Oktyabrın 2-də Heydər Əliyev adına Sarayda bu ilin "Oskar" mükafatına namizəd filmlərin siyahısına daxil edilmiş "Qala" filminin nümayişi keçiriləcək. Film dövlət sifarişi ilə çəkilib. Rejissoru Şamil Nəcəfzadə, ssenari müəllifi Ş.Nəcəfzadə və Ramiz Rövşən, operatoru Kənan Məmmədov, rəssamı Arif Məhərrəmov və Əziz Məmmədov, bəstəkarı Cahangir Zülfüqarov, prodüseri isə Arif Səfərovdur. Baş rolları Rasim Balayev, Vidadi Həsənov, Yulya Perefild, Məbud Məhərrəmov, Yuli Baliyev, Firəngiz Mütəllimova, Sonaxanım Mikayılova, həmçinin 13 yaşlı Məhəmməd Əlili ifa ediblər. "Qala" filminin təqdimatı keçən il Azərbaycan kinosu günü, "Azərbaycan" kinoteatrında keçirilmişdi. Film Mədəniyyət və Turizm Nazirliyinin, Moskva prodüserləri Rauf Atamalıbəyov və Timur Vaynşteynin təşkilatçılığı ilə təqdim olunub.
|