çap et  
Əcnəbi işçilər yerlilərlə əvəzlənir?
Şənbə, 25.07.2009


Xarici neft şirkətlərində əcnəbi mütəxəssislərin yerlilərlə əvəzlənməsilə bağlı vəziyyət öyrəniləcək. Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlının sözlərinə görə, şirkətlər işçilərin əvəzlənmə prosesinin getdiyini bildirirlər. Yəni əcnəbi fəhlələr yerlilərlə əvəz edilir. Lakin bu, rəhbər işçilərə şamil olunmayıb. Azərbaycanda mütəxəssis bolluğuna baxmayaraq, rəhbər vəzifələr əcnəbilərə tapşırılır. Buna görə də məsələ ilə bağlı növbəti araşdırma nəzərdə tutulub.

Mirvari Qəhrəmanlı söylədi ki, bundan sonra müqavilələrin yerinə yetirilməsinə dair təkliflərin hazırlanması nəzərdə tutulub. Həmçinin yerli fəhlələrin ixtisarı ilə bağlı araşdırmalara da başlanılacaq: "Vəziyyətlə bağlı açıqlama veriləcək, xarici təşkilatlara müraciət ediləcək. Xarici neft şirkətlərində çalışanların 90-95 faizi azərbaycanlı olmalıdır".