa, Məryəm və Sona" romanları onun yaradıcılığının başqa bir istiqamətidir. "Kəngərlilər", "O ay bir də doğmayacaq", "Qalxın, Cavid gəlir", "Məcid kişi" kimi əsərlərini də xatırlamaq olar. "İnsan və İblis" pyesi Bakı Bələdiyyə teatrında, "Buna da şükür" librettosu Musiqili Komediya Teatrında səhnələşdirilmişdir.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Klipmeyker ikinci dəfə ailə həyatı qurur
O, seçimində yanılmaq istəmir

Müğənnilərin avtomobil yarışı
Ən bahalı markaya Ruhi sahibdir

Aysel Teymurzadə dünyaca məşhur "Warner Music" şirkəti ilə müqavilə imzalayıb
Onun albomunu bu şirkət hazırlayır

Zamanın sınağı
yaxud "Dəli Kür"ün İstanbul nəşrinə sözardı

Cavanşir Quliyev: "Azərbaycan simfonik musiqisi yaşayır və inkişaf edir"
Bəstəkar ədalətin hər yanda bərqərar olmasını arzulayır

"Hüseyn Dərya narkotikanı birdəfəlik atıb"
Həyat yoldaşı reperin sağlam həyat uğrunda mübarizə apardığını deyir

Fuad Əlişov niyə böyük ekran əsəri çəkmir?
Rejissor bunun səbəbini tənbəlliyi ilə bağlamadı

"Mini-disklə oxumaq ayıbdır"
Mənsum İbrahimov deyir ki, bəziləri fonoqramın sonuna alqış sədaları yazdırır

Röya tarixə düşəcək?
Müğənni ana olmağa bir neçə gün qalmış konsert verəcək

"Eurovision-2010"un keçiriləcəyi məkan bəlli oldu
"Fornebu Arena"nın 23 min tamaşaçı tutumu var

Zabit Nəbizadənin diski işıq üzü görəcək
Xanəndə öz tələbələrinin təhsil ehtiyacını ödəyir

Əslən bakılı Dmitri Sitkovetski Firəngiz Əlizadənin əsərini səsləndirəcək
İyulun 27-də İsveçrənin Verbye şəhərində "Avropa Birliyi" adlı ənənəvi musiqi festivalı keçiriləcək.

Gəncədə "Amfiteatr" fəaliyyətini davam etdirir
Gəncədə ikinci ildir yay mövsümü ilə əlaqədar "Amfiteatr" fəaliyyətinə start verilib.

Azdrama truppası sentyabrda Norveçə səfər edəcək
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı bu ilin sentyabrında Norveçdə qastrol səfərində olacaq.

"Təxəllüsü Mixaylo" ingilis dilinə tərcümə edilib
Sovet İttifaqı Qəhrəmanı əfsanəvi kəşfiyyatçı Mehdi Hüseynzadədən bəhs edən "Təxəllüsü Mixaylo" sənədli filmi ingilis dilinə tərcümə edilir.

Alim Qasımov və qızı Fərqanə səfərdən qayıdıblar
Xalq artisti muğam ifaçısı Alim Qasımov, əməkdar artist Fərqanə Qasımova ilə birgə Polşaya qastrol səfərindən qayıdıb.

Mətbuat gününə - mətbuat tarixi
Tarixçi və qəzet naşiri Akif Aşırlı belə bir kitab təqdim etdi



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər