"Dəvəçi işi" üzrə məhkəmə başa çatdı
 |
Şok ifadələr, şübhəli detallar, hüquq-mühafizə orqanlarının anlaşılmaz davranışı. Azyaşlı bacıları öldürməkdə təqsirli bilinən şəxs ömürlük cəza aldı
Şənbə, 18.07.2009
|
|
2007-ci ilin avqustunda Dəvəçi rayonunun Dağ Bilici kənd sakinləri 14 yaşlı Nailə və 7 yaşlı Reyhanə Məcidovaların qətlində, digər ağır cinayətlərdə ittiham olunan Qələgah kənd sakinləri - Təvəkkül, Elnur və Elçin İsmayılov qardaşlarının məhkəməsi başa çatıb. Prosesə Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hakimi Əhməd Quliyev sədrlik edib.
İstintaq zamanı Təvəkkül İsmayılov törətdiyi başqa dəhşətli əməllərdən də danışıb. O, 18 may 2005-ci ildə Dağ Bilici kəndinə gedərkən kənd sakini Gözəllə (ad şərtidir - red.) rastlaşdığını deyib. O, Gözəli ərə vermək adı ilə aldadaraq görüşə çağırıb. Onlar kəndin yaxınlığında yerləşən "Pirpalıd" adlı meşəyə gediblər. Təvəkkül İsmayılov orada Gözəllə cinsi əlaqədə olduqdan sonra onu Samur-Abşeron su kanalının kənarına gətirib. Təvəkkül İsmayılov törətdiyi cinayətlə kifayətlənməyərək qızın üstündə olan 62 manat pulu götürdükdən sonra onu öldürmək məqsədilə qəsdən suya itələyib. Gözəl kanalda boğularaq ölüb.
2007-ci il avqustun 6-da T.İsmayılov qardaşı Elnura "Saralar" adlı yerdə böyürtkən yığan Nailə və Reyhanə Məcidovaları oğurlamağı təklif edib. Qardaşlar Məcidova bacılarını zorlamaq məqsədilə ata mindirərək "Daşlı bulaq" adlanan əraziyə aparıblar. Orada 1992-ci il təvəllüdlü Nailə Məcidova ilə həm təbii, həm də qeyri-təbii yolla cinsi əlaqədə olduqdan sonra onu Samur-Abşeron kanalının yanına gətirərək boğublar. Daha sonra Nailə Məcidovanı suya itələyərək hadisə yerindən uzaqlaşıblar. Nailə Məcidovanın meyidi 9 avqust 2007-ci ildə tapılıb.
Cinayətkar kənddə daha bir qız zorlayıb
İstintaq zamanı bəlli olub ki, təqsirləndirilən Elçin İsmayılov 2003-cü il fevralın 21-də Qələgah kənd sakini 1986-cı il təvəllüdlü Seyranəni (ad şərtidir - red.) zorlamaq məqsədilə onun yaşadığı evə gəlib. Seyranənin evdə tək olduğunu görən Elçin İsmayılov onun müqavimətini qıraraq zorla cinsi əlaqədə olub. Eyni zamanda, təqsirləndirilən üçüncü qardaş Elnur İsmayılovun 2 aprel 2001-ci ildə Dağ Bilici kəndinin yaxınlığında bulaqdan su aparan 13 yaşlı Esmiranı (ad şərtidir - red.) zorlamaq istəməsi, lakin qızın səsinə atası gəldiyindən niyyətinə çata bilməməsi sübuta yetirilib.
Qızların atalarından qisas almaq üçün manyak bu əməlləri törədib
Bundan əlavə, qardaşlar oğurluq, başqasının əmlakını ələ keçirmə kimi də cinayət əməlləri törədiblər. İstintaqa ifadə verən təqsirləndirilən şəxs Təvəkkül İsmayılov bildirib ki, onun Zamir Məcidovla ədavəti olub.
Çünki Zaur Məcidov kənd sakini Gözəlin itməsində onu günahkar bilib. Buna görə də, o, Zamirdən qisas almağa gəlib və onun qızlarını zorlayıb. O, ifadəsində göstərib ki, uşaqlardan onunla getməyi tələb edib və atalarına zəng vuraraq pul tələb edəcəyini bildirib. Nailə ona yalvarıb ki, evimizdə 60 manat pul var, gedim onu gətirim, bizi burax. Ancaq o razılaşmayaraq qızı zorlayıb və sonra boğub öldürərək kanala atıb. İstintaq zamanı məlum olub ki, Elnur İsmayılov 3 dəfə ailə həyatı qurub. 4-cü dəfə qız qaçırmaq istəyəndə qız qışqırıb, o da qızı buraxaraq qaçıb. Elçin İsmayılov Məcidova bacıları ilə cinsi əlaqədə olmağı ona qardaşı Təvəkkülün təklif etdiyini deyib: "Mən onlarla cinsi əlaqədə olmaq istəmədiyimi dedikdə qardaşım mənə acıqlandı. Mən də balaca qızı bir qədər kənara aparıb onun qıçlarına cinsi əlaqədə oldum".
"Məcidovaları rəis müavininin sifarişi ilə oğurlamışam"
İstintaqa verdiyi ifadəsini məhkəmədə dəyişən Təvəkkül İsmayılov məhkəmədə fəqli ifadə verib. İstintaqdan fəqli olaraq Təvəkkül İsmayılov məhkəmədə etdiyi əmələ görə məsuliyyətdən kənarda qalan şəxslərin hamısı barədə məlumat verib. O bu cinayətdə polis rəisinin təqsirkar olduğunu qeyd edib. Təvəkkül İsmayılovun bu açıqlaması məhkəmədə bomba partlayışı effekti verib.
Təvəkkül İsmayılov bildirib ki, Məcidova bacılarının oğurlanmasını Musa Hüseynovun sifarişi ilə həyata keçirib. Təvəkkül İsmayılov bildirdi ki, bu sifarişi ona Dəvəçi rayon Polis Şöbəsinin rəisi Nizami Sadıqov (Nizami Sadıqov hazırda vəzifəsindən kənarlaşdırılıb - red.) və onun müavini Məmmədmusa Hüseynov verib: "2004-cü ildə qoyun oğurluğuna görə məni tutub polis şöbəsinə gətirdilər. Həmin vaxtda mən Ənvərin fermasında onun qoyunlarını otarırdım. Mənə məlum oldu ki, məni Ənvərin qoyununu oğurlamaqda ittiham edirlər. Amma mən qoyun oğurlamamışdım. Mənim tutularaq polis şöbəsinə gətirilməyimdə Nizami Sadıqovun və Məmmədmusa Hüseynovun məqsədi olub. Həmin vaxt məni şöbədə Məmmədmusa Hüseynov döydürdü. Sonra otağına gətizdirdi. Məmmədmusa Hüseynov mənə dedi ki, onlara qız-qadın lazımdır. Məmmədmusa Hüseynov mənə dedi ki, səni azad edirik, amma şərtimiz var, gərək bizə işləyəsən. O mənə təklif etdi ki, onlara çoxlu qızlar gətirim. Bu şərtlə məni azad etdi.
"Rəis müavini qızları maşına qoyaraq apardı"
Mən həmin vaxt onun təklifi ilə razılaşsam da, onun istəyini həyata keçirmədim. Oradan çıxıb Quba rayonuna yollandım. Bir müddət Qubada qalandan sonra yenidən kəndə qayıtdım...
|
|
|
Oxşar xəbərlər:
İİN məmurları rüşvət alarkən yaxalananda "şok" keçiriblərmiş
"Meşə qardaşları" dini baxışlarına görə ittiham olunduqlarını iddia edir
|
|
|