Hal-hazırda Ayna qəzetinin 18.07.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 18.07.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
"Qarabağ" sensasiyaya səbəb oldu
"Qarabağ" sensasiyaya səbəb oldu
Ağdam klubunun "Rosenborq"la cavab matçı Ağdamın işğalı gününə təsadüf edəcək
Şənbə, 18.07.2009

mətn ölçüsü  

UEFA Avropa Liqası turnirinin ikinci təsnifat mərhələsinin oyunları keçirilib. Bu yarışda ölkəmizi təmsil edən yeganə komandamız "Qarabağ" səfərdə Norveçin güclü "Rosenborq" klubu ilə heç-heçə oynayaraq sensasiyaya səbəb olub. Dünən keçirilən püşkatmadan sonra "Qarabağ"/ "Rosenborq" klublarının potensial rəqibi məlum olub. Belə ki, bu cütün qalibi "Xonka"(Finlandiya) - "Banqor Siti" (Uels) cütünün qalibi ilə qarşılaşacaq.

Avropanın adlı-sanlı komandalarından sayılan, dəfələrlə Çempionlar Liqası turnirinin qrup mərhələsinin oyunlarında mübarizə aparan "Rosenborq"un öz meydanında "Qarabağ"a qalib gələ bilmədiyi azərbaycanlı futbolsevərlərə sevinc, rəqib komandaya şok yaşadıb.

Tronheymdə keçirilən matçda "Qarabağ" futbolçuları hücuma o qədər də meyil göstərməyiblər. Əslində hücuma meyil göstərməyə imkan da olmayıb. Çünki oyuna fəal başlayan "Rosenborq" məsələni ilk görüşdəcə həll etmək və Bakıda keçiriləcək cavab matçını formallığa çevirməyə çalışıblar. Amma rəqib komandanın bu istəyi alınmayıb. Ardı-arası kəsilməyən hücumlara, 12 künc zərbəsi, qapımıza doğru vurulan 13 dəqiq zərbəyə baxmayaraq, "Rosenborq" Azərbaycan klubuna qalib gələ bilməyib.

Komandanın baş məşqçisi Qurban Qurbanov nəticədən çox razıdır. Baxmayaraq ki, qolsuz bərabərlik "Qarabağ" üçün ideal nəticə sayıla bilməz. Çünki dörd gündən sonra Bakıda keçiriləcək cavab matçında "Rosenborq" kimi səviyyəli Avropa klubunun qələbə qazanaraq növbəti mərhələyə adlayacağına inanmamaq sadəlövhlük olardı.

Cavab matçı iyulun 23-də keçiriləcək. Matç "Qarabağ"ın mənsub olduğu Ağdam şəhərinin ermənilər tərəfindən işğal edildiyi günə təsadüf edir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Avropanın fəthi" başlanmamış bitdi

Bölmənin digər xəbərləri
 
Milli komandamızda yeni baş məşqçi
Ağır atletika yığmamıza qarşıdakı 3 ildə bolqar mütəxəssis Yanko Rusev başçılıq edəcək

"Bakı" növbəti mərhələnin bir addımlığında
Çempionumuz "Levski"ni Bakıya gətirə bilər

Bakıda Qızıl Qran-pri turniri
Dünən Bakı İdman Sarayında sərbəst, yunan-Roma və qadın güləşi üzrə Qızıl Qran-pri turnirinin final mərhələsi başlanıb.

Dumanlı perspektiv
Qadınlardan ibarət yığmamız dünya çempionatına düşmək üçün mübarizəyə başlayır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər