Azərbaycanın "Xəzri"si düşmənləri əsdirəcək
 |
Yeni silah növünün bu il silahlanmaya qəbulu gözlənilir
Şənbə, 18.07.2009
|
|
Bu il Azərbaycan Silahlı Qüvvələrinin arsenalına yeni milli silah - "Xəzri" avtomatik tüfənginin daxil edilməsi gözlənilir. "MilAz" İnformasiya Agentliyinin məlumatına görə, tamamilə yerli mütəxəssislər tərəfindən hazırlanmış "Xəzri" bəzi xüsusiyyətlərinə görə "Kalaşnikov" avtomatından müsbət mənada fərqlənir.
Artıq silahın ilk modeli sınaqdan çıxarılıb və mart ayında Elektron Hesablayıcı Maşınlar zavodunun açılışında Ali Baş Komandana təqdim olunub. Avtomat tüfəngin bu il silahlanmaya qəbulu gözlənilir.
Mütəxəssislər gələcəkdə təkmilləşdirmələr nəticəsində "Xəzri"nin dünya silah bazarına girə biləcəyini də qeyd edirlər.
Qeyd edək ki, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi fəaliyyət göstərdiyi 3 il ərzində bir sıra uğurlu layihələrə imza atıb. Bu il ilk dəfə olaraq Azərbaycan mütəxəssislərinin yaratdığı silah və sursatlar beynəlxalq sərgidə nümayiş etdirilib.
|
|
|
Oxşar xəbərlər:
Dünyada silah satışı artıb
|
|
|