Hal-hazırda Ayna qəzetinin 18.07.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 18.07.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Yeganə iki ölkədə toy çaldıracaq
Yeganə iki ölkədə toy çaldıracaq
Lakin gələcək həyat yoldaşının kimliyini gizlədir
Şənbə, 18.07.2009

Şəms mətn ölçüsü  

Bir müddətdir Türkiyədə yaşayan, qardaş ölkənin şou-biznesində maraqlı layihələrə imza atan və hər çıxışında Azərbaycanı təmsil etdiyini deməyi unutmayan Yeganə Bakıdadır. Doğma şəhərə səfərinin bir neçə gün davam edəcəyini deyən sənətçi yaradıcılıq planları barədə söz açdı.

Əvvəlcə Türkiyədə yeni klipinin nümayişinin başladığını diqqətə çatdırdı. Bu klip Yeganənin Doğuşla birgə ifa etdiyi, sözü və musiqisi türkiyəli həmkarına məxsus olan "Hər kəsəmi evet" mahnısıdır. Klipdə Yeganənin tərəf-müqabili də Doğuş özüdür. Yeganənin dediyinə görə, çəkilişlər ərəfəsində tərəf-müqabil olmaq təklifi Doğuşun özündən gəlib. Doğuşla işbirliyinin çox uğurlu olduğunu xüsusi vurğulayan Yeganə həmkarı ilə gələcəkdə əməkdaşlığının davam edəcəyini istisna etmir.

Söhbət zamanı öyrəndik ki, klip çəkilişlərindən sonra Yeganə və Doğuş birgə Almaniyanın Frankfurt və Köln şəhərlərində konsert proqramı ilə çıxış ediblər. Hər ikisi səhnə repertuarlarında sevilən mahnıları səsləndiriblər. Konsertin tamaşaçıları hər iki sənətçinin ifasında duet mahnıları da dinləyiblər. Almaniyada olan ərəfədə azərbaycanlı müğənni bir sıra telekanallara müsahibələr verib və canlı proqramların qonağı olub. Almaniya səfərindən sonra yorğunluğunu çıxarmaq məqsədilə Yeganə Bakıya gəlməyi üstün tutub.

"Harada oluramsa olum, mənəvi rahatlığı yalnız vətənimdə tapa bilirəm. Başqa ölkədə olanda yalnız çalışıb Azərbaycanın adını doğrultmaq istəyirəm. İndi isə ailəmlə birlikdə seçdiyimiz tətil proqramını həyata keçiririk".

Həftəsonu üçün Türkiyədə bir sıra yaradıcılıq işlərinin olacağını bildirən sənətçi söylədi ki, ilk işi nəzərdə tutulan televiziya layihəsinin həllinə yönələcək. Öyrəndik ki, onun nəzərdə tutulan teleaparıcılıq fəaliyyəti artıq gerçəkləşir. Bu səbəbdən tətil müddətinin vaxtını azaltmaq məcburiyyətində qalıb: "Mənim hansı telekanalda aparıcılıq edəcəyim yaxın 3-4 günə bəlli olacaq. Bir müddət əvvəl qeyd etmişdik ki, belə bir təklif mənə bir neçə televiziya kanalından gəlib. Onların sırasında mənim aparıcılıq dəst-xəttimə uyğun gələni seçib qərar verməliyəm".

Sentyabrda doğum gününü qeyd edəcəyini vurğulayan Yeganə fəaliyyəti ilə bağlı təntənəli gününü Bakıda deyil, Türkiyədə keçirəcəyini bildirdi. Həmin ərəfədə onun növbəti, üçüncü albomunun hazırlıqları başlayacaq. İş qrafikini gün-gündən sıxlaşdıran sənətçi bunların öhdəsindən gələcək gücdə olduğunu vurğuladı.

Yaradıcılıq işləri Yeganəni şəxsi həyatından ayırmayıb. Əksinə, bu qədər işin öhdəsindən gəlməklə yanaşı, nikah masasına da oturmağa vaxt tapacaq. Öyrəndik ki, Yeganənin toyu müqəddəs Ramazan ayından sonra olacaq. Qısa zamanda Türkiyə şou-biznesinə qatılaraq uğurlu addımlar atan Yeganə şəxsi həyatındakı yeniliyin də ona uğur gətirəcəyinə inandığını dedi.

Xatırladaq ki, toy oktyabr ayına təsadüf edəcək. Hər iki ölkədə yetərli dostlarının olduğunu nəzərə alan sənətçi toyu iki dəfə çaldırmağı düşünür. Lakin müğənni hələ də ailə həyatı quracağı insanın kimliyini açıqlamır. Mətbuat işçiləri arasında bunu öyrənməyə səy göstərənlər tapılsa da, cəhdlər boşa çıxmışdı.

Onu sevənləri səbirli olmağa çağıran Yeganə həyat yoldaşının kimliyinin onlar üçün toy günü bəlli olacağını bildirdi. Müğənni media mənsublarının toyda iştirakının təmin olunacağını sözünə əlavə etdi. Daha sonra bildirdi ki, gələn aydan başlayaraq toy tüdarükü görəcək.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Müğənni Zamiq: "Mübarizə üçün strategiya seçməmişəm"
O, konsert layihələrini şou-biznesdə əsas meyar bilmir

Mehdixan Vəkilovun şəxsi arxivi mühafizəyə təhvil verildi
Ədəbiyyat və İncəsənət Arxivində onun ayrıca fondu yaradılacaq

"Ulduzlar" rəml atır, fala baxır
Fala inanma, faldan da qalma - bu məşhur deyim aktuallığını bu gün də qoruyur.

Mərahim Fərzəlibəyov:
- Yeni tamaşalar sarıdan ciddi planlarımız var
Nə qədər ki Qarabağ torpaqları işğal altında qalır, hər mövsüm "Hökmdarın qızı" ilə açılacaq

"Bakı gecələri" II estrada müsabiqəsi başlayır
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyi və Bakı şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən "Bakı gecələri" II estrada mahnı müsabiqəsinin seçmə turuna start verilir.

Nurlan Növrəsliyə ermənilər mane oldu
Müğənniyə Yerevanın adı keçən mahnı təklif edilib

"Mənə şou-biznes adlı cəngəllikdə yaşamaq çox çətindir..."
"Həyat hər zaman bizə nə isə diktə edir"

Müğənnilərin avtomobili gözə gəlib
Xatirədən sonra Elariz ziyana düşüb

Maykl Ceksonun keçmiş həyat yoldaşı valideynlik hüququndan imtina etdi
Debbi Rou bunun üçün pop kralının ailəsindən 4 milyon dollar alacaq

Bəstəkar Kamalın külliyatı işıq üzü görüb
Onlarla mahnının müəllifi olan bəstəkar Kamalın "Sənə güvəndiyim dağlar" adlı albomu işıq üzü görüb.

Əyyub Quliyev Çexiya festivalına yollanır
Avqustun 3-dən 16-dək, Çexiyanın Tepilcə şəhərində beynəlxalq klassik-musiqi festivalı keçiriləcək.

"Oskar"a namizəd filmin təqdimatı olacaq
Oktyabrın 2-də Heydər Əliyev adına Sarayda bu ilin "Oskar" mükafatına namizəd filmlərin siyahısına daxil edilmiş "Qala" filminin nümayişi keçiriləcək.

Aygün Kazımovanın "şamplena şou-2"si
Müğənni Namiqlə konsert verəcək



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər