Hal-hazırda Ayna qəzetinin 18.07.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 18.07.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Qarabağ Münaqişəsinin Tənzimlənməsinə dair İctimai Şuradan prezidentə təklif
"Qarabağın azərbaycanlı icmasının xarici dövlətlərdə ayrıca təmsilçiliklərinin açılması doğru deyil"
Şənbə, 18.07.2009

Tural mətn ölçüsü  

Qarabağ Münaqişəsinin Tənzimlənməsinə dair İctimai Şura (QMTİŞ) Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının daha sıx şəkildə birləşməsi ideyasını dəstəkləyir və bu məqsədlə "Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin cari il iyunun 5-də keçirdiyi qurultayı təqdir edir. Şura beynəlxalq vasitəçilərin azərbaycanlı icmasının istək və təkliflərini nəzərə alacağına ümid edir.

Bu fikirlər QMTİŞ-in dünən priezident İlham Əliyevə göndərdiyi müraciətdə öz əksini tapır. Müraciətdə qeyd olunur ki, beynəlxalq vasitəçilərin azərbaycanlı icmasının istək və təkliflərini nəzərə alması gələcək danışıqlarda beynəlxalq vasitəçilərin Dağlıq Qarabağın azərbaycanlı icmasının xüsusi nümayəndəsi ilə təmaslara başlaması baxımından da zəruridir.

"İnanırıq ki, Dağlıq Qarabağın azərbaycanlı icması ölkə daxilində siyasi və ictimai baxışlarından asılı olmayaraq bütün təbəqə və qruplarla təmaslara açıq olacaq və tərəfsizlik prinsiplərinə sadiq qalacaq. İctimai Şura azərbaycanlı icmanın yaradacağı müxtəlif strukturlarda məhz Dağlıq Qarabağda doğulan şəxslərin fəaliyyət göstərməsini doğru hesab edir. Əks halda qarşı tərəf və beynəlxalq vasitəçilər icmanın Dağlıq Qarabağ azərbaycanlıları adından danışmasını şübhə altına ala bilərlər", - deyə müraciətdə bildirilir.

Bununla bərabər, QMTİŞ "Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin bəzi təkliflərini doğru saymır. Belə ki, icmanın xarici dövlətlərdə ayrıca təmsilçiliklərinin açılması ilə bağlı fikirlərinə qarşı çıxan İctimai Şura hesab edir ki, bu fəaliyyət yalnız Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin tərkibində həyata keçirilə bilər.

QMTİŞ-də düşünürlər ki, Dağlıq Qarabağın erməni icmasının bir sıra ölkələrdə "təmsilçilik" açmaq təşəbbüslərinə qarşı çıxan və bunu beynəlxalq hüququn ərazi bütövlüyü prinsipinə zidd sayan Azərbaycan eyni səbəbə görə Dağlıq Qarabağın azərbaycanlı icmasının da müstəqil subyekt kimi xaricdə fəaliyyətinə yaşıl işıq yandıra bilməz.

İctimai Şura bəzi addımların atılmasını da zəruri hesab edir. Belə ki, Qarabağın azərbaycanlı icmasının fəaliyyətini tənzimləmək məqsədilə Milli Məclisdə müvafiq qanunun qəbulunu təklif edən şura həmçinin icmanın bir neçə dildə, o cümlədən erməni dilində yayımlanan saytının yaradılmasını görüləsi vacib işlərdən sayır.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Püşkatma kimə nə vəd edir?

Müxalifət "xalq diplomatiyası"nı milli maraqlarımıza zidd sayır

"NABUCCO" ətrafinda siyasi hesablar tam dəqiqləşməyib

Moskvada Qarabağ danışıqları: ilkin razılaşma yaxındır?

"Qarabağ" sensasiyaya səbəb oldu

Bölmənin digər xəbərləri
 
Azərbaycandakı həbs Avropanı "silkələdi"
ATƏT rəsmisi: "Bu ölkədə söz azadlığı ölür"

"NABUCCO" ətrafinda siyasi hesablar tam dəqiqləşməyib
Çox şey Moskvanın Qarabağ danışıqlarında tutduğu mövqedən asılı olacaq

"Zampolit" sisteminin ləğvi orduya nə verdi?
NATO standartlarına uyğun ilk islahatdan düz 10 il sonra Silahlı Qüvvələr dilemma ilə üz-üzə qalıb

"Siyasi yol Azərbaycanın maraqlarına ziddir"
Ayaz Mütəllibov: "Dağlıq Qarabağ probleminin həlli Ermənistandan asılıdır, Azərbaycandan yox"

Moskvada Qarabağ danışıqları: ilkin razılaşma yaxındır?
Bu gün Azərbaycan və Ermənistan prezidentlərinin ilkin razılığa gələcəyi bildirilir. Olsa-olsa, bu, Rusiyanın himayəsində bir şifahi razılaşma olacaq, yazılı razılaşma isə bir az sonraya qalacaq

ABŞ Senatında "Nabucco" layihəsi üzrə dinləmələr keçirilib
İran nüvə proqramına aydınlıq gətirənə qədər layihəyə yaxın buraxılmır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər