Hal-hazırda Ayna qəzetinin 18.07.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 18.07.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Tibbi sığortanın tətbiqi ləngiyir
Tibbi sığortanın tətbiqi ləngiyir
Səhiyyə Nazirliyi ortaya heç bir sənəd qoymur
Şənbə, 18.07.2009

Aynurə Əhmədova mətn ölçüsü  

İqtisadi Tədqiqatlar Mərkəzi Norveç Krallığının Azərbaycandakı səfirliyinin maliyyə, Avrasiya Əməkdaşlıq Fondunun təşkilati dəstəyi ilə "İcbari tibbi sığorta proqramının tətbiqi prosesinin ilkin mərhələsinin monitorinqi" layihəsini həyata keçirib. Layihənin məqsədi səhiyyənin maliyyələşməsində əhəmiyyətli rol oynayan icbari tibbi sığortanın tətbiqi sahəsində görülən işlərin izlənməsi, qeydə alınan mənfi və müsbət cəhətlərin qiymətləndirilməsi və aşkarlanan nöqsanların aradan qaldırılması üçün müvafiq təkliflərin hazırlanaraq hökumətə təqdim olunmasıdır.

Layihə çərçivəsində 3 istiqamətdə monitorinq aparılıb. Bunlar icbari tibbi sığortaya dair hüquqi bazanın yaradılması, institutsional formalaşma və səhiyyə sisteminin hazırlığı istiqamətləridir. Layihənin koordinatoru Dünya Camalova deyir: "Gəldiyimiz qənaət budur ki, hər üç istiqamət üzrə proseslər ləng gedir. Belə ki, hüquqi bazanın yaradılması istiqamətində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) əsasnaməsi ötən ilin sentyabrında Nazirlər Kabineti tərəfindən təsdiqlənmə üçün ölkə prezidentinə təqdim olunsa da, hələ təsdiqlənməyib. Digər tərəfdən, proqram gerçəkləşən zaman dövlət tərəfindən əhaliyə pulsuz təqdim olunacaq tibbi xidmətlərdən ibarət baza zərfinin tərkibi və dəyərini, həmçinin icbari tibbi sığorta haqlarının həcmi və ödəniş mənbəyini müəyyənləşdirəcək normativ aktlar təsdiqlənməyib. Bizdə olan məlumata görə, baza zərfinin tərkibinin ilkin variantı Səhiyyə Nazirliyi tərəfindən hazırlansa da, ortaya hələ ki heç bir rəsmi sənəd qoyulmayıb".

Camalovanın söylədiklərindən bəlli oldu ki, ikinci istiqamət olan institutsional formalaşma prosesində də vəziyyət ürəkaçan deyil. Belə ki, Dövlət Agentliyinin yaradılması barədə prezident sərəncamından 1 il 3 aydan çox vaxt keçsə də, bu iş hələ də başa çatdırılmayıb. Agentliyin formalaşdırılmaması isə bütövlükdə icbari tibbi sığortaya keçid prosesini dondurulmuş vəziyyətə gətirib. Üçüncü istiqamətə gəlincə, ayrı-ayrı layihələr, proqramlar üzrə müxtəlif rayonlarda bu və digər tibb müəssisələrinin tikintisi, təmir və təchizatı həyata keçirilsə də, bu sahədə kompleks yanaşma hələ də mövcud deyil: "Eyni zamanda, SN İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən tibbi kadrların səviyyəsinin artırılması istiqamətində müəyyən işlər görülsə də, bunu yetərli saymaq mümkün deyil. Halbuki, icbari tibbi sığortaya keçid və bu proqramın nə qədər uğurlu tətbiq olunacağı bu iki amildən çox asılıdır."

Camalova onu da bildirdi ki, layihə çərçivəsində 20 ekspert arasında sorğu keçirilib. Sorğuda səhiyyədəki vəziyyətin ümumi səviyyədə qiymətləndirilməsi ilə bağlı suallardan başlayaraq tibbi sığortaya keçidin gözləntilərinə perspektiv yanaşmanı aşkara çıxarmağa imkan verən suallar öz əksini tapıb.

Sualların cavablarının təhlili əvvəlcədən onu deməyə əsas verir ki, dövlət tibb müəssisələrində çalışan, eyni zamanda, SN ilə əlaqəli orqanlarda müəyyən vəzifə tutan və məsuliyyət daşıyan ekspertlər cavablarında lazımi qədər səmimi olmayıblar: "Çünki ekspertlərin mövqelərindən asılı olaraq onların cavabları arasında kəskin fərqlər qeydə alınıb".

Səhiyyə müəssisələrinin bu prosesə hazırlıq səviyyəsini qiymətləndirmək üçün verilən suallar və alınan cavablar arasında fikir müxtəlifliyi dövlət və özəl müəssisələrlə əlaqədardır. Dövlət tibb müəssisələrinin təmsilçiləri prosesə dövlət, özəl müəssisələrin təmsilçiləri isə özəl tibb müəssisələrinin hazırlıqlı olduğunu bildiriblər. Müstəqil ekspertlər isə özəl tibb müəssisələrində müəyyən təcrübənin olmasını əsas gətirərək onların prosesə daha hazırlıqlı olduğunu qeyd ediblər. Ekspertlərin əksəriyyəti icbari tibbi sığortanın tətbiq olunduğu halda, həkimlərin əməkhaqlarının artacağını və bununla da qeyri-rəsmi ödənişlərin azalacağını bildirib.

Layihənin eksperti, Sağlam Həyat İctimai Birliyinin rəhbəri Süleyman Cəbrayılov hesab edir ki, icbari tibbi sığortaya keçidlə bağlı hökumətin rəsmi qərarının olması müsbət haldır: "Lakin prosesin bu qədər ləng aparılmasını heç də müsbət hal saymaq olmur. Əlbəttə, icbari tibbi sığorta səhiyyə sistemində tamamilə yeni münasibətlərə keçid deməkdir və hər bir yeniliyin tərəfdarları ilə yanaşı, əleyhdarları da olur. Digər tərəfdən, hərtərəfli, bütün tərəflərin mövqeyi nəzərə alınaraq hazırlanan və həyata keçirilən islahatlar həmişə daha uğurlu sonluqla nəticələnir. Lakin zəruri olan bir islahatın vaxtından gec aparılması onun uğursuzluğu üçün bəribaşdan şərait yarada bilər. Bu baxımdan, icbari tibbi sığortaya keçidin bu qədər ləngidilməsi həm cəmiyyət, həm də dövlət üçün zərərli bir haldır."


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Dövlət Sığorta Şirkəti şəhid ailələrinin hüquqlarını pozur"

Bölmənin digər xəbərləri
 
Torpaqlarımız səhralaşır
Bir dövlət, iki milli proqram ölkədə gedən bu prosesin qarşısını ala bilmir

İstirahət mərkəzləri azdır
Buna görə də, ölkə daxilində istirahət Antalyadan baha başa gəlir

Dövlət kompensasiya ödəməyəcək
Bəs taxıl zəmiləri yanan fermerlər nə etsin?



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər