Dünən Tehranda müxalif qüvvələrin yeni kortəbii nümayişi olub. "Reuters" agentliyinə istinadən yayılan xəbərlərə görə, müxalifətin bu kortəbii aksiyasında bir neçə minə qədər adam iştirak edib.
Xəbərə görə, aksiya sabiq prezident Ələkbər Haşimi-Rəfsəncaninin Tehran Universitetində cümə moizəsindəki çıxışından sonra başlayıb. Mahmud Əhmədinijatın əleydarı olması ilə tanınan Haşimi-Rəfsəncani öz moizəsində deyib ki, İran xalqının böyük hissəsi son prezident seçkilərinin nəticələrinə şübhə edir və hakimiyyət xalqın etimadını özünə qaytarmalıdır. O, son hadisələr zamanı həbs olunmuş vətəndaşların sərbəst buraxılmasını istəmişdir.
Şəhərin küçələrinə çıxan minlərcə Tehran sakini Mirhüseyn Musəvinin xeyrinə şüarlar səsləndiriblər. Polis Universitet binasının yaxınlığında toplaşmış Musəvi tərəfdarlarını zopaların və gözyaşardıcı qazın köməyi ilə dağıtmağa müvəffəq olub. 15 nəfərin həbs olunduğu xəbər verilir.
|