Avtomobil qəzalarının sayı niyə artır?
 |
Səbəblər - psixoloji vəziyyət, sürücülük qabiliyyətinin aşağılığı, məktəbə gəlməyənə vəsiqə verilməsi...
Şənbə, 18.07.2009
|
|
mətn ölçüsü |
|
|
|
Son zamanlar avtomobil qəzalarının sayı artıb. Bir çox qəzalar insan ölümü ilə nəticələnir. Avtoqəzaların sayının artması məsələsinə münasibət bildirən Nəqliyyatçıların Hüquqi Problemlərinin Həllinə Yardım İctimai Birliyinin sədri Məzahir Rüstəmov bunun sərnişindaşımada sürücülərin psixoloji təsir altında olması ilə yanaşı, onların sürücülük qabiliyyətinin aşağı olması ilə əlaqədar olduğunu deyib.
Rüstəmovun sözlərinə görə, son zamanlar sərnişindaşımada baş verən hadisələr sürücülərə olan təzyiqin nəticəsidir. Sahibkarların sürücülər qarşısında qoyduğu yüksək planlar sürücülərin təzyiq altında işləməsinə gətirib çıxarır ki, bu da sonda sözügedən qəzalara gətirib çıxarır. Planın çox olması nəticəsində sürücü qadağan olunan ərazidə ötmə prosesini yerinə yetirir, qadağan olunan ərazilərdə idarə etdiyi maşını saxlayır, sərnişin götürür. Sadalanan bu kimi faktlar qəzalar üçün zəmin yaradır.
Rüstəmov sərnişindaşımada qəzaların sayını azaltmaq məqsədilə sürücülərin hər gün psixoloji testlərdən keçmək üçün müvafiq qurumlara müraciət etdiyini də qeyd etdi. Birlik sədri o cümlədən avtoqəzaların sayının azalması yönündə atılan addımlar sırasında sürücülük vəsiqəsi verən məktəblərin monitorinqini məqsədəuyğun sayıb. O, sürücülük məktəblərində məktəbə gəlməyənlərin belə sürücülük vəsiqəsi əldə etdiyini qeyd edərək bu kimi halların avtoqəzalar baş verməsində mühüm rolu olduğunu deyib.
|
|
|
|
|
|
|