Hal-hazırda Ayna qəzetinin 18.07.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 18.07.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Nurlan Növrəsliyə ermənilər mane oldu
Nurlan Növrəsliyə ermənilər mane oldu
Müğənniyə Yerevanın adı keçən mahnı təklif edilib
Şənbə, 18.07.2009

Xatun mətn ölçüsü  

Gənc müğənni Nurlan Növrəslinin Novorossiyskdə Gənc İfaçıların VIII Beynəlxalq "Morskoy uzel" ("Dəniz qovşağı") müsabiqəsində iştirak etdiyi və 2-ci yerə layiq görüldüyü barədə məlumat vermişdik. Bu günlərdə səfərini başa vuran və iyulun 16-da doğum gününü qeyd edən Nurlan Növrəsli müsabiqədə iştirakı ilə bağlı bəzi bilgiləri media mənsubları ilə bölüşdü.

Sənətçi sözügedən müsabiqədə "BUTA" mədəniyyət mərkəzinin dəstəyi sayəsində iştirak edib. Onun mahnılarını dinləyən münsiflər heyəti azərbaycanlı sənətçini birinci görmək istəyiblər. Lakin münsiflər kürsüsündə yer alan iki erməni Nurlanın uğuru ilə barışmaq istəməyib.

Müsabiqə turları ərəfəsində müəyyən problemlərlə üz-üzə qalan Nurlan bunun düşünülmüş bir qurğu olduğunu istisna etmir. Deyir ki, müsabiqənin şərtlərinə əsasən, orada iştirakçı ölkələri tərənnüm edən mahnı ifa edilməli idi. Lakin onun qismətinə "Bizdə hər şey yaxşıdı, bəs Yerevanda necə" sözləri yazılmış mahnı düşüb. Şərtlərin əleyhinə çıxan Nurlan Növrəsli vəziyyətin necə olacağını düşünmədən mahnıdan imtina edib. Uzun sürən danışmalardan sonra onun repertuarı dəyişdirilib. Lakin bu və digər səbəblərdən o, layiq olduğu 1-ci yox, 2-ci yeri tutub. Açıqladı ki, münsiflər həmin yeri Ermənistandan olan iştirakçılarla bölüşüblər.

Nurlan Növrəslinin dediyinə görə, münsiflər heyətində Rusiya İncəsənət Akademiyasının akademiki Svyatoslav Belza, bəstəkar, şair Mixail Şabrov, bəstəkar-prodüser Aleksandr Şevçenko, Rusiya xalq artisti Georgi Qaranyan, əməkdar incəsənət xadimi Adam Terasuyan və başqaları qiymətləndiriblər. Müsabiqə zamanı Nurlan Növrəsli "Tolko ya", finalda isə müsabiqə üçün yazılan "Çernoe more" mahnısını səsləndirib. Hər iki mahnının bəstəsi Şahin Növrəsliyə, sözləri isə Ziya Fazilə məxsusdur".


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Müğənni Zamiq: "Mübarizə üçün strategiya seçməmişəm"
O, konsert layihələrini şou-biznesdə əsas meyar bilmir

Mehdixan Vəkilovun şəxsi arxivi mühafizəyə təhvil verildi
Ədəbiyyat və İncəsənət Arxivində onun ayrıca fondu yaradılacaq

"Ulduzlar" rəml atır, fala baxır
Fala inanma, faldan da qalma - bu məşhur deyim aktuallığını bu gün də qoruyur.

Mərahim Fərzəlibəyov:
- Yeni tamaşalar sarıdan ciddi planlarımız var
Nə qədər ki Qarabağ torpaqları işğal altında qalır, hər mövsüm "Hökmdarın qızı" ilə açılacaq

"Bakı gecələri" II estrada müsabiqəsi başlayır
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyi və Bakı şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən "Bakı gecələri" II estrada mahnı müsabiqəsinin seçmə turuna start verilir.

"Mənə şou-biznes adlı cəngəllikdə yaşamaq çox çətindir..."
"Həyat hər zaman bizə nə isə diktə edir"

Müğənnilərin avtomobili gözə gəlib
Xatirədən sonra Elariz ziyana düşüb

Yeganə iki ölkədə toy çaldıracaq
Lakin gələcək həyat yoldaşının kimliyini gizlədir

Maykl Ceksonun keçmiş həyat yoldaşı valideynlik hüququndan imtina etdi
Debbi Rou bunun üçün pop kralının ailəsindən 4 milyon dollar alacaq

Bəstəkar Kamalın külliyatı işıq üzü görüb
Onlarla mahnının müəllifi olan bəstəkar Kamalın "Sənə güvəndiyim dağlar" adlı albomu işıq üzü görüb.

Əyyub Quliyev Çexiya festivalına yollanır
Avqustun 3-dən 16-dək, Çexiyanın Tepilcə şəhərində beynəlxalq klassik-musiqi festivalı keçiriləcək.

"Oskar"a namizəd filmin təqdimatı olacaq
Oktyabrın 2-də Heydər Əliyev adına Sarayda bu ilin "Oskar" mükafatına namizəd filmlərin siyahısına daxil edilmiş "Qala" filminin nümayişi keçiriləcək.

Aygün Kazımovanın "şamplena şou-2"si
Müğənni Namiqlə konsert verəcək



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər