Hal-hazırda Ayna qəzetinin 18.07.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 18.07.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Əflatun Amaşov: "Mətbuat Şurası işlək bir təşkilatdır və hesabat verməyə də hər zaman hazırdır"
Əflatun Amaşov: "Mətbuat Şurası işlək bir təşkilatdır və hesabat verməyə də hər zaman hazırdır"
Payızda Mətbuat Şurasının hesabat konfransı keçiriləcək
Şənbə, 18.07.2009


T.MƏMMƏDOV
mətn ölçüsü  

Payızda Mətbuat Şurasının hesabat konfransı keçiriləcək. Bunu MŞ sədri Əflatun Amaşov "Mediaforum"a açıqlamasında bildirib. Nizamnaməyə 2008-ci ildə edilən dəyişikliyə görə, Mətbuat Şurası hər 4 ildən bir seçki qurultayı keçirməli, hər il isə hesabat xarakterli toplantı olmalıdır. Bu toplantıya qurultay da, konfrans da demək olar. "Qərara gəlmişik ki, payızda konfrans keçirək", - deyə Amaşov bildirib.

MŞ-nin son qurultayı ötən il iyunun 20-də keçirilmişdi. Qurultayda nizamnaməyə dəyişiklik edilərək İdarə Heyətinin səlahiyyət müddəti 2 ildən 4 ilədək artırılıb və şura üzvlərinin mərkəzi orqanlarda eyni vəzifəyə dalbadal iki müddətdən artıq seçilə bilməməsini nəzərdə tutan məhdudiyyət aradan qaldırılıb.

Əflatun Amaşov ali toplantıların hər il eyni vaxtda keçirilməsini, gecikmələri problem saymadığını bildirib. Bunu o qədər də vacib məsələ saymayan şura sədrinin sözlərinə görə, əsas olan odur ki, nəzərdə tutulan tədbirlər həyata keçirilsin: "Mən arzu edərdim ki, başqa ictimai birliklər də Mətbuat Şurası kimi hüquqi baxımdan üzərlərinə düşən missiyaları yerinə yetirib illik toplantılar keçirsin və öz üzvləri qarşısında hesabat versinlər. Mətbuat Şurası işlək bir təşkilatdır və hesabat verməyə də hər zaman hazırdır".

Hüquqşünas Yalçın İmanov isə "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanunun 25-ci maddəsini önə çəkərək bildirib ki, ictimai birliyin ali idarəetmə orqanı ildə bir dəfədən az olmayaraq çağırılan ümumi yığıncaqdır. Onun sözlərinə görə, ümumi yığıncağın səlahiyyətinə ictimai birliyin nizamnaməsinin qəbulu və ona dəyişikliklər edilməsi, əmlakın formalaşma və istifadə prinsiplərinin müəyyən edilməsi, icra orqanlarının yaradılması və onların səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması, illik hesabatın təsdiq edilməsi və sair məsələlər daxildir.

"QHT-lər haqda qanunun 31-ci maddəsində deyilir ki, qeyri-hökumət təşkilatı bu qanunun müddəalarından irəli gələn tələbləri pozduqda qanunvericiliyə uyğun şəkildə məsuliyyət daşıyır. Bu baxımdan yığıncağın çağırılmaması qanun pozuntusudur. Belə olan halda qeyri-hökumət təşkilatına müvafiq icra hakimiyyəti - Ədliyyə Nazirliyi tərəfindən yazılı xəbərdarlıq edilə və ya pozuntuların aradan qaldırılması haqqında göstəriş verilə bilər", - deyə hüquqşünas qeyd edib.

Əflatun Amaşov SİA-ya açıqlamasında digər bir məsələyə toxunub. KİV-in inkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasının mətbuatın inkişafında mühüm rol oynayacağını deyən şura sədrinin sözlərinə görə, sözügedən fond mətbuatın inkişafında yeni bir mərhələnin əsasını qoyub.

"Azərbaycan dövləti mətbuatın iqtisadi durumunu yaxşılaşdırmaq üçün belə bir fond yaradıb. Fondun vəsaitləri ölkədə mətbuatın, xüsusən də müstəqil yönümlü mətbuatın əsasının güclənməsinə xidmət edəcək. Bu fondun yaranmasına qədər dövlət mətbuata yardım edirdi, ancaq fondun yaradılması dövlətin sistemli şəkildə mütəmadi olaraq mətbuata yardım etməsi deməkdir. Bundan bəhrələnən Azərbaycan jurnalistikası özünün iqtisadi durumunu yaxşılaşdıracaq", - deyə Ə.Amaşov vurğulayıb.

MŞ sədri əlavə edib ki, iqtisadi gücün fonunda jurnalistlərin peşəkarlığı da artacaq, onlar daha da peşəkar olacaqlar. Onun fikrincə, media nümayəndələri cəmiyyətdə baş verən olaylara daha obyektiv, qərəzsiz və tərəfsiz yanaşacaqlar. Ümumilikdə, şura sədri hesab edir ki, mətbuat müstəqil olmalı, ölkədə və dünyada baş verən olaylara daha obyektiv yanaşmalıdır.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

İnformasiya "sipər"ləri

Azərbaycan mətbuatının neçə yaşı var?

Bölmənin digər xəbərləri
 
Öldürülən yaraqlı Avstriya vətəndaşı çıxdı
Silahlıların 2-si Azərbaycan ərazisindədir

Tehranda yeni kortəbii nümayişlər
Polis müxalifətçilərin bu aksiyalarını da dağıtmışdır

Tacikistan minaaxtaranlarına sertifikat verildi
ANAMA-nın 11 yaşı tamam oldu

Erməni əsir ölkəsindən imtina etdi
Karen Harutunyan 3-cü ölkəyə keçmək istəyir

Narkotiklərə qarşı mübarizə media mənsublarının müzakirəsində
Bu mövzuda yazan jurnalistlərə diqqətli olmaq tövsiyə edilir

"Dəli Kür" İstanbulda nəşr edildi
Görkəmli yazıçı İsmayıl Şıxlının məşhur "Dəli Kür" romanı İstanbulda Yıldız Yayıncılık və Reklamcılık Ltd. şirkəti tərəfindən böyük tirajla nəşr edilmişdir. Bu, İsmayıl Şıxlının əsərlərinin Türkiyədə ilk nəşridir.

Dövlət radiosunun rəhbəri dəyişdi
66 yaşlı Mövlud Süleymanlı təqaüdə göndərildi

Azərbaycanın "Xəzri"si düşmənləri əsdirəcək
Yeni silah növünün bu il silahlanmaya qəbulu gözlənilir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər