Hal-hazırda Ayna qəzetinin 18.07.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 18.07.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
"Ulduzlar" rəml atır, fala baxır
"Ulduzlar" rəml atır, fala baxır
Şənbə, 18.07.2009

Xatun mətn ölçüsü  

Fala inanma, faldan da qalma - bu məşhur deyim aktuallığını bu gün də qoruyur. İstər elit təbəqə olsun, istərsə də sadə insanlar - bu "ənənə"yə əməl edənlər az deyil. Falın çox hallarda düzgün proqnoz vermədiyini bilə-bilə onun təsiri altına düşənlər var. Fal açdırmaq marağı şou-biznes dünyasından da yan keçmir. Son illər fal mövzuya çevrilərək efir məkanına, mətbuat səhifələrinə yol tapıb. Bu marağı nəzərə alaraq fal açdıran sənətçilərə üz tutduq. Ona cadu olunduğunu iddia edən rəqqasə Fatimə həmin insanın adını da açıqladı: "Qoy onu toylara dəvət etməsinlər"

- Bu hadisə bir neçə ay öncə baş verib. Lakin həmin insanın adını çəkməyi özümə sığışdırmırdım. Sonradan gördüm ki, susmağımla həmkarımın mənə meydan oxumasına şərait yaradıram. Söhbət rəqqasə Məryəmdən gedir. O, falçıya gedib və mənim şəklimi ona göstərməklə istəklərini bildirib: "Fatimənin sənətinə olan tələbat azalsın, onu toylara, şou-proqramlara dəvət etməsinlər, ətrafında daim qalmaqallar olsun. Çalışdığı Muğam teatrından uzaqlaşırılsın". Bu bizim ailəyə yaxın bir adamın uzun sürən cəhdlərindən sonra bəlli olub. Falçı mənim şəklimi həmin xanıma göstərərək bunun Məryəm tərəfindən ona verildiyini bildirib. Amma falçı, qadının bizim ailəyə yaxın olduğunu bilməyib.

REKLAM

Bizə deyilənə görə, Məryəmlə anası falçıya yalvar-yapış edib ki, onların bu istəyini hansı güclə olur-olsun yerinə yetirsin. Bu hadisədən sonra özüm falçının yanına getdim. Onu məcbur etdim ki, hadisəni olduğu kimi özümə danışsın. Bundan sonra hər şey mənə su kimi aydın oldu. Mən yalnız Tanrıya inanıram və əminəm ki, məni yalnız onun gücü yıxa bilər".

Müğənni Natəvan Həbibi vaxtilə caduya inanmırmış. Lakin böyük səhnəyə ilk addımlarını atanda baş verən hadisələr onda əks fikir yaradıb. Müğənni deyir ki, belə hallar insanın taleyində mənfi izlər qoyur: "Vaxtilə mənə də cadu olunduğu deyilirdi. Bəzən vəziyyət o qədər qəlizləşmişdi ki, buna inanmağa başlamışdım. Eyni zamanda da qorxurdum. Həmin gündən Allaha çoxlu dualar etməyə başladım. Ondan məni şər əməllərdən, şər qüvvələrdən uzaq tutmasını istədim".

Natəvan Həbibinin etirafına görə, ona cadu olunduğu deyilən vaxtlarda özünü çox pis hiss edirdi. Bütün günü yemək yemir, sənətlə məşğul olmağa həvəsi qalmırdı. Bədənində küt ağrılar olurdu: "Bu kimi hallar artıq keçmişdə qalıb. Mənim hər bir addımımın başlanğıcında Allah kəlməsi var. Mən ondan böyük qüvvə tanımıram. Gələcəkdə tanrının vacib bildiyi əməllərlə məşğul olmağı düşünürəm".

Çəkici sapından çıxarıb dənizə fırladıb

Müğənni Nadir Qafarzadənin ətrafında baş verən xoşagəlməz olayları cadu ilə bağlayanlar var. Ətrafındakı bütün insanlarla münasibətləri soyuyan və yeni heyətlə çalışmağa qərar verən müğənni bir müddət təsir altından çıxa bilməyib. Gəzən şayiələrə görə, hətta müğənni bunun üçün falçıya üz tutmuşdu. Bir neçə ay öncə şəhər sakinlərinin onu qeyri-adi hərəkət edərkən izlədikləri deyilir. Belə ki, günlərin bir günü müğənni ətrafında bir neçə cangüdəni ilə birlikdə Milli Parkda insanların gözü önündə iri bir çantadan çəkic çıxarıb. Çəkici sapından ayıraraq başına fırlayıb və dənizə atıb. Ətrafındakıların təəccübünü görməzliyə vuran müğənni həmin dəqiqə də oranı tərk edib. Bizdə olan məlumata görə, Nadir ona edilən cadudan qurtulmaq üçün falçının ona olan tövsiyəsini yerinə yetirirmiş.

"Cadunu sümüyümə ediblər ki, ölüm"

Özünə və səsinə güvənən Xuraman Şuşalı bəzi məqamlarda dəstəyə ehtiyac duyduğunu etiraf etdi. Lakin, təəssəf ki, belə məqamlarda o, bəzi həmkarları kimi falçılara üz tutur: "Əslində, mən ehtiyac yarandığı üçün falçıya gedirəm, ancaq çox hallarda inanmıram. Falçının mənə yazıb verdiyinə də əməl etmirəm. Ancaq 100 faiz bilirəm ki, mənə nə isə ediblər. Mənə söz təzyiqi göstərərək ruhdan salmaq istəyən insanları heç zaman bağışlamaram. Bir müddət əvvəl öyrənmişəm ki, cadunu sümüyümə ediblər ki, ölüm. Bu çox dəhşətli bir şeydir. Lakin məni bu yox, ətrafımda gerçək dostlarımın olmaması, bəzi insanların ikiüzlülüyü, həyatımda baş verənlər depressiyaya salır. Mən zəhmətsevən insanam. Bunu söz xatirinə deyil, həqiqət olaraq deyirəm. Boş vaxtlarımda kiminsə zəif tərəfini tapıb onu üzə çıxarmaq barədə fikirləşmirəm. Amma ətrafımda bu işlə məşğul olan insanlar çoxdur. Biri o birinə istədiyi qədər şər söyləyə bilər. Bəs insanın içindəki mənəviyyat ona nə deyir? Bir müddət əvvəl söz yaydılar ki, guya, mənim səsim yoxdur. Həmin söz sahibinin dilində qüsur ola-ola mən bunu ona cavab olaraq işlətmədim. Öz tərbiyəmi gözlədim. Axı hər yoldan keçən kiminsə haqqında başından yekə rəy söyləyə bilməz".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Müğənni Zamiq: "Mübarizə üçün strategiya seçməmişəm"
O, konsert layihələrini şou-biznesdə əsas meyar bilmir

Mehdixan Vəkilovun şəxsi arxivi mühafizəyə təhvil verildi
Ədəbiyyat və İncəsənət Arxivində onun ayrıca fondu yaradılacaq

Mərahim Fərzəlibəyov:
- Yeni tamaşalar sarıdan ciddi planlarımız var
Nə qədər ki Qarabağ torpaqları işğal altında qalır, hər mövsüm "Hökmdarın qızı" ilə açılacaq

"Bakı gecələri" II estrada müsabiqəsi başlayır
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyi və Bakı şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən "Bakı gecələri" II estrada mahnı müsabiqəsinin seçmə turuna start verilir.

Nurlan Növrəsliyə ermənilər mane oldu
Müğənniyə Yerevanın adı keçən mahnı təklif edilib

"Mənə şou-biznes adlı cəngəllikdə yaşamaq çox çətindir..."
"Həyat hər zaman bizə nə isə diktə edir"

Müğənnilərin avtomobili gözə gəlib
Xatirədən sonra Elariz ziyana düşüb

Yeganə iki ölkədə toy çaldıracaq
Lakin gələcək həyat yoldaşının kimliyini gizlədir

Maykl Ceksonun keçmiş həyat yoldaşı valideynlik hüququndan imtina etdi
Debbi Rou bunun üçün pop kralının ailəsindən 4 milyon dollar alacaq

Bəstəkar Kamalın külliyatı işıq üzü görüb
Onlarla mahnının müəllifi olan bəstəkar Kamalın "Sənə güvəndiyim dağlar" adlı albomu işıq üzü görüb.

Əyyub Quliyev Çexiya festivalına yollanır
Avqustun 3-dən 16-dək, Çexiyanın Tepilcə şəhərində beynəlxalq klassik-musiqi festivalı keçiriləcək.

"Oskar"a namizəd filmin təqdimatı olacaq
Oktyabrın 2-də Heydər Əliyev adına Sarayda bu ilin "Oskar" mükafatına namizəd filmlərin siyahısına daxil edilmiş "Qala" filminin nümayişi keçiriləcək.

Aygün Kazımovanın "şamplena şou-2"si
Müğənni Namiqlə konsert verəcək



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər