Hal-hazırda Ayna qəzetinin 11.07.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 11.07.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
"Ümidvaram ki, bu radiolar yenidən FM-də yayımlanacaq"
"Ümidvaram ki, bu radiolar yenidən FM-də yayımlanacaq"
Aleksis Şahtaxtinski: "Azad mətbuat olmadan demokratiyadan danışmaq olmaz"
Şənbə, 11.07.2009

Cəsur Məmmədov mətn ölçüsü  

"Mən ümid edirəm ki, "Azadlıq", "Amerikanın səsi" və "BBC" radioları yenidən Azərbaycanda FM tezliyində yayımlanacaq". ATƏT Bakı ofisi rəhbərinin müavini Aleksis Şahtaxtinski ötən ilin sonunda Milli Televiziya və Radio Şurasının xarici radioların FM-də yayımını dayandırması ilə bağlı qərarını şərh edərkən "Azadlıq" radiosuna belə deyib.

Şahtaxtinski bildirib ki, ATƏT də, şəxsən o da bu qərardan təəssüflənib: "Formal olaraq qərarı Milli Televiziya və Radio Şurası verib. Əslində, bu qərarın təşəbbüskarı kimdir - deyə bilmərəm, amma, məncə, bu qərar yaxşı götür-qoy edilməyib, bəlkə də, tələsik verilib. Bəziləri deyirlər ki, qanuni baza imkan vermir ki, xarici radio Azərbaycanda yayımlansın. Mən əminəm ki, siyasi iradə olarsa, hüquqi bazanı yaratmaq elə də çətin deyil. Elə siyasətçilər, diplomatlar və parlamentarilər bunun üçün deyilmi?".

Şaxtaxtinski deyib ki, 1994-cü ildə mərhum prezident Heydər Əliyevin "Azadlıq" radiosunun Azərbaycanda FM tezliyində yayımına icazə verməsi cəsarətli addımıydı. Və bununla o, Azərbaycanda söz azadlığının miqyasını göstərməyə çalışdı.

Cənab Şahtaxtinski ATƏT-in bu məsələni diqqətdə saxladığını bildirir: "Bu yöndə hökumətlər arasında ikitərəfli danışıqlar gedir. Ümid edək ki, bu məsələ müsbət yöndə həllini tapacaq. Biz azad sözün, azad informasiya mübadiləsinin tərəfdarıyıq. Azad söz fundamental dəyərlərdəndir. Azad mətbuat olmadan sözün həqiqi mənasında insan haqlarından, demokratiyadan danışmaq olmaz".

ATƏT rəsmisi deyib ki, bəzən Azərbaycan jurnalistlərinin peşəkar səviyyəsi yetərincə deyil, amma "Azadlıq" radiosu çox peşəkar informasiya vasitəsidir: "Bu radionun yenidən FM-də yayımlanmamasından təəssüflənərdim. Demək belə çıxır ki, o zaman meydanda ancaq qeyri-peşəkarlar qalır".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
AMİP Çin səfirliyinin qarşısında aksiya keçirəcək
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Katibliyinin iclası keçirilib.

Azərbaycanla Türkiyə razılaşa bilmədi
Tərəflər təbii qazın qiyməti üzərində baş sındırır

Gənclərin müəmmalı həbsi ajiotaja səbəb oldu
Baş verənlərə beynəlxalq təşkilatlar sərt reaksiya verdilər

Bazar ertəsi "Nabucco" imzalanır
Belə görünür Ankara mavi yanacağın iddia etdiyi 15 faizini ala bilmişdir

TQDK son xəbərdarlığını etdi...
İmtahana mobil telefonla gələn abituriyentin nəticələri birmənalı olaraq ləğv ediləcək



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər