Hal-hazırda Ayna qəzetinin 18.07.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 18.07.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
"Bakı" növbəti mərhələnin bir addımlığında
"Bakı" növbəti mərhələnin bir addımlığında
Çempionumuz "Levski"ni Bakıya gətirə bilər
Şənbə, 18.07.2009

İlham Kərimoğlu mətn ölçüsü  

Ötən həftə Avropa futbolunda əlamətdar hadisələrdən biri UEFA Çempionlar Liqası turnirinin başlanması oldu. Avropanın ən nüfuzlu klub turnirində ikinci təsnifat mərhələsinin oyunları keçirildi. Bu yarışda Azərbaycanı təmsil edən ölkə çempionu "Bakı" klubu da ilk oyununa çıxdı.

"Bakı" Çempionlar Liqasının təsnifat mərhələsinə uğurla başladı. Səfər matçında Litva çempionu "Ekranas"la heç-heçə oynayan (2:2) komandamız növbəti mərhələyə çıxmaq üçün yaxşı zəmin yaratdı. Paytaxt təmsilçimiz bu nəticəsi ilə eyni zamanda UEFA-nın əmsallar cədvəlində Azərbaycanın hesabına əlavə etdi.

"Bakı" komandası bu oyunu qələbə ilə başa vurub, cavab matçına daha arxayın çıxa bilərdi. Lakin matçın son dəqiqəsində qapımıza vurulan qol futbolçulara qələbə sevincini yaşamağa imkan vermədi.

Litvanın Panevejis şəhərində keçirilən matçda hesabı meydan sahibləri açıblar. "Bakı"nın yeni oyunçusu Barbosa topla cərimə meydançasına daxil olmaq istəyən rəqib fubolçunu yıxdığından hakim qapımıza 11 metrlik cərimə zərbəsi təyin edib. Biçkanın zərbəsi dəqiq olub. Bir neçə dəqiqədən sonra Sultanovdan dəqiq ötürmə alan komandamızın yeni legioneri Feliks hesabı bərabərləşdirib. Braziliyalı Fabio Luis Ramimin əvəzinə meydana çıxan Muciri "Bakı"nın oyununda canlanma yaradıb. 90-cı dəqiqədə onun ötürməsindən sonra Vadim Borets topu qapıya vurub. Qapıçı topu qaytarsa da, özünü yetirən Batista ikinci qolu "Ekranas"ın qapısından keçirib. Artıq hamıya elə gəlirdi ki, "Bakı"nın qələbəsi təmin olunub. Lakin matç əlavə olunmuş üçüncü dəqiqədə Trakis hesabı bərabərləşdirib. Beləliklə, "Bakı" qələbəni əldən verib - 2:2.

"Bakı"nın baş məşqçisi Cokiça Hacıyevski oyundan sonra keçirilən mətbuat konfransında deyib: "Düşündüklərimi meydanda həyata keçirə bilmədik. Komandaya cəlb etdiyimiz 4 futbolçu komandaya tam uyğunlaşmayıb. 2:2 hesablı oyun bizə bir az üstünlük verir. Amma kimin güclü olduğunu Bakıdakı cavab matçından sonra biləcəyik".

Cavab matçı mayın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Tərəfdar dəstəyini təmin etmək üçün stadiona girişin azad olacağı gözlənir.

Sonda: dünən İsveçrənin Nion şəhərində Çempionlar Liqası üçüncü təsnifat mərhələsinin püşkatması keçirilib. Püşkatmanın nəticəsinə görə, "Bakı"-"Ekranas" cütünün qalibi "Levski" (Bolqarıstan) - "San-Xulia" (Andorra) cütünün qalibi ilə görüşəcək. Bolqarıstan çempionu ilk oyunda rəqibə 4:0 hesabı ilə qalib gəlməklə üçüncü mərhələyə çıxışı təmin edib. Deməli, cavab görüşündə qələbə qazanacağı təqdirdə, "Bakı" Bolqarıstan çempionunu Azərbaycana gətirə bilər.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Mən nişanlı deyiləm"

Püşkatma kimə nə vəd edir?

"Bakı gecələri" II estrada müsabiqəsi başlayır

Bakıda Qızıl Qran-pri turniri

Bölmənin digər xəbərləri
 
Milli komandamızda yeni baş məşqçi
Ağır atletika yığmamıza qarşıdakı 3 ildə bolqar mütəxəssis Yanko Rusev başçılıq edəcək

"Qarabağ" sensasiyaya səbəb oldu
Ağdam klubunun "Rosenborq"la cavab matçı Ağdamın işğalı gününə təsadüf edəcək

Bakıda Qızıl Qran-pri turniri
Dünən Bakı İdman Sarayında sərbəst, yunan-Roma və qadın güləşi üzrə Qızıl Qran-pri turnirinin final mərhələsi başlanıb.

Dumanlı perspektiv
Qadınlardan ibarət yığmamız dünya çempionatına düşmək üçün mübarizəyə başlayır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
"Hakimiyyət daxilində dəyişiklik gözlənilir"

"Hakimiyyət daxilində dəyişiklik gözlənilir"


Azərbaycan torpaqlarında yeni "qayçılama" əməliyyatları

Azərbaycan torpaqlarında yeni "qayçılama" əməliyyatları


Kremlin Quzey Qafqaz siyasəti dəyişir

Kremlin Quzey Qafqaz siyasəti dəyişir


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər