Hal-hazırda Ayna qəzetinin 18.07.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 18.07.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Sabah keçiriləcək IV ixtisas qrupu üzrə qəbul imtahanlarının qaydaları açıqlandı
Sabah keçiriləcək IV ixtisas qrupu üzrə qəbul imtahanlarının qaydaları açıqlandı
TQDK Azərbaycan və Türkiyə ali hərbi məktəblərinə də tələbə qəbulu aparır
Şənbə, 18.07.2009


Tural Talehoğlu
mətn ölçüsü  

"İyulun 19-da keçiriləcək ali məktəblərə qəbul imtahanının 4-cü ixtisas qrupu üzrə 16260 abituriyent ərizə təqdim edib ki, onlardan 14778 nəfəri Azərbaycan, 1482 nəfəri isə rus bölməsinin məzunlarıdır. Abituriyentlərin 7073 nəfərini oğlanlar, 9187-sini isə qızlar təşkil edir. 9791 abituriyent orta məktəblərin builki, 6469 nəfər əvvəlki illərin, 379 abituriyent isə orta ixtisas məktəblərinin məzunudur. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 100 abituriyent xarici ölkə vətəndaşıdır. 44 abituriyent ali təhsillidir və 4-cü ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. 4-cü ixtisas qrupu üzrə ən yaşlı abituriyent 1950-ci ildən, ən gənc isə 1994-cü ildəndir. Bakı şəhərində 15058, Naxçıvanda isə 1202 abituriyent imtahan verəcək".

Bu barədə dünən keçirdiyi mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə məlumat verib. 4-cü ixtisas qrupu üzrə qəbul imtahanının Bakıda 24, Naxçıvanda isə 2 binada aparılacağını deyən TQDK sədrinin sözlərinə görə, imtahanlarda Bakı və Sumqayıt orta məktəblərindən 1086 nəzarətçi-müəllim iştirak edəcək, bu işə 111 imtahan rəhbəri cəlb olunub. İmtahandan dərhal sonra test suallarının ekspertizası müstəqil ekspertlər tərəfindən aparılacaq.

M.Abbaszadənin bildirdiyinə görə, 4-cü ixtisas qrupu üzrə qəbul imtahanı başa çatdıqdan dərhal sonra cavab kartlarının emalına başlanacaq və test imtahanının nəticələri qısa müddətdə TQDK-nın rəsmi internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahanın nəticələri barədə mobil telefonla "İmtahansell" xidməti vasitəsilə də məlumat əldə edə biləcəklər. Bu ixtisas qrupunda xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara qəbul olmaq istəyən və imtahan komissiyasında qeydiyyatdan keçən abituriyentlər iyulun 22-dən 29-dək qabiliyyət imtahanı verməlidirlər. Bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra - iyulun 25-dən avqustun 3-dək internet vasitəsilə aparılacaq.

TQDK sədri digər məsələlər barədə də məlumat verib. Gələn ay orta təhsil bazasından orta ixtisas məktəblərinə tələbə qəbulu həyata keçiriləcək. Komissiya sədrinin sözlərinə görə, qəbul ali məktəblərə və orta təhsil bazasından orta ixtisas məktəblərinə qəbul imtahanında toplanan ballar əsasında aparılacaq. Orta ixtisas məktəblərinə qəbul aparılan ixtisaslar 3 qrupa bölünür: I qrup - texniki, iqtisadiyyat, hüquq, pedaqoji, dizayn və bədən tərbiyəsi ixtisasları, II qrup - kimya-texnoloji və tibb ixtisasları, III qrup - humanitar, incəsənət və musiqi ixtisasları.

REKLAM

M.Abbaszadə:

"I qrup ixtisasları müsabiqəsində ali məktəblərin I, II, III və IV qruplarının ümumi balı 50-dən az olmayan, II qrup ixtisasların müsabiqəsində ali məktəblərin I, IV qruplarının ümumi balı 50-dən az olmayan, III qrup ixtisaslarının müsabiqəsində ali məktəblərin III qrupunun ümumi balı 50-dən az olmayan və III qrupun xarici dil ixtisaslarının müsabiqəsində ali məktəblərin III qrupunun ümumi balı 50-dən az olmayan abituriyentləri iştirak edə bilərlər. I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında iştirak edən abituriyentlər orta ixtisas məktəblərinin I və II, II ixtisas qrupu üzrə I, III ixtisas qrupu üzrə I və III, IV ixtisas qrupu üzrə isə I və II qrupları üzrə ixtisas seçimində iştirak edə bilərlər. Orta təhsil bazasından olan orta ixtisas məktəblərinin plan yerləri üzrə ixtisas seçimi avqustun 7-dən 11-dək internet vasitəsilə aparılacaq".

TQDK sədri bildirib ki, abituriyentlər elektron ərizə formasında orta ixtisas məktəblərinin ixtisasları ilə yanaşı, ali məktəblərin boş qalan yerləri olan ixtisasların da kodlarını göstərə bilərlər. O qeyd edib ki, ixtisas seçimi mərhələsində ixtisas seçmək hüququ olan abituriyentlər dövlət və qeyri-dövlət ali məktəblərin eləcə də orta ixtisas təhsil forması ödənişli və ödənişsiz olan 12-dək ixtisas kodunu seçib "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə ardıcıllıqla daxil etməlidirlər. Elektron ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmır.

TQDK ölkənin ali hərbi məktəblərinin vakant yerlərinə də müsabiqə keçirir. Müsabiqə Müdafiə Nazirliyinin rəsmi müracətinə əsasən aparılır. Komissiya sədri bildirib ki, burada 2009/2010-cu tədris ili üçün III ixtisas qrupu üzrə qəbul imtahanlarında 250-dən yuxarı bal toplayan və riyaziyyat fənnindən nisbi balı 50-dən az olmayan, həmçinin I ixtisas qrupu üzrə qəbul imtahanında 200-dən yuxarı bal toplayan, riyaziyyat, fizika fənlərindən nisbi balı 10-dan az olmayan oğlan abituriyentlər iştirak edə bilərlər. Ali hərbi məktəblərə qəbul olmaq arzusunda olanlar sənədlərini iyulun 18-dən 27-dək H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində yaradılan Sənəd Qəbulu Komissiyasına təqdim etməlidirlər.

TQDK Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbində (TCSQQQAHM) Azərbaycan gənclərinin təhsil alması üçün də müsabiqə keçirir. M.Abbaszadənin sözlərinə görə, müsabiqədə iştirak etmək istəyən şəxslər iyulun 22-dək komissiyanın rəsmi internet saytında (www.tqdk.gov.az) müvafiq səhifəyə daxil olaraq qeydiyyatdan keçməlidirlər: "Müsabiqə 2 mərhələdə aparılır. Birinci mərhələdə namizədlər komissiya tərəfindən keçirilən I və ya IV qrup üzrə test imtahanı verirlər. Bu mərhələdə həm Azərbaycan, həm də rus bölməsinin abituriyentləri iştirak edə bilərlər. İkinci mərhələdə test imtahanlarında 350-dən yuxarı bal toplayan və elanda qeyd olunmuş boy, çəki normalarına və digər şərtlərə uyğun gələn namizədlər arasında seçim aparılacaq".

Müsabiqənin yekunlarına əsasən, 10 namizəd TCSQQQAHM-ə təhsil almağa göndəriləcək. Kursantlar təhsili başa vurduqdan sonra əlavə olaraq həmin ölkədə 1 il təkmilləşdirmə kursuna cəlb olunacaq. Bu təhsil ocağını müvəffəqiyyətlə başa vuranlar Azərbaycan DİN Daxili Qoşunlarında müvafiq vəzifələrə təyin olunacaqlar.

Sonda TQDK rəhbəri abituriyentlərə və nəzarətçilərə xəbərdarlıq edib. O, imtahana köçürmə ilə girməyə cəhd edən abituriyentlərin nəticələrinin ləğv olunacağını və köçürmə halları aşkarlanan zallardakı nəzarətçilərin cəzalandırılacağını qeyd edib. M.Abbaszadə keçirilmiş 2 imtahanda köçürmə hallarına yol verən nəzarətçilərin müəyyənləşdiyini və onların gələcək imtahanlara salınmayacağını vurğulayıb. Bütün imtahanlar başa çatdıqdan sonra isə həmin nəzarətçilər cəzalandırılacaq.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Ali məktəblərə qəbul imtahanının son qaydaları açıqlandı

TQDK son xəbərdarlığını etdi...

Bölmənin digər xəbərləri
 
Avtomobil qəzalarının sayı niyə artır?
Səbəblər - psixoloji vəziyyət, sürücülük qabiliyyətinin aşağılığı, məktəbə gəlməyənə vəsiqə verilməsi...

Son iki ay yarımda 95 nəfər şübhəli qrip virusuna görə müayinədən keçirilib
"Donuz qripi" müəyyən olunmayıb, lakin təhlükə qalır

Taxıl fonduna ehtiyat məhsul yığılacaq
Ölkədə qıtlıq yarandıqda, un və un məhsulları bahalaşdıqda hökumət ondan istifadə qərarı verəcək

Palçıq vulkanlarından tibbi istifadə gündəmdədir
SN razılıq verərsə, müalicə mərkəzləri açılacaq

Rahat çimin!
Xilasetmə xidməti gücləndirilmiş iş rejiminə keçib və çimərliklərdə tibbi məntəqələr yaradılır

"Meymun uşağın əlini dişləyib"
Uşaq əlini niyə qəfəsə salmışdı ki?

"Dövlət Sığorta Şirkəti şəhid ailələrinin hüquqlarını pozur"
Orduya nəzarət koalisiyası Binəqədi rayon məhkəməsinin haqlı iddiaları qəbul etmədiyini bəyan edir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər