Hal-hazırda Ayna qəzetinin 18.07.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 18.07.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
Dumanlı perspektiv
Qadınlardan ibarət yığmamız dünya çempionatına düşmək üçün mübarizəyə başlayır
Şənbə, 18.07.2009

Kərim mətn ölçüsü  

Qadın voleybolçulardan ibarət yığma komandamız Hollandiyadadır. Faiq Qarayevin başçılıq etdiyi milli bu ölkədə dünya çempionatının üçüncü seçmə qrup mərhələsində mübarizə aparacaq. Yığmamız dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq üçün meydan sahiblərindən savayı, Almaniya və Sloveniya kollektivlərinə qarşı uğurla çıxış etməli və qrupda ilk iki yerdən birini tutmalıdır.

Voleybol yığmamız bununla ardıcıl ikinci dəfədir dünya çempionatının seçmə mərhələsində mübarizə aparır. Komandamızın bundan əvvəlki cəhdi uğurla nəticələnmişdisə, rəqib komandaların səviyyəsini nəzərə alsaq, həlledici mərhələyə düşmək perspektivi bu dəfə bir qədər dumanlı görünür: Almaniya və Hollandiya hazırda Avropanın ən güclü kollektivləri sayılır.

Yeri gəlmişkən, yığmamız bir qədər əvvəl Rusiyanın ilk prezidenti Boris Yeltsinin şərəfinə keçirilən turnirdə Hollandiya yığması ilə üz-üzə gəlib. Doğrudur, həmin oyunda rəqib 3:2 hesabı ilə çətin qələbə qazanmışdı. Amma bu dəfə dünya çemponatının finalına vəsiqə verildiyindən oyuna münasibət də fərqli olacaq.

Qadınlardan ibarət voleybol yığmamız son dövrlər qeyri-sabit oyun göstərir. Boris Yeltsinin şərəfinə keçirilən beynəlxalq turnirdə komandamızın altıncı olması buna sübutdur. Bu azmış kimi Hollandiyaya səfər ərəfəsində komandamız ciddi itki ilə üzləşib. Millinin aparıcı üzvlərindən olan Yelena Parxomenko məşq zamanı dizini zədələyib. Odur ki, indi komandanın liderləri Natalya Məmmədova, Oksana Parxomenko, Valeriya Korotenko və yığmanın digər təcrübəli voleybolçularından çox şey asılıdır.

Yığmamız ilk oyununu Almaniya millisinə qarşı keçirəcək. Sonra Hollandiya və Sloveniya komandaları ilə üz-üzə gələcək.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Milli komandamızda yeni baş məşqçi
Ağır atletika yığmamıza qarşıdakı 3 ildə bolqar mütəxəssis Yanko Rusev başçılıq edəcək

"Bakı" növbəti mərhələnin bir addımlığında
Çempionumuz "Levski"ni Bakıya gətirə bilər

"Qarabağ" sensasiyaya səbəb oldu
Ağdam klubunun "Rosenborq"la cavab matçı Ağdamın işğalı gününə təsadüf edəcək

Bakıda Qızıl Qran-pri turniri
Dünən Bakı İdman Sarayında sərbəst, yunan-Roma və qadın güləşi üzrə Qızıl Qran-pri turnirinin final mərhələsi başlanıb.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər