Hər il olduğu kimi, bu il də bölgələrdə əksər fermerlərin taxıl zəmiləri yandı. Taxıl zəmilərinin kütləvi yanması nəticəsində bu gün sahibkarları bir məsələ maraqlandırır. Bu məsələ isə, yanan zəmilərə görə sahibkarlara kompensasiya ödənib-ödənməyəcəyi məsələsidir.
Məsələyə münasibət bildirən kənd təsərrüfatı üzrə ekspert həmin sahələrə kompensasiyaların verilməsi ilə bağlı dövlətin hər hansı öhdəliyinin olmadığını deyir. Onun sözlərinə görə, kompensasiya o zaman ödənə bilərdi ki, hadisə fövqəladə vəziyyətdə baş versin. Yanğın texniki təhlükəsizlik qaydalarına əməl edilmədiyi, taxıl biçini zamanı istifadə olunan texnikanın nasazlığı üzündən baş verdiyindən dövlət tərəfindən sahibkarlara hər hansı kompensasiya verilməsindən söhbət gedə bilməz.
M.Həsənov sahibkarların sığorta haqqında qanunvericiliyə uyğun olaraq taxıl zəmilərinin sığortaladığı təqdirdə, sığorta şirkətindən dəyən ziyana görə sığorta haqqı almaq imkanı olduğunu da bildirib.
"Azərbaycan Respublikasının kənd təsərrüfatı məhsullarının sığortalanması" haqqında qanunu var. Qanunvericiliyə görə, istənilən kənd təsərrüfatı məhsulları istehsalçısı əkin sahəsini, məhsulunu sığortalaya bilər. Yanğın baş verən sahələrin sahibləri bu qaydalar çərçivəsində sahəni sığortalamış olarsa, onda müqavilə bağladığı sığorta şirkətindən sığorta haqqı ala bilər.
|