Hal-hazırda Ayna qəzetinin 18.07.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 18.07.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
"Meymun uşağın əlini dişləyib"
"Meymun uşağın əlini dişləyib"
Uşaq əlini niyə qəfəsə salmışdı ki?
Şənbə, 18.07.2009

mətn ölçüsü  

Tezliklə Bakı heyvanat parkına yeni vəhşi heyvanlar gətiriləcək. Parkın direktoru Azər Hüseynov söylədi ki, bu günlərdə Kiyev və Tallin zooparkları ilə bir neçə heyvanın dəyişdirilmə prosesi həyata keçiriləcək: "Yeni heyvanları şirlərin hesabına almağa hazırlaşırıq. Çünki zooparkda 8 şirimiz var. Onların bir neçəsi ilə bizdə olmayan heyvanları dəyişəcəyik. Bu istiqamətdə hazırda danışıqlar aparılır və yeni heyvanların adları tezliklə məlum olacaq".

Azər Hüseynovun söylədiklərindən o da məlum oldu ki, zoopark seyrçilərinin sayı artıb. Söhbət əsnasında direktor dedi ki, son vaxtlar heyvanat parkına gələn müsafir sayının artması bəzi problemlərlə müşayiət olunur. Bəzən seyrçilərin heyvanlarla davranışı həm parkın əməkdaşlarını, həm də heyvanları razı salmır.

"Qonaqların üzünə parkın qapıları açıq olsa da, onlarda heyvanlara qarşı neqativ hərəkətlər gördükdə parkın əməkdaşları təəssüflənir. Çünki bu cür hərəkətlərin nəticəsində zooparkın bir neçə heyvanını itirmişik".

Direktorun dediklərindən məlum oldu ki, bəzən parka gələnlər heyvanların qabağına ...kəsici alətlər, iynə və ya ülgüc atırlar. Bu da heyvanların yaralanmasına səbəb olur. Təbii ki, parka daxil olan əsnada seyrçilərin hamısının çantasını yoxlamaq mümkün deyil.

Zoopark səlahiyyətlisi "uşağın əlini meymun dişləyib" kimi şikayətlərə də aydınlıq gətirdi. Söylədi ki, bunun təqsirkarı əksər hallarda heyvanlarla kobud davranan seyrçilər özləridir: "Valideynlərə müraciət edərək bildirmək istəyirik ki, parka daxil olduqdan sonra uşaqlarına nəzarət etsinlər ki, uşaqlar heyvanların səhhətinə problem yaradacaq heç bir iş görməsin. Uşağın əlini qəfəsə salmasının qarşısını yalnız onun valideyni əngəlləyə bilər. Bu kimi halların bədbəxt hadisələrə səbəb olma ehtimalı çoxdur".

Azər Hüseynov onu da vurğuladı ki, zoopark ərazisində çoxlu sayda zibil qabları yerləşdirilib. Deməli, zibili heyvanlar saxlanan qəfəslərə deyil, həmin qablara atmaq lazımdır. Çünki həmin zibillərlə qidalanma da heyvanların orqanizmində ciddi problemlərə səbəb ola bilər: "Məsələn, bir də görürsən şirin qəfəsinə bulka atılıb. Ya da sellofan torba və ya kağız parçaları tapılır. Axı seyrçilər bilmir ki, bu heyvanlar un məmulatları ilə qidalanmadıqları üçün bulka onlara mənfi təsir göstərir. Digər ərzaqlar da bunun kimi. Hətta bu kimi hallar heyvanın ölümünə də səbəb ola bilər. Ona görə də, heyvanat parkına gələnlərdən əliboş gəlmək tövsiyə olunur".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Avtomobil qəzalarının sayı niyə artır?
Səbəblər - psixoloji vəziyyət, sürücülük qabiliyyətinin aşağılığı, məktəbə gəlməyənə vəsiqə verilməsi...

Son iki ay yarımda 95 nəfər şübhəli qrip virusuna görə müayinədən keçirilib
"Donuz qripi" müəyyən olunmayıb, lakin təhlükə qalır

Taxıl fonduna ehtiyat məhsul yığılacaq
Ölkədə qıtlıq yarandıqda, un və un məhsulları bahalaşdıqda hökumət ondan istifadə qərarı verəcək

Palçıq vulkanlarından tibbi istifadə gündəmdədir
SN razılıq verərsə, müalicə mərkəzləri açılacaq

Rahat çimin!
Xilasetmə xidməti gücləndirilmiş iş rejiminə keçib və çimərliklərdə tibbi məntəqələr yaradılır

"Dövlət Sığorta Şirkəti şəhid ailələrinin hüquqlarını pozur"
Orduya nəzarət koalisiyası Binəqədi rayon məhkəməsinin haqlı iddiaları qəbul etmədiyini bəyan edir

Sabah keçiriləcək IV ixtisas qrupu üzrə qəbul imtahanlarının qaydaları açıqlandı
TQDK Azərbaycan və Türkiyə ali hərbi məktəblərinə də tələbə qəbulu aparır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər