Hal-hazırda Ayna qəzetinin 18.07.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 18.07.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Son iki ay yarımda 95 nəfər şübhəli qrip virusuna görə müayinədən keçirilib
Son iki ay yarımda 95 nəfər şübhəli qrip virusuna görə müayinədən keçirilib
"Donuz qripi" müəyyən olunmayıb, lakin təhlükə qalır
Şənbə, 18.07.2009

mətn ölçüsü  

Mayın 5-dən bu günə kimi Respublika Taun Əleyhinə Stansiyaya 95 şübhəli qrip nümunəsi daxil olub. Stansiyanın elmi işlər üzrə direktor müavini Rakif Abdullayevin sözlərinə görə, onlardan 75-nin müayinəsi ekspress, 20 beser-zəncirvarı reaksiya üsulu ilə aparılıb: "Bizim laboratoriya baş verə biləcək hansısa bir hadisəyə hazırdır. Hazırda 230 ədəd diaqnostikumumuz var. 250 ədəd aparat isə innovasiya mərkəzindədir ki, onları da götürəcəyik".

Söhbət əsnasında öyrəndik ki, A1N1N1 virusu ilə bağlı Azərbaycanda fövqəladə tədbirlər proqramı təsdiq olunub. Müxtəlif fəaliyyətlərin həyata keçirilməsi üçün Səhiyyə, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər, Fövqəladə Hallar, İqtisadi İnkişaf nazirlikləri məsuliyyət daşıyır. Taun Əleyhinə Stansiyanın elmi işlər üzrə direktor müavini bildirdi ki, Səhiyyə Nazirliyi insanlar arasında A qripinə nəzarət olunmasına məsuldur.

Rakif Abdullayevin sözlərinə görə, laboratoriya müayinəsi üçün burundan və udlaqdan yaxmalar götürülür. Nümunələr Respublika Taun Əleyhinə Stansiyanın laboratoriyasına göndərilir. Stansiyanın əməkdaşı bildirib ki, laboratoriya standartlara cavab verən avadanlıqlarla təchiz olunub və mütəxəssislər beynəlxalq səviyyədə hazırlıq keçib. Nümunələr zəncirvarı reaksiya üzrə yoxlanılır. Xəstəliyin müalicəsi üçün SN Elmi-Tədqiqat Ağ ciyər Xəstəlikləri İnstitutunda dünya standartlarına cavab verən korpuslar təşkil edilib. "Tamiflu" və digər dərman vasitələrindən ehtiyat yaradılıb: "Respublika Sanitar Karantin Müfəttişliyinin sərhəd-keçid məntəqələrində ölkələrdən gələn insanlar üzərində nəzarət təmin edilib. İndiyə kimi 348 nəfərin adı şübhəli xəstələr kimi qeyd olunub".

Onu da qeyd edək ki, A qripi ilə əlaqədar Həcc ziyarətinin təxirə salınması fikirləri səsləndirilir. Dindarlar "donuz qripi" virusunun yayılmasını nəzərə alaraq ziyarətin təxirə salınmasını istəyirlər. Bu fikrin tərəfdarları hesab edirlər ki, Səudiyyə Ərəbistanında "donuz qripi" virusunun qeydə alınması, üstəlik, dünyanın 125 ölkəsində virus təhlükəsi yaşandığı nəzərə alınmalıdır. İnsanların təmasda olduğu müqəddəs yerlərdə yoluxma ehtimalı Allahın ümidinə buraxılmamalıdır. Belə ki, islam dinində də təhlükə olduğu halda, ziyarətin təxirə salınması məqbuldur. Mütəxəssislər də ziyarət zamanı virusun geniş yayılacağı ehtimallarını səsləndiriblər. Virus artıq mutasiyaya uğradığından daha təhlükəli həddə çatıb.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Avtomobil qəzalarının sayı niyə artır?
Səbəblər - psixoloji vəziyyət, sürücülük qabiliyyətinin aşağılığı, məktəbə gəlməyənə vəsiqə verilməsi...

Taxıl fonduna ehtiyat məhsul yığılacaq
Ölkədə qıtlıq yarandıqda, un və un məhsulları bahalaşdıqda hökumət ondan istifadə qərarı verəcək

Palçıq vulkanlarından tibbi istifadə gündəmdədir
SN razılıq verərsə, müalicə mərkəzləri açılacaq

Rahat çimin!
Xilasetmə xidməti gücləndirilmiş iş rejiminə keçib və çimərliklərdə tibbi məntəqələr yaradılır

"Meymun uşağın əlini dişləyib"
Uşaq əlini niyə qəfəsə salmışdı ki?

"Dövlət Sığorta Şirkəti şəhid ailələrinin hüquqlarını pozur"
Orduya nəzarət koalisiyası Binəqədi rayon məhkəməsinin haqlı iddiaları qəbul etmədiyini bəyan edir

Sabah keçiriləcək IV ixtisas qrupu üzrə qəbul imtahanlarının qaydaları açıqlandı
TQDK Azərbaycan və Türkiyə ali hərbi məktəblərinə də tələbə qəbulu aparır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər