![]() |
çap et |
|
|||
Fala inanma, faldan da qalma - bu məşhur deyim aktuallığını bu gün də qoruyur. İstər elit təbəqə olsun, istərsə də sadə insanlar - bu "ənənə"yə əməl edənlər az deyil. Falın çox hallarda düzgün proqnoz vermədiyini bilə-bilə onun təsiri altına düşənlər var. Fal açdırmaq marağı şou-biznes dünyasından da yan keçmir. Son illər fal mövzuya çevrilərək efir məkanına, mətbuat səhifələrinə yol tapıb. Bu marağı nəzərə alaraq fal açdıran sənətçilərə üz tutduq. Ona cadu olunduğunu iddia edən rəqqasə Fatimə həmin insanın adını da açıqladı: "Qoy onu toylara dəvət etməsinlər"
- Bu hadisə bir neçə ay öncə baş verib. Lakin həmin insanın adını çəkməyi özümə sığışdırmırdım. Sonradan gördüm ki, susmağımla həmkarımın mənə meydan oxumasına şərait yaradıram. Söhbət rəqqasə Məryəmdən gedir. O, falçıya gedib və mənim şəklimi ona göstərməklə istəklərini bildirib: "Fatimənin sənətinə olan tələbat azalsın, onu toylara, şou-proqramlara dəvət etməsinlər, ətrafında daim qalmaqallar olsun. Çalışdığı Muğam teatrından uzaqlaşırılsın". Bu bizim ailəyə yaxın bir adamın uzun sürən cəhdlərindən sonra bəlli olub. Falçı mənim şəklimi həmin xanıma göstərərək bunun Məryəm tərəfindən ona verildiyini bildirib. Amma falçı, qadının bizim ailəyə yaxın olduğunu bilməyib. Bizə deyilənə görə, Məryəmlə anası falçıya yalvar-yapış edib ki, onların bu istəyini hansı güclə olur-olsun yerinə yetirsin. Bu hadisədən sonra özüm falçının yanına getdim. Onu məcbur etdim ki, hadisəni olduğu kimi özümə danışsın. Bundan sonra hər şey mənə su kimi aydın oldu. Mən yalnız Tanrıya inanıram və əminəm ki, məni yalnız onun gücü yıxa bilər". Müğənni Natəvan Həbibi vaxtilə caduya inanmırmış. Lakin böyük səhnəyə ilk addımlarını atanda baş verən hadisələr onda əks fikir yaradıb. Müğənni deyir ki, belə hallar insanın taleyində mənfi izlər qoyur: "Vaxtilə mənə də cadu olunduğu deyilirdi. Bəzən vəziyyət o qədər qəlizləşmişdi ki, buna inanmağa başlamışdım. Eyni zamanda da qorxurdum. Həmin gündən Allaha çoxlu dualar etməyə başladım. Ondan məni şər əməllərdən, şər qüvvələrdən uzaq tutmasını istədim". Natəvan Həbibinin etirafına görə, ona cadu olunduğu deyilən vaxtlarda özünü çox pis hiss edirdi. Bütün günü yemək yemir, sənətlə məşğul olmağa həvəsi qalmırdı. Bədənində küt ağrılar olurdu: "Bu kimi hallar artıq keçmişdə qalıb. Mənim hər bir addımımın başlanğıcında Allah kəlməsi var. Mən ondan böyük qüvvə tanımıram. Gələcəkdə tanrının vacib bildiyi əməllərlə məşğul olmağı düşünürəm". Çəkici sapından çıxarıb dənizə fırladıb Müğənni Nadir Qafarzadənin ətrafında baş verən xoşagəlməz olayları cadu ilə bağlayanlar var. Ətrafındakı bütün insanlarla münasibətləri soyuyan və yeni heyətlə çalışmağa qərar verən müğənni bir müddət təsir altından çıxa bilməyib. Gəzən şayiələrə görə, hətta müğənni bunun üçün falçıya üz tutmuşdu. Bir neçə ay öncə şəhər sakinlərinin onu qeyri-adi hərəkət edərkən izlədikləri deyilir. Belə ki, günlərin bir günü müğənni ətrafında bir neçə cangüdəni ilə birlikdə Milli Parkda insanların gözü önündə iri bir çantadan çəkic çıxarıb. Çəkici sapından ayıraraq başına fırlayıb və dənizə atıb. Ətrafındakıların təəccübünü görməzliyə vuran müğənni həmin dəqiqə də oranı tərk edib. Bizdə olan məlumata görə, Nadir ona edilən cadudan qurtulmaq üçün falçının ona olan tövsiyəsini yerinə yetirirmiş. "Cadunu sümüyümə ediblər ki, ölüm" Özünə və səsinə güvənən Xuraman Şuşalı bəzi məqamlarda dəstəyə ehtiyac duyduğunu etiraf etdi. Lakin, təəssəf ki, belə məqamlarda o, bəzi həmkarları kimi falçılara üz tutur: "Əslində, mən ehtiyac yarandığı üçün falçıya gedirəm, ancaq çox hallarda inanmıram. Falçının mənə yazıb verdiyinə də əməl etmirəm. Ancaq 100 faiz bilirəm ki, mənə nə isə ediblər. Mənə söz təzyiqi göstərərək ruhdan salmaq istəyən insanları heç zaman bağışlamaram. Bir müddət əvvəl öyrənmişəm ki, cadunu sümüyümə ediblər ki, ölüm. Bu çox dəhşətli bir şeydir. Lakin məni bu yox, ətrafımda gerçək dostlarımın olmaması, bəzi insanların ikiüzlülüyü, həyatımda baş verənlər depressiyaya salır. Mən zəhmətsevən insanam. Bunu söz xatirinə deyil, həqiqət olaraq deyirəm. Boş vaxtlarımda kiminsə zəif tərəfini tapıb onu üzə çıxarmaq barədə fikirləşmirəm. Amma ətrafımda bu işlə məşğul olan insanlar çoxdur. Biri o birinə istədiyi qədər şər söyləyə bilər. Bəs insanın içindəki mənəviyyat ona nə deyir? Bir müddət əvvəl söz yaydılar ki, guya, mənim səsim yoxdur. Həmin söz sahibinin dilində qüsur ola-ola mən bunu ona cavab olaraq işlətmədim. Öz tərbiyəmi gözlədim. Axı hər yoldan keçən kiminsə haqqında başından yekə rəy söyləyə bilməz". |