Hal-hazırda Ayna qəzetinin 18.07.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 18.07.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Erməni əsir ölkəsindən imtina etdi
Erməni əsir ölkəsindən imtina etdi
Karen Harutunyan 3-cü ölkəyə keçmək istəyir
Şənbə, 18.07.2009

C.Məzahiroğlu mətn ölçüsü  

Ermənistan ordusundakı dözülməz vəziyyətə tab gətirməyərək Azərbaycan tərəfinə keçən erməni əsgər Karen Harutunyan artıq Bakıya gətirilib. Karen Harutunyan iyulun 15-i axşam saatlarında Gədəbəy rayonu ərazisində Azərbaycan tərəfinə keçib.

Ermənistan Müdafiə Nazirliyinin 549 saylı əlahiddə motoatıcı alayının əsgəri, 19 yaşlı İrəvan sakini K.Harutunyan ANS-ə müsahibəsində bildirib ki, o, orduda ondan tələb edilən rüşvəti vermədiyi üçün edilən işgəncələrə dözməyib, xidməti yerini tərk etmək qərarına gəlib və beləliklə, sərhədi keçərək Azərbaycan əsgərlərinə təslim olub:

"İndi Ermənistanda vəziyyət olduqca pisdir. Ölkə əhalisi çox acınacaqlı yaşayır. Maddi imkan aşağı səviyyədədir. İş yerləri, demək olar, yoxdur. Bu da vəziyyətin daha da pisləşməsinə şərait yaradır. Xalq indiki rəhbərlik - Serj Sarkisyan və Seyran Ohanyanın rəbərliyi altında yaşamaq istəmir. Orada, yəni İrəvanda hər gün rəhbərlik əleyhinə mitinqlər keçirilir. Mən nə o xalqın nümayəndəsi, nə də o dövlətin əsgəri olmaq istəmirəm. Ermənistandan, oranın vətəndaşlığından imtina edirəm. Mən Azərbaycan rəsmilərindən xahiş edirəm ki, məni 3-cü ölkəyə göndərsinlər".

Bu arada Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndələri Azərbaycanda əsirlikdə olan Ermənistan ordusunun əsgərləri Ohan Harutunyan və Gevorq Tomasyana baş çəkiblər. Bu barədə APA-ya BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat katibi Gülnaz Quliyeva bildirib. Onun sözlərinə görə, əsirlərin saxlanma şəraitinin monitorinqi keçirilib, onlarla təkbətək söhbət aparılıb. Lakin onlar tərəfindən ailələrinə məktub yazılmayıb. Bu, BQXK tərəfindən erməni əsirlərinə ikinci başçəkmədir.

Qeyd edək ki, Ermənistan Ordusunun əsgərləri - 1991-ci il təvəllüdlü Harutunyan Ohan Vadinagiyeviç və 1991-ci il təvəllüdlü Tomasyan Gevorq Serjikoviç mayın 31-də saat 13.00 radələrində Ermənistan - Azərbaycan qoşunlarının təmas xəttində, Goranboy rayonu ərazisində Azərbaycan tərəfə keçiblər.

Ekspertlərin fikrincə, erməni ordusunda xidmətdən yayınma halları getdikcə kütləviləşir. Ermənistanın hərbi-siyasi rəhbərliyini narahat edən məqam əsgərlərin Azərbaycan tərəfə keçidinin kütləviləşə bilməsidir. Ekspertlər bildirirlər ki, Ermənistanın bu ağır iqtisadi-siyasi vəziyyətində ordunun deqradasiyası prosesi davam edəcək. Bu vəziyyətdə yaxın vaxtlarda Azərbaycan tərəfə əsir düşmə prosesinin davam edəcəyini, hətta kütləviləşəcəyini proqnozlaşdırmaq olar. Erməni tərəfi bunun qarşısını yalnız bir yolla ala bilər: Azərbaycanla sərhəd boyu canlı sipər çəkmək, lakin buna Ermənistanın nə hərbi, nə də iqtisadi qüdrəti yoxdur.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Öldürülən yaraqlı Avstriya vətəndaşı çıxdı
Silahlıların 2-si Azərbaycan ərazisindədir

Tehranda yeni kortəbii nümayişlər
Polis müxalifətçilərin bu aksiyalarını da dağıtmışdır

Tacikistan minaaxtaranlarına sertifikat verildi
ANAMA-nın 11 yaşı tamam oldu

Əflatun Amaşov: "Mətbuat Şurası işlək bir təşkilatdır və hesabat verməyə də hər zaman hazırdır"
Payızda Mətbuat Şurasının hesabat konfransı keçiriləcək

Narkotiklərə qarşı mübarizə media mənsublarının müzakirəsində
Bu mövzuda yazan jurnalistlərə diqqətli olmaq tövsiyə edilir

"Dəli Kür" İstanbulda nəşr edildi
Görkəmli yazıçı İsmayıl Şıxlının məşhur "Dəli Kür" romanı İstanbulda Yıldız Yayıncılık və Reklamcılık Ltd. şirkəti tərəfindən böyük tirajla nəşr edilmişdir. Bu, İsmayıl Şıxlının əsərlərinin Türkiyədə ilk nəşridir.

Dövlət radiosunun rəhbəri dəyişdi
66 yaşlı Mövlud Süleymanlı təqaüdə göndərildi

Azərbaycanın "Xəzri"si düşmənləri əsdirəcək
Yeni silah növünün bu il silahlanmaya qəbulu gözlənilir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Buraxılış imtahanları: qaydalarda dəyişiklik edilir

Buraxılış imtahanları: qaydalarda dəyişiklik edilir


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Bizə Avropa bazarlarında "yaşıl işıq"

Bizə Avropa bazarlarında "yaşıl işıq"


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər