Ənənəvi "Media açarı"müsabiqəsinin illik mükafatları "Cressent Beach" otelində təntənəli bir törənlə təqdim olundu. Tədbirin təşkilatçıları "Yeni Nəsil" jurnalistlər birliyi, Azərbaycan Jurnalistlər Birliyi və Demokratik Jurnalistlər Liqası tərəfindən təşkil edilmişdi. İşin maliyyə dəstəyini "Azərsell" mobil rabitə şirkəti öz üzərinə götürmüşdü.
Bildirildi ki, münsiflər heyətinə 70-ə yaxın iş təqdim olunub və bunlar janrca publisistika, reportaj, jurnalist təhqiqatını əhatə edib. Materiallar siyasi, iqtisadi, mədəniyyət, idman, sosium, insan haqları mövzularında olmuşdur. Həvəsləndirici mükafatlar da vardı.
Siyasət və sosium mövzularında mükafat alan olmadı, deyildi ki, az iş təqdim olunub və onların səviyyəsi münsiflər heyətini təmin etməyib. Jurnalist təhqiqatı janrında daha çox material təqdim olunmuşdu.
Mövzular üzrə qaliblər bunlar idi: mədəniyyət - Aysel Əlizadə - 525-ci qəzet, idman - Mahir Rüstamov - "Futbol plyus" qəzeti, insan haqları - Aynur Elgünəş - "Bizim Yol" qəzeti, iqtisadiyyat - Pünhan Əfəndi - "Üç nöqtə" qəzeti.
Janrlar üzrə qaliblər bunlar idi: Reportaj - Səbuhi Məmmədli, "Azadlıq" qəzeti, foto - Oktay Məmmədov (ölümündən sonra) - Azərtac, publisistika - Sevda İsmayılllı - "Azadlıq" radiosu, jurnalist təhqiqatı - Babək Bəkir - "Azadlıq" radiosu.
Qalib nominasiyalar 400 manat məbləğində priz aldı. Bir neçə həvəsləndirici mükafat da vardı (200 manat). "Azərcell" şirkəti də öz növbəsində "Bizi birləşdirən dəyərlər" devizinə uyğun olaraq öz xüsusi prizini təqdim etdi.
|