![]() |
çap et |
|
|||
2007-ci ilin avqustunda Dəvəçi rayonunun Dağ Bilici kənd sakinləri 14 yaşlı Nailə və 7 yaşlı Reyhanə Məcidovaların qətlində, digər ağır cinayətlərdə ittiham olunan Qələgah kənd sakinləri - Təvəkkül, Elnur və Elçin İsmayılov qardaşlarının məhkəməsi başa çatıb. Prosesə Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hakimi Əhməd Quliyev sədrlik edib.
İstintaq zamanı Təvəkkül İsmayılov törətdiyi başqa dəhşətli əməllərdən də danışıb. O, 18 may 2005-ci ildə Dağ Bilici kəndinə gedərkən kənd sakini Gözəllə (ad şərtidir - red.) rastlaşdığını deyib. O, Gözəli ərə vermək adı ilə aldadaraq görüşə çağırıb. Onlar kəndin yaxınlığında yerləşən "Pirpalıd" adlı meşəyə gediblər. Təvəkkül İsmayılov orada Gözəllə cinsi əlaqədə olduqdan sonra onu Samur-Abşeron su kanalının kənarına gətirib. Təvəkkül İsmayılov törətdiyi cinayətlə kifayətlənməyərək qızın üstündə olan 62 manat pulu götürdükdən sonra onu öldürmək məqsədilə qəsdən suya itələyib. Gözəl kanalda boğularaq ölüb. ![]() 2007-ci il avqustun 6-da T.İsmayılov qardaşı Elnura "Saralar" adlı yerdə böyürtkən yığan Nailə və Reyhanə Məcidovaları oğurlamağı təklif edib. Qardaşlar Məcidova bacılarını zorlamaq məqsədilə ata mindirərək "Daşlı bulaq" adlanan əraziyə aparıblar. Orada 1992-ci il təvəllüdlü Nailə Məcidova ilə həm təbii, həm də qeyri-təbii yolla cinsi əlaqədə olduqdan sonra onu Samur-Abşeron kanalının yanına gətirərək boğublar. Daha sonra Nailə Məcidovanı suya itələyərək hadisə yerindən uzaqlaşıblar. Nailə Məcidovanın meyidi 9 avqust 2007-ci ildə tapılıb. Cinayətkar kənddə daha bir qız zorlayıb İstintaq zamanı bəlli olub ki, təqsirləndirilən Elçin İsmayılov 2003-cü il fevralın 21-də Qələgah kənd sakini 1986-cı il təvəllüdlü Seyranəni (ad şərtidir - red.) zorlamaq məqsədilə onun yaşadığı evə gəlib. Seyranənin evdə tək olduğunu görən Elçin İsmayılov onun müqavimətini qıraraq zorla cinsi əlaqədə olub. Eyni zamanda, təqsirləndirilən üçüncü qardaş Elnur İsmayılovun 2 aprel 2001-ci ildə Dağ Bilici kəndinin yaxınlığında bulaqdan su aparan 13 yaşlı Esmiranı (ad şərtidir - red.) zorlamaq istəməsi, lakin qızın səsinə atası gəldiyindən niyyətinə çata bilməməsi sübuta yetirilib. Qızların atalarından qisas almaq üçün manyak bu əməlləri törədib Bundan əlavə, qardaşlar oğurluq, başqasının əmlakını ələ keçirmə kimi də cinayət əməlləri törədiblər. İstintaqa ifadə verən təqsirləndirilən şəxs Təvəkkül İsmayılov bildirib ki, onun Zamir Məcidovla ədavəti olub. Çünki Zaur Məcidov kənd sakini Gözəlin itməsində onu günahkar bilib. Buna görə də, o, Zamirdən qisas almağa gəlib və onun qızlarını zorlayıb. O, ifadəsində göstərib ki, uşaqlardan onunla getməyi tələb edib və atalarına zəng vuraraq pul tələb edəcəyini bildirib. Nailə ona yalvarıb ki, evimizdə 60 manat pul var, gedim onu gətirim, bizi burax. Ancaq o razılaşmayaraq qızı zorlayıb və sonra boğub öldürərək kanala atıb. İstintaq zamanı məlum olub ki, Elnur İsmayılov 3 dəfə ailə həyatı qurub. 4-cü dəfə qız qaçırmaq istəyəndə qız qışqırıb, o da qızı buraxaraq qaçıb. Elçin İsmayılov Məcidova bacıları ilə cinsi əlaqədə olmağı ona qardaşı Təvəkkülün təklif etdiyini deyib: "Mən onlarla cinsi əlaqədə olmaq istəmədiyimi dedikdə qardaşım mənə acıqlandı. Mən də balaca qızı bir qədər kənara aparıb onun qıçlarına cinsi əlaqədə oldum". "Məcidovaları rəis müavininin sifarişi ilə oğurlamışam" İstintaqa verdiyi ifadəsini məhkəmədə dəyişən Təvəkkül İsmayılov məhkəmədə fəqli ifadə verib. İstintaqdan fəqli olaraq Təvəkkül İsmayılov məhkəmədə etdiyi əmələ görə məsuliyyətdən kənarda qalan şəxslərin hamısı barədə məlumat verib. O bu cinayətdə polis rəisinin təqsirkar olduğunu qeyd edib. Təvəkkül İsmayılovun bu açıqlaması məhkəmədə bomba partlayışı effekti verib. Təvəkkül İsmayılov bildirib ki, Məcidova bacılarının oğurlanmasını Musa Hüseynovun sifarişi ilə həyata keçirib. Təvəkkül İsmayılov bildirdi ki, bu sifarişi ona Dəvəçi rayon Polis Şöbəsinin rəisi Nizami Sadıqov (Nizami Sadıqov hazırda vəzifəsindən kənarlaşdırılıb - red.) və onun müavini Məmmədmusa Hüseynov verib: "2004-cü ildə qoyun oğurluğuna görə məni tutub polis şöbəsinə gətirdilər. Həmin vaxtda mən Ənvərin fermasında onun qoyunlarını otarırdım. Mənə məlum oldu ki, məni Ənvərin qoyununu oğurlamaqda ittiham edirlər. Amma mən qoyun oğurlamamışdım. Mənim tutularaq polis şöbəsinə gətirilməyimdə Nizami Sadıqovun və Məmmədmusa Hüseynovun məqsədi olub. Həmin vaxt məni şöbədə Məmmədmusa Hüseynov döydürdü. Sonra otağına gətizdirdi. Məmmədmusa Hüseynov mənə dedi ki, onlara qız-qadın lazımdır. Məmmədmusa Hüseynov mənə dedi ki, səni azad edirik, amma şərtimiz var, gərək bizə işləyəsən. O mənə təklif etdi ki, onlara çoxlu qızlar gətirim. Bu şərtlə məni azad etdi. "Rəis müavini qızları maşına qoyaraq apardı" Mən həmin vaxt onun təklifi ilə razılaşsam da, onun istəyini həyata keçirmədim. Oradan çıxıb Quba rayonuna yollandım. Bir müddət Qubada qalandan sonra yenidən kəndə qayıtdım. Orada Ənvərin fermasında çoban işləməyə başladım. Həmin vaxtlar Məmmədmusa Hüseynov Ənvərin fermasına gəldi və orada məni gördü, o mənə şərtini xatırlatdı və həbs etməklə hədələdi. Məmmədmusa Hüseynov dedi ki, onlara qız uşağı lazımdır. Mən də onunla söhbətimdən sonra təsadüfən Reyhanə və Nailə Məcidova bacılarının kəndin kənarında moruq yığdıqlarını gördüm. Həmin vaxt Musa Hüseynovun dediklərini xatırlayıb onları oğurlamaq qərarına gəldim. Mən qızların yanına atla yaxınlaşıb onlara hədə-qorxu gəldim ki, səslərini çıxarmasınlar. Hər iki bacını atın belinə mindirib "yataq" deyilən əraziyə gətirdim, onları orada olan vaqona saldım və Məmmədmusa Hüseynova xəbər verdim ki, dedikləri hazırdır. O da metal rəngli "Jiquli" ilə ora gəldi və qızları maşına qoyaraq apardı. Ertəsi gün məni həbs etdilər. Orada məni dindirmədilər, mənim ifadəmi almaq üçün Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə gətirdilər. Nizami Sadıqov da, Məmmədmusa Hüseynov da mənə dedilər ki, cinayəti boynuna al, səni qurtaracağıq. Məmmədmusa Hüseynova dedim ki, bəs deyəcəklər ki, uşaq haradadır? Məmmədmusa Hüseynov dedi ki, deyərsən öldürüb su kanalına atmışam. Amma mən istintaqa onların dediyi kimi ifadə vermədim. Məni Baş Mütəşəkkildə və Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi Zakir Saatova Məcidova bacılarının oğurlanmasını Məmmədmusa Hüseynovun sifarişi ilə həyata keçirdiyimi bildirmişəm. İstintaq İdarəsinin rəisi Eldar Əhmədov da "Bayıl" türməsində məni dindirdi. Ona da eyni məzmunlu ifadə vermişəm. Həmin dindirmələr zamanı videoçəkiliş aparılıb. Nədənsə mənim ifadəmə əhəmiyyət verilmədi. Bunun əvəzində isə iki qardaşımı da tutdular. Onların heç bir günahı olmadığı halda mənim sifarişlə törətdiyim cinayətlərdə ittiham olundular. İstintaqda verdiyim ifadəyə görə, Məmmədmusa Hüseynov və Nizami Sadıqov məndən qisas almaq məqsədilə qardaşlarımı tutdurublar. Çünki onların dediyi kimi ifadə verməmişəm"."Rəis müavini həm də narkotik alverin başında durur" Təvəkkül İsmayılovun sözlərinə görə, Məcidova bacılarını oğurlayarkən onlara bildirdim ki, valideynlərindən pul alandan sonra onları azad edəcək. Onun bildirdiyinə görə, Məmmədmusa Hüseynovun qızları nə məqsədlə istəməsindən xəbəri olmayıb. O bildirdi ki, yalnız sifarişi icra edib. O daha sonra Məmmədmusa Hüseynovun başqa işlərindən də danışdı: "Məmmədmusa Hüseynov rayonda istədiyi hərəkəti edir. Rayonun yarıdan çoxu ona işləyir. Məmmədmusa Hüseynov rayonda narkotika işinə başçılıq edir. Rayona daxil olan narkotika onun əli ilə gətirilir. Onun narkotika alverindən qadın alverinə qədər cinayətləri var". Təvəkkül İsmayılov bildirdi ki, ibtidai istintaq zamanı Məmmədmusa Hüseynovla üzləşdirilib: "Üzləşdirmədə vəkilim və müstəntiq iştirak edirdi. Mən olanların hamısını dedim. Məmmədmusa Hüseynov sonra müstəntiqlə pıçıltı ilə nəsə danışdı, sonra çıxıb getdi. Müstəntiqin göstərişi ilə məni saxlandığım kameraya apardılar". "Diləfruzu da Məmmədmusa Hüseynovun tapşırığı ilə aldadıb ona təhvil verdim" İttihama görə, Təvəkkül İsmayılov Qəndab kənd sakini Diləfruz Daşdıyevanın oğurlanmasında da ittiham olunur. Təqsirləndirilən şəxs həmin ittihama da aydınlıq gətirdi: "Diləfruz Daşdıyevanın da oğurlanması sifarişini Məmmədmusa Hüseynov verib. Diləfruzu mən uşaqlıqdan tanıyırdım. Onların kəndinə gedəndə onunla görüşdüm, ərə vermək adı ilə öz kəndimizə gətirdim. Onu kəndə gətirəndən sonra Məmmədmusa Hüseynova zəng etdim və ona lazım olan qadını aldadaraq kəndə gətirdiyimi bildirdim. Məmmədmusa kəndə gəldi və Diləfruzu ona təhvil verdim. Diləfruza görə Məmmədmusa mənə 200 dollar verib". "Mənim İsmayılov qardaşları ilə əməkdaşlığım olmayıb" Məhkəməyə təqsirləndirilən şəxsin həmin ifadəsinə aydınlıq gətirməsi üçün Dəvəçi rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Məmmədmusa Hüseynov da dəvət edilib. Məhkəmədə ifadə verən Məmmədmusa Hüseynov bildirib ki, təqsirləndirilən Təvəkkül İsmayılovu rayon sakini kimi tanıyır və onunla heç bir əməkdaşlığı olmayıb. Məmmədmusa Hüseynov 2007-ci il avqustun 6-da oğurlanan Məcidova bacılarının işi üzrə yaradılan əməliyyat qrupuna rəhbərlik edib. O bildirdi ki, Təvəkkül İsmayılov 2006-cı ildə Dəvəçi rayon Məhkəməsinin qərarı ilə həbs edilib: "Onun ətrafında biz də əməliyyat tədbirləri apardıq. Rayonda açılmayan cinayətlərlə bağlı onu sorğu-sual etdik. Həmin vaxt onunla bundan başqa, söhbətim olmayıb". Prokurorun Məcidova bacılarının işi ilə bağlı suallarına rəis müavini belə cavab verdi: "Avqustun 6-da iş otağımda idim. Növbətçi hissədən bildirdilər ki, Dağ Bilici kəndində iki bacı moruq yığmağa gedib və bir daha geri qayıtmayıb. Biz dərhal həmin kəndə yollandıq". Rəis müavininin cinayəti açmasının sirri Məmmədmusa Hüseynov bildirdi ki, Təvəkkül İsmayılov həbs edilən zaman xidməti otağında olub: "Mənə xəbər verdilər ki, Qələgah kənd sakini Təvəkkül İsmayılov Məcidova bacılarının işi üzrə saxlanıb, kənd sakinləri onu vermirlər, səhrada dindirilməsini tələb edirlər. Mən həmin kəndə yollandım və bildirdim ki, o, səhrada heç nəyi etiraf etməyəcək. Onu şöbəyə aparmaq lazımdır. Təvəkkülü şöbəyə gətirdik. Orada bizə izi itirən cavablar verdi. Onun ifadələrini yoxlayanda dediklərinin səhv olduğu məlum oldu. O, törətdiyi əməli boyuna almırdı. Rayon prokurorundan və müstəntiqdən icazə alıb onu xidməti otağımda dindirdim. Orada bildirdim ki, dediklərin təsdiq olunmur, törətdiyin əməli etiraf etsən, cəzan yüngülləşdiriləcək. Əks halda, ömrün boyu ürək ağrısı keçirəcəksən. O da bir siqaret çəkdi və Məcidova bacılarını oğurladığını, zorladığını və öldürüb kanala atdığını etiraf etdi. Mən sevincək rəisin otağına qaçdım və Təvəkkülün cinayəti etiraf etdiyini bildirdim. Sonra prokuror, rəis və müstəntiqin yanında Təvəkkül bildirdi ki, Məcidova bacılarının meyidini Təzəkənd kəndinin yanında kanala atmışam". Məmmədmusa Hüseynov Təvəkkülün Diləfruz Daşdıyevanı da öldürüb kanala atdığını bildirib: "Bir neçə gün aparılan axtarışlardan sonra Məcidova bacılarından birinin meyidini tapmaq mümkün oldu. Meyit tapılanda mərhumun valideynləri də orada idilər. Həmin vaxt onlar meyidi tanıdıqlarını dedilər". Digər suallara cavab verən rəis müavini bildirib ki, Təvəkkül İsmayılov DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılandan sonra onunla əlaqəsi olmayıb. İdarədə müstəntiq onu Təvəkküllə üzləşdirib: "Təvəkkül müstəntiqə bildirib ki, Məcidova bacılarını mənim sifarişimlə oğurlayıb. Buna görə də, müstəntiq məni Təvəkkül İsmayılovla üzləşdirdi. Həmin üzləşdirmədə Təvəkkül mənim sifarişimlə qızları oğurladığını təsdiq edə bilmədi". "Sənin məqsədin cinayəti açmaq yox, ört-basdır etməkdir" Daha sonra şahidə ötən məhkəmə iclasında təqsirləndirilən Təvəkkül İsmayılovun ifadəsinə istinadən Məcidova bacılarının onun sifarişi ilə oğurlanması ilə bağlı suallar verildi. Şahid deyilənlərin ağ yalan olduğunu dedi: "Təvəkkül İsmayılovun həmin ifadəsi məni şantaj etməkdən başqa heç nəyə söykənmir. Əgər onun dediyi kimi, mənim bu cinayətdə əlim olubsa, onda cinayətin açılmasında da maraqlı olmazdım". Təqsirləndirilən Elnur İsmayılov yerindən şahidə replika atdı: "Bu işdə sənin əlin var. Sənin məqsədin cinayəti açmaq yox, ört-basdır etməkdir". Məmmədmusa Hüseynov bildirdi ki, cinayəti açdığı üçün təqsirləndirilən şəxslər ona qarşı qərəzli mövqe tuturlar: "Hörmətli məhkəmə, bu qardaşların hər biri iki-üç dəfə evlənib. Kənd sakinləri bunların əlindən bezmişdi. Kim qabaqlarına çıxdı, zorlayırdılar". Daha sonra məhkəmə digər təqsirləndirilən şəxsləri, zərərçəkmişləri, şahidləri dinləyib. Bütün tərəfləri dinləyən hakimlər sonda hökm elan etdilər. Məhkəmə oğurluq və dələduzluq ittihamları ilə mühakimə olunan Elnura 6, Elçinə isə 4 il, azyaşlı bacıların qətlində və digər ağır cinayətlərdə ittiham olunan Təvəkkül İsmayılova isə ömürlük cəza təyin etdi. |