Hal-hazırda Ayna qəzetinin 18.07.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 18.07.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
Bakıda Qızıl Qran-pri turniri
Şənbə, 18.07.2009

İ.Rəfiyev
İ.Rəfiyev
mətn ölçüsü  

Dünən Bakı İdman Sarayında sərbəst, yunan-Roma və qadın güləşi üzrə Qızıl Qran-pri turnirinin final mərhələsi başlanıb. Qızıl Qran-pri turniri güləş idman növündə dünya və Avropa çempionatlarından sonra ən nüfuzlu beynəlxalq turnir hesab olunur. Turnirdə 30 ölkədən 400-ə qədər güləşçi mübarizə aparır.

Qızıl Qran-pri turniri artıq 4 ildir keçirilir. Üstün cəhəti ondadır ki, yarışda ilk iki mərhələnin yekununda güləşçiyə reytinq balları verilir. Buna görə də yarış Avropa və dünya çempionatlarından sonra güləşdə üçüncü populyar yarış sayılır. Turnirin ümumi mükafat fondu 441 min manatdır. Hər qızıl medala görə idmançıya 10 min, gümüş medala görə 5 min, bürünc medala görə 3 min manat mükafat veriləcək.

Yarışla əlaqədar Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının (FİLA) prezidenti Rafael Martinetti də ölkəmizdə səfərdədir. Mətbuat konfransı keçirən qonaq müasir dövrdə idmanın peşəkarlaşdığını və yüksək səviyyəli atletlərin hər yarışda iştirakını təmin etmək üçün stimullaşdırıcı vasitə kimi ona pul mükafatı verilməsini vacib saydığını deyib.

Güləşçilərimiz Qızıl Qran-pri turnirinin final mərhələsində ən azı bu il Avropa çempionatında göstərdikləri nəticəni təkrarlamalıdırlar. Amma Avropa çempionatından fərqli olaraq, Qızıl Qran-pri turnirinin final mərhələsinə digər qitələrdən də pəhləvanlar qatılıblar.

Azərbaycan güləşçiləri 31 mart - 5 apreldə Litvanın paytaxtı Vilnüsdə keçirilmiş Avropa çempionatında 5 qızıl, 2 gümüş, 2 bürünc medal qazanıblar. Bu yarış sentyabrda dünya çempionatına yollanacaq Azərbaycan yığma komandalarının heyətini müəyyənləşdirmək baxımından böyük önəm daşıyır.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Yarış davam edir

"Mən nişanlı deyiləm"

Püşkatma kimə nə vəd edir?

Namiq Abdullayevi yola salmaq lazımdır

"Bakı gecələri" II estrada müsabiqəsi başlayır

Bölmənin digər xəbərləri
 
Milli komandamızda yeni baş məşqçi
Ağır atletika yığmamıza qarşıdakı 3 ildə bolqar mütəxəssis Yanko Rusev başçılıq edəcək

"Bakı" növbəti mərhələnin bir addımlığında
Çempionumuz "Levski"ni Bakıya gətirə bilər

"Qarabağ" sensasiyaya səbəb oldu
Ağdam klubunun "Rosenborq"la cavab matçı Ağdamın işğalı gününə təsadüf edəcək

Dumanlı perspektiv
Qadınlardan ibarət yığmamız dünya çempionatına düşmək üçün mübarizəyə başlayır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər