Hal-hazırda Ayna qəzetinin 18.07.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 18.07.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
"Siyasi yol Azərbaycanın maraqlarına ziddir"
"Siyasi yol Azərbaycanın maraqlarına ziddir"
Ayaz Mütəllibov: "Dağlıq Qarabağ probleminin həlli Ermənistandan asılıdır, Azərbaycandan yox"
Şənbə, 18.07.2009

C.Məzahiroğlu mətn ölçüsü  

"Dağlıq Qarabağ münaqişəsinin "Madrid prinsipləri" üzrə həlli Azərbaycanın maraqlarına iki mərhələdə uyğun ola bilər. Çünki pis-yaxşı bir tərpəniş var. Amma prezident İlham Əliyev bu yaxınlarda demişdi ki, status məsələsi bəlkə uzun illər həll olunmadı. Bu baxımdan müəyyən irəliləyişlərə baxmayaraq Qarabağ məsələsi yenə də gündəmdə olacaq, münasibətlərdə nisbi gərginlik hökm sürəcək. Onu da bilməliyik ki, son illər ərzində bu məsələyə tədricən erməni tərəfinin təsiri artıb, onların bu istiqamətdə böyük təcrübəsi var. Ona görə biz rahat ola bilmərik", - bunu "Mediaforum" saytına müsahibəsində Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov bildirib.

Mütəllibov deyir ki, referendum Qarabağ miqyasında olacaq:

"Orada da erməni əhalisinin üstünlüyü var. Belə olan halda referendum sadəcə formalizm deməkdir. Yəqin ki, Azərbaycan bu maddə ilə razılaşmamalıdır. Bəlkə yeni bir fikrin ortalığa çıxması üçün vaxt lazım gələcək, yeddi rayonun qaytarılmasından sonra yeni bir mərhələdə bu məsələyə qayıtmaq olar. Hazırkı vəziyyət baxımından düşünsək, Azərbaycan əhalisinin Qarabağda yenidən məskunlaşmasına mən rahat baxa bilmərəm. Çünki 18 il ərzində onlar özlərinə yeni məskən tapıblar, ora qayıdanlarla bərabər qayıtmayanlar da olacaq. Bu baxımdan erməni əhalisinin sayca üstünlüyü yenə də qalacaq".

Ayaz Mütəllibov əraziyə sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələsinə münasibətini açıqlayıb:

"Sülhməramlı qüvvələrin girməyi o deməkdir ki, artıq biz o əraziyə ayaq qoya bilmərik. Hələ sovet dövründən ermənilər faktik olaraq özlərini müstəqil bir dövlət kimi aparıblar. Hərbi hissələrlə də müdaxilə olunsa, hansı vəziyyət yaranacaq orada? Ərazi bütövlüyümüz necə olacaq? Azərbaycanın tərkibində, yoxsa kənarda hesab olunacaq Dağlıq Qarabağ?".

A.Mütəllibov bildirib ki, əsas prinsip Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır: "Bundan çıxış etmək lazımdır. Ancaq indilik o yeddi rayonun qaytarılması yaxşıdır.

REKLAM

Sonrası, necə deyərlər, Allah kərimdir".

"Sizcə, hər hansı saziş imzalanacaqsa, Azərbaycan hərbi yoldan imtina öhdəliyi götürməlidirmi?" sualına cavabında eks-prezident bildirib ki, bu məsələdə Azərbaycan tələsməməlidir:

"Vasitəçilərin beynində o var ki, erməni tərəfi müharibədə bizə qalib gəlib. Ancaq mən həmişə deyirəm - bizə müharibə elan olunmayıb, təcavüz, oğurluq olub. Onlar müharibəsiz - filansız bizim torpaqlarımızı zəbt ediblər. Bununla belə, razılaşaq ki, biz hərbdə uduzmuşuq, onda uduzan tərəf kimi revanşa ixtiyarımız var. Bu baxımdan öz mövqeyimizi saxlamalıyıq. Siyasi yol isə hansı tərəfdən baxsan, Azərbaycanın maraqlarına ziddir", - deyə o qeyd edib.

İndiki situasiyada saziş imzalanmasının mümkünlüyünə gəldikdə, A.Mütəllibov qeyd edib ki, əgər söhbət "Madrid prinsipləri"ndən gedirsə, burada qeyri-adi bir şey yoxdur:

"Bu prinsiplər indi elan olunur, amma el arasında neçə ildir danışılır və mən də dəfələrlə eşitmişəm. Burada yenilik yoxdur. Amma onların yenidən elan olunması o demək deyil ki, Azərbaycan və Ermənistan razılıq verəcəklər. Hər bir halda güzəştdən söhbət getdiyi təqdirdə Azərbaycan uduzmalı olacaq. Güzəşt ancaq o ola bilər ki, Dağlıq Qarabağa yüksək statuslu muxtariyyət verilsin və məsələ bitsin. Ermənilər buna razı olacaqmı? Razı olsalar, məsələ bitəcək. Mən həmişə demişəm ki, Dağlıq Qarabağ probleminin həlli Ermənistandan asılıdır, Azərbaycandan yox", - deyə o bildirib.

İyulun 16-da Azərbaycan Xalq Cəbhəsinin yaranmasının 20 ili tamam olub. AXC-nin Azərbaycan tarixindəki roluna münasibətinin birmənalı olmadığını deyən Mütəllibov bu hərəkətın qurbanlarından birinin də özü olduğunu qeyd edir: "Ümumi itkilərdən danışsaq, ərazi itkiləri də baş verib. Təəssüf ki, Azərbaycanda azadlıq hərəkatı hakimiyyət uğrunda mübarizəyə çevrilib, azadlıq şüarı qaldıran qüvvələr də əslində hakimiyyət mübarizəsi aparıblar. Bunun nəticəsində də biz itirdik. Mən belə deyəndə cəbhəçilər inciyirlər. Ancaq həqiqət budur. Dövlət çevrişləri hər zaman itkilərlə nəticələnir - bu, göz qabağındadır".

Mütəlllibov daha sonra bildirib: "Ümumiyyətlə, o dövrə birmənalı rəy bildirmək olmaz. Məsələn, Türkmənistanı, Özbəkistanı götürək. Onlar da Azərbaycanla eyni vaxtda müstəqilliyə nail oldular, ancaq torpaqlarını itirmədilər. Azərbaycanda vəziyyət qeyri-adidir. Ona görə mən prezident olduğum zaman da deyirdim ki, gəlin birləşək, daxili müharibədən çəkinək. Bizim Qarabağ cəbhəmiz var, başqa cəbhə almayaq. Hesab etməyin ki, kommunist dövründəki rəsmilər Qarabağ üçün ağrımırdılar. Elə deyil. Qarabağı bizdən çox istəmirdilər ki,.. Amma nədənsə birlik baş tutmadı. Ona görə də azadlığımız böyük itkilərlə müşayiət olundu".


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Azərbaycandakı həbs Avropanı "silkələdi"
ATƏT rəsmisi: "Bu ölkədə söz azadlığı ölür"

"NABUCCO" ətrafinda siyasi hesablar tam dəqiqləşməyib
Çox şey Moskvanın Qarabağ danışıqlarında tutduğu mövqedən asılı olacaq

Qarabağ Münaqişəsinin Tənzimlənməsinə dair İctimai Şuradan prezidentə təklif
"Qarabağın azərbaycanlı icmasının xarici dövlətlərdə ayrıca təmsilçiliklərinin açılması doğru deyil"

"Zampolit" sisteminin ləğvi orduya nə verdi?
NATO standartlarına uyğun ilk islahatdan düz 10 il sonra Silahlı Qüvvələr dilemma ilə üz-üzə qalıb

Moskvada Qarabağ danışıqları: ilkin razılaşma yaxındır?
Bu gün Azərbaycan və Ermənistan prezidentlərinin ilkin razılığa gələcəyi bildirilir. Olsa-olsa, bu, Rusiyanın himayəsində bir şifahi razılaşma olacaq, yazılı razılaşma isə bir az sonraya qalacaq

ABŞ Senatında "Nabucco" layihəsi üzrə dinləmələr keçirilib
İran nüvə proqramına aydınlıq gətirənə qədər layihəyə yaxın buraxılmır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Buraxılış imtahanları: qaydalarda dəyişiklik edilir

Buraxılış imtahanları: qaydalarda dəyişiklik edilir


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Bizə Avropa bazarlarında "yaşıl işıq"

Bizə Avropa bazarlarında "yaşıl işıq"


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər