Hal-hazırda Ayna qəzetinin 25.07.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 25.07.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Zamanın sınağı
Zamanın sınağı
yaxud "Dəli Kür"ün İstanbul nəşrinə sözardı
Şənbə, 25.07.2009

İsmayıl Umudlu mətn ölçüsü  

Artıq xəbər verildiyi kimi, görkəmli yazıçı İsmayıl Şıxlının "Dəli Kür" romanı İstanbulda nəşr edilmişdir. Bu nəşr Bakı Atatürk Mərkəzində ədiblərin və filoloq alimlərin geniş bir çevrəsinə təqdim olundu. Əlbəttə, milli ədəbiyyatımızın hər bir örnəyinin uzaq və yaxın ölkələrin oxucu auditoriyasına çıxarılması tək ədəbiyyatımızın təqdimi deyil, həm də mədəni dünya qarşısında Azərbaycanın, onun xalqının bəşəri ədəbiyyatının, zəngin mənəviyyatının təqdimidir və bizim aydınlar mühiti bu kimi halları xoş qarşılayırlar.

Xatırladaq ki, "Dəli Kür" İstanbulda Yıldız Yayıncılık və Reklamcılık Ltd. şirkəti tərəfindən işıq üzünə çıxarılıb. Bu, İsmayıl Şıxlının Türkiyədə çıxan ilk kitabıdır, bunadək Yasemin Bayerin "Xəzər qıyısında Yerlə Göy" hekayələr toplusunda onun "Namərd gülləsi" hekayəsi də yer alırdı. "Dəli Kür" romanını da Türkiyə türkcəsinə Azərbaycan ədəbiyyatının bu qardaş ölkədə ən böyük təbliğatçılarından biri kimi tanıdığımız Yasemin Bayer uyğunlaşdırmışdır.

Belə bir fikir səsləndirildi ki, çevirmənin bədii keyfiyyətləri barədə indilik bir söz söyləmək çətindir. Bu barədə Türkiyə türkcəsinin bədii çalarlarını bütün incəlikləri ilə bilənlər əsaslı söz söyləyə bilərlər və ümid edildi ki, Yasemin xanım bu iş üçün bütün qabiliyyətini sərf etmişdir və "Dəli Kür" Azərbaycanda sevildiyi kimi, Türkiyədə də seviləcəkdir. Hər halda, çevirməyə əmək sərf edən şəxs o zamandan etibarən müəlliflə yanaşı oxucu qarşısında məsuliyyət yükünü bölüşmüş olur.

Beləliklə, "tərcümə", yoxsa "uyğunlaşdırma"?

Mən bu halda "uyğunlaşdırma" ifadəsini qəsdən işlədirəm, yəni bu, tərcümə deyil, mən azərbaycancadan türkcəyə, yaxud türkcədən azərbaycancaya çevirmədə "tərcümə" sözünü işlədə bilmirəm, bu sözü eşidəndə yadıma o saat Sabirin məşhur taziyanəsi (epiqramı) düşür. O vaxt Sabir hansı kitabın titul səhifəsində isə gördüyü "osmanlıcadan türkə (yəni azərbaycancaya) tərcümə" ifadəsinə hiddətlənib bu epiqramı yazıb.

Bir qardaş dildən digərinə hansı "tərcümə"dən söhbət gedə bilər, burada mənə elə gəlir ki, yerli oxucunun asan qavrayışı üçün "uyğunlaşdırma" təyini daha münasibdir. Kimlər üçünsə heç bu "uyğunlaşdırmaya" da ehtiyac yoxdur. Artıq bizim gənclik, deyək ki, Orxan Pamuku yazdığı türkcədə oxumağa üstünlük verir. Mən də müasir Türkiyə yazıçı və şairlərini onların öz yazdıqları kimi oxumağı xoşlayıram. Yəqin ki, Türkiyədə də bizim yazıçıları və qəzetləri orijinalda oxumaq istəyənlər və oxuyanlar var. Təbii ki, bu situasiyada çətinlik çəkənlər də ola bilər, onda bədii əsərləri qarşılıqlı şəkildə "uyğunlaşdırma" ilə auditoriyaya təqdim etmək ən münasib yoldur.

Yasemin Bayer öz fəaliyyəti ilə hamını keçib

Bu tərifi onun ünvanına Bakı Atatürk Mərkəzinin rəhbəri, millət vəkili Nizami Cəfərov söylədi. Təqdimat mərasimini yerli ədəbi mühitə açıq elan edərkən Nizami Cəfərov dedi:

- Bu gün biz buraya dəyərli bir missiya üçün toplaşmışıq.

REKLAM

Böyük yazıçımız, böyük mütəfəkkirimiz, böyük ictimai xadim İsmayıl Şıxlının bu il 90 yaşıdır. Və bu 90 yaş ərəfəsində artıq bir sıra tədbirlər keçirilmiş, əsərləri tamaşaya qoyulmuş, haqqında yazılar yazılıbdır. Millətimizin səviyyəsini göstərən, öz tərcümeyi-halında millətin tərcümeyi-halını ehtiva edən şəxsiyyətlərimizdən biri kimi İsmayıl Şıxlı haqqında həmişə yazmaq və düşünmək lazımdır. İsmayıl Şıxlının, ümumiyyətlə, ədəbiyyatımızın ən gözəl əsərlərindən biri olan "Dəli Kür"ün rus dilindən başqa daha hansı dillərə tərcümə edildiyini qorxuram tam sadalaya bilməyim, amma nə qədər gecikmiş olsa da, bu roman artıq Türkiyədə də çapdan çıxıb və bu, çox yüksək səviyyəli bir çevirmədir. Bu işi bizim gözəl tərcüməçi, yazıçı və jurnalistimiz Yasemin Bayer yerinə yetirmiş və kitab İstanbulda işıq üzü görmüşdür. Bu yaxınlarda Yasemin xanım Heydər Əliyev haqqında da çox qiymətli bir kitabı Türkiyə türkcəsinə çevirdi və bu gün İsmayıl Şıxlının "Dəli Kür"ünü təqdim edir. Yasemin xanım adətən tərcümə ilə yanaşı yazıçının özü haqqında məlumat verir, onun barəsində yazılanları gözdən keçirir, müsahibələrində kitab barədə geniş təsəvvür yaradır. Yasemin xanım türk ədəbiyyatını da Azərbaycana tanıda bilərdi, amma daha çox Azərbaycan ədəbiyyatını Türkiyəyə tanıdır, bu örnəkləri yeni bir mühitə çıxarır, bu isə onun çox böyük xidmətidir. Söyləmək olar ki, son üç-dörd ildə bu sahədə hamını keçib. Türkiyə-Azərbaycan ədəbi əlaqələri sahəsində böyük işlər görən Yasemin xanımı bu gün heç kimlə müqayisə etmək olmaz. Həm yüksək dəyərli əsərlərin seçimində, həm də yüksək səviyyədə təqdimində əvəzsizdir. Onu təbrik edirik, eyni zamanda ona sağ ol deyirik ki, bizim ədəbiyyatımızı Türkiyədə tanıdır.

Yasemin Bayerin söylədikləri

Kitabın ilk səhifəsində yazıçı İsmayıl Şıxlı və bu işin ağırlığını üzərinə götürmüş Yasemin Bayerin tərcümeyi-halları, ədəbiyyat sahəsində gördükləri işlər və ədəbi mükafatları sıralanır. Yasemin Bayer kitaba "Alqılarımda İsmayıl Şıxlı..." başlıqlı duyğulu bir önsöz yazmışdır. Yasemin xanım deyir:

- 50-60-cı illər nəslinin təmsilçisi olan İsmayıl Şıxlını çox gec, 2007-ci ildə tanıdım və onun "Namərd gülləsi" hekayəsini "Xəzər qıyısında Yerlə Göy" adlı topluya daxil etdim. İsmayıl Şıxlı barədə bəzi fikirlərimi sizinlə bölüşmək istərdim. Adi insanlar öz adi həyatlarını yaşarlar, var olan dünyagörüşləri ilə. Özü-özünə, öz dünyagörüşləri ilə yaşamaq, əlbəttə, gözəldir. Bəzi insanlar isə öz həyatlarını qarşısındakı toplumun özgürlüyü ilə yaşar, eynilə İsmayıl Şıxlı kimi... Qazaxda İsmayıl Şıxlının kresloda rahat əyləşmiş bir halda heykəli var, sanki bu torpaqlardan əsla heç yerə getmək fikri yoxdur və əbədi olaraq burada qalacaqdır. Onun 90-cı illərdə qazaxlılara öz torpaqlarını düşmənə verməmək üçün burada möhkəm dayanmalarını və çarpışmalarını tövsiyə etdiyini xəyalımda canlandırdım.

Yasemin xanım çıxışında ünlü Amerika yazarı Uilyam Folkneri və çox sevdiymiz Namiq Kamalı xatırladı, azərbaycanlı yazıçı ilə onların həyatları və yaradıcılıq qayələri arasında maraqlı paralellər apardı, bənzərliklərə toxundu.

Niyə gecikib?

Xalq şairi və millət vəkili Sabir Rüstəmxanlı çıxışında belə bir sual cümləsi işlətdi: "Mənim üçün çox təəccüblüdür ki, Azərbaycan ədəbiyyatının bu şah əsəri nəyə görə indiyə qədər Anadolu türkcəsinə çevrilməyib?" Bəlkə də çoxları bilmir ki, "Dəli Kür" Azərbaycanda uğur qazandıqdan sonra onun ruscaya tərcümə edilərək Moskvada nəşri məsələsi ortaya çıxanda bizim ədəbiyyat çevrələrindən kimlərsə Moskvaya anonim məktub yazmışdılar ki, bu əsər millətçilik ruhundadır, antirus bir əsərdir. Lakin buna baxmayaraq, kitab Solouxinin tərcüməsində rusca nəşr edildi və rus oxucusu tərəfindən yaxşı qarşılandı. 90-cı illərdə bu əsərin Türkiyədə nəşri məsələsində artıq oranın ədəbi və nəşriyyat mühiti ilə əlaqə qurmağı bacarmış zirək ədiblərimiz bu dəfə onları "xəbərdar etmək" fürsətini əldən buraxmamışdılar: "antitürk əsərdir", "ruslara rəğbət duyğuları ilə yazılıb", "orada rus müəllimlər müsbət planda verilib" və s.

Sabir Rüstəmxanlı söylədi ki, Azərbaycan və Türkiyə qardaşdır, bir-birinə çox yaxındır, biznes sahəsində əməkdaşlıq genişlənir, lakin təəssüf ki, bir-birimizi kifayət qədər tanımırıq, problemlərimizi kifayət qədər bilmirik, elə Qarabağ məsələsinin mahiyyətini də Türkiyədə topluma kifayət qədər aydınlıqla çatdıra bilməmişik. Hətta ədəbiyyatlarımıza kifayət qədər bələd deyilik, halbuki ermənilər Türkiyədə daha çox kitab nəşr edir, daha yaxşı təbliğat işi ilə məşğuldur.

"Dəli Kür" beləliklə Türkiyə oxucu auditoriyasına bu iki qardaş ölkə arasında ara açıldıqdan 18 il sonra təqdim olunur. Yasemin Bayer İsmayıl Şıxlının "Ölüləri qəbristanlıqda basdırın" povestini də çevirmək və İstanbulda nəşr etdirmək niyyətində olduğunu söylədi. Belə görünür, gerçək ədəbiyyatın sərrafı olan bu xanım özü üçün İsmayıl Şıxlı irsini bütün dolğunluğu, bəşəriliyi, milli ruhu ilə indicə kəşf edib.

Zamanın sınağı çox sərtdir

Yazıçı taleyi və bədii əsər üçün bir zaman sınağı var. Yalnız güclü söz adamları və güclü əsərlər bu sınağa tab gətirir, onilləri, yüzilləri adlaya bilirlər. Zəiflərin ömrünü süni nəfəsvermə ilə uzatmağa çalışmaq əbəs canfəşanlıqdır. Real tələbatdan deyil, konyunktur mülahizələrdən təkan götürən bu cəhdlər yalnız müvəqqəti effekt verə bilər.

"Dəli Kür"ə gəldikdə, bu əsərin yaşı 50-yə yaxındır, lakin yenə də mübahisə, müzakirə mövzusudur. Yenə də onun üzərinə təkrar-təkrar qayıdılır. "Azərbaycan" ədəbi dərgisinin baş redaktoru İntiqam Qasımzadə belə bir qıcıqlandırıcı fikir söylədi ki, öz zamanında ədəbiyyatla deyil, konyunktura ilə məşğul olanların bu gün nə adları, nə əsərləri xatırlanır. İndi onları heç arxivdə də tapa bilməzsən.

"Dəli Kür"ün İstanbul nəşri yazıçının oğullarının təşəbbüsü deyil, bu iş Yasemin xanımın öz seçimi, öz təşəbbüsüdür. Uzun illər Qərb ölkələrində yaşamış olduğundan bədii əsərə özəl yanaşma prinsipləri var və gerçək bədii əsəri "qrafoman məhsulundan" asanlıqla fərqləndirir. Onun bu qabiliyyəti "Xəzər qıyısında Yerlə Göy" toplusuna daxil etdiyi örnəklərdən aydın sezilirdi.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Klipmeyker ikinci dəfə ailə həyatı qurur
O, seçimində yanılmaq istəmir

Müğənnilərin avtomobil yarışı
Ən bahalı markaya Ruhi sahibdir

Aysel Teymurzadə dünyaca məşhur "Warner Music" şirkəti ilə müqavilə imzalayıb
Onun albomunu bu şirkət hazırlayır

Cavanşir Quliyev: "Azərbaycan simfonik musiqisi yaşayır və inkişaf edir"
Bəstəkar ədalətin hər yanda bərqərar olmasını arzulayır

"Hüseyn Dərya narkotikanı birdəfəlik atıb"
Həyat yoldaşı reperin sağlam həyat uğrunda mübarizə apardığını deyir

Əmir Pəhləvan 50 yaşinda
Yaşanmış illərə heyifsilənmədən baxa bilir

Fuad Əlişov niyə böyük ekran əsəri çəkmir?
Rejissor bunun səbəbini tənbəlliyi ilə bağlamadı

"Mini-disklə oxumaq ayıbdır"
Mənsum İbrahimov deyir ki, bəziləri fonoqramın sonuna alqış sədaları yazdırır

Röya tarixə düşəcək?
Müğənni ana olmağa bir neçə gün qalmış konsert verəcək

"Eurovision-2010"un keçiriləcəyi məkan bəlli oldu
"Fornebu Arena"nın 23 min tamaşaçı tutumu var

Zabit Nəbizadənin diski işıq üzü görəcək
Xanəndə öz tələbələrinin təhsil ehtiyacını ödəyir

Əslən bakılı Dmitri Sitkovetski Firəngiz Əlizadənin əsərini səsləndirəcək
İyulun 27-də İsveçrənin Verbye şəhərində "Avropa Birliyi" adlı ənənəvi musiqi festivalı keçiriləcək.

Gəncədə "Amfiteatr" fəaliyyətini davam etdirir
Gəncədə ikinci ildir yay mövsümü ilə əlaqədar "Amfiteatr" fəaliyyətinə start verilib.

Azdrama truppası sentyabrda Norveçə səfər edəcək
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı bu ilin sentyabrında Norveçdə qastrol səfərində olacaq.

"Təxəllüsü Mixaylo" ingilis dilinə tərcümə edilib
Sovet İttifaqı Qəhrəmanı əfsanəvi kəşfiyyatçı Mehdi Hüseynzadədən bəhs edən "Təxəllüsü Mixaylo" sənədli filmi ingilis dilinə tərcümə edilir.

Alim Qasımov və qızı Fərqanə səfərdən qayıdıblar
Xalq artisti muğam ifaçısı Alim Qasımov, əməkdar artist Fərqanə Qasımova ilə birgə Polşaya qastrol səfərindən qayıdıb.

Mətbuat gününə - mətbuat tarixi
Tarixçi və qəzet naşiri Akif Aşırlı belə bir kitab təqdim etdi



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər