Hal-hazırda Ayna qəzetinin 11.07.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 11.07.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Gənclərin müəmmalı həbsi ajiotaja səbəb oldu
Gənclərin müəmmalı həbsi ajiotaja səbəb oldu
Baş verənlərə beynəlxalq təşkilatlar sərt reaksiya verdilər
Şənbə, 11.07.2009

Tural mətn ölçüsü  

Xəbər verildiyi kimi, iyulun 8-də Azərbaycan vətəndaş cəmiyyətinin fəal gənclərindən - AN ("Alumni Network") Gənclər Şəbəkəsinin təsisçisi Emin Milli və OL Gənclər Hərəkatının koordinatoru Adnan Hacızadə, eləcə də Orxan Qafarlı paytaxtın mərkəzində yerləşən "Lebanist" kafesində mülki geyimli şəxslərin hücumuna məruz qalıblar. Hücum edən şəxslər "hakimiyyəti niyə tənqid edirsiniz?" deyərək Emin Milli və Adnan Hacızadəyə müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə döyüblər. Hadisədən sonra gənclər Səbail rayon Polis İdarəsinə gətirilib və izahatları alınıb.

Burada zərərçəkmiş gənclərə hər hansı tibbi yardım göstərilməməklə yanaşı, onlar prosesə şübhəli şəxs qismində cəlb edilərək, barələrində 48 saat müddətində saxlanmaq tədbiri təyin olunub. Həmçinin bu zaman yaxınları və zərərcəkənlərin israrlı tələblərinə baxmayaraq, müstəntiq Ziya Əliyev zərərçəkənlərin vəkillə görüşməsinə imkan verməyib.

Səhəri gün Ombudsman Aparatının əməkdaşları Xətai rayon Polis İdarəsinin 37-ci bölməsinin müvəqqəti saxlanma təcridxanasında saxlanan fəal gənclərlə görüşüblər. Aparatdan "Mediaforum"a verilən məlumata görə, ombudsman Elmira Süleymanova artıq daxili işlər naziri Ramil Usubova və baş prokuror Zakir Qaralova müraciət edərək Emin Milli və Adnan Hacızadə barəsində başlanmış cinayət işinin istintaqının obyektiv aparılmasının nəzarətə götürülməsini, saxlanmanın qanuniliyinin yoxlanmasını, onlara qarşı zorakılığa yol vermiş şəxslərin müəyyənləşdirilərək qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəzalandırılmasını, məhkəməyədək məsələnin barışıq yolu ilə həll edilməsinin mümkünlüyünü nəzərdən keçirməyi xahiş edib.

DİN mətbuat xidmətinin rəhbəri, polis polkovniki Sadiq Gözəlov isə bildirib ki, E.Milli və A.Hacızadə ilə dalaşan gənclər 1983-cu il təvəllüdlü, Füzuli rayonundan olan məcburi köçkün Babək Hüseynov və 1984-cü il təvəllüdlü, Ağdam rayonundan olan məcburi köçkün Vüsal Məmmədovdur. "Onlar hələlik sərbəst buraxılıblar. Lazım gəlsə, onlar da saxlanacaq. Cinayət işi Adnan Hacızadə və Emin Abdullayevə görə açılmayıb. Cinayət işi fakt üzrə başlanıb. Döyənlər də Adnan Hacızadə ilə Emin Abdullayevdir. Məsələni siyasiləşdirmək əsassızdır. Bu gənclər oturub, yeyib-içiblər, hay-küy salaraq ictimai qaydanı pozublar və xuliqanlıq ediblər. Baş verənlər məişət zəminində xuliqanlıq hadisəsidir. Fakta görə CM-nin xuliqanlıq maddəsi (221.2) ilə cinayət işi başlanıb", -deyə DİN mətbuat xidmətinin rəhbəri bildirib.

Buna münasibət bildirən A.Hacızadənin atası Hikmət Hacızadə deyib ki, nə A.Hacızadənin, nə E.Millinin, nə də onlarla birgə olanların günahı olub. "Onlar sakit oturub çay, kofe içiblər.

REKLAM

İki nəfər onlarla davaya başlayıb. Qan olub. Sonra Adnanla Emin özləri polisə gedib şikayət ediblər. Polis əvvəl onların hamısını saxlayıb, sonra isə o iki nəfəri buraxıb, Adnan və Emini isə yox. Bu, qərəz deyil, oyun deyil, siyasət deyil, bəs nədir? Necə ola bilər ki, döyülən adam həbs edilir, döyən azadlığa buraxlır? Nəyə görə? Bəlkə onlar kimlərinsə uşaqlarıdır?! Burada açıq-aşkar nəsə var", - deyə Hikmət Hacızadə vurğulayıb.

Baş vermiş hadisədən bir gün sonra ictimai forum keçirilərək prezident İlham Əliyevə müraciət ünvanlanıb. 51 nəfərin (QHT, siyasi partiya nümayəndələri, deputatlar) imzaladığı müraciətdə bu gənclərə hücum edən şəxslərin saxlanması və cəzalandırılması, habelə zərərçəkmişlərin sərbəst buraxılması və bu məsələ ilə bağlı ədalətli məhkəmə araşdırması aparılmasının təmin edilməsi xahiş olunur.

Həmin günün ikinci yarısında vəkillər İsaxan Aşurov və Elton Quliyev 37-ci polis bölməsinin təcridxanasında saxlanılan A.Hacızadə və E.Milli ilə görüşə biliblər. İ.Aşurovun "Turan"a verdiyi məlumata görə, Adnanın üzü şişib, qançırlar və burnunun zədə almasının aşkar əlamətləri var. "Çox güman ki, burnu sınıb. Xəsarətlərin səviyyəsini müəyyən etmək üçün onların rentgendən keçməsi lazımdır. Lakin ekspert ora sadə bir xətkeşlə gəlmişdi. Çətin ki, bu üsulla dəqiq nəticə yetsin", - deyə vəkil bildirib. O, restoranda baş vermiş hadisənin də əvvəlcədən planlaşdırılmış təxribata oxşadığını qeyd edib.

E.Millinin hüquqlarını müdafiə edən vəkil Elton Quliyev isə dünən "Mediaforum"a hər iki gəncin Səbail rayon Polis İdarəsində dindirildiyini deyib. Vəkilin sözlərinə görə, gənclərin barəsində həbs-qətimkan tədbirinin seçilib-seçilmədiyinə də məhkəmə qərar verəcək. E.Quliyev hər iki gəncin əvvəllər həbs olunduqları haqda qeydin yalan olduğunu da əlavə edib. O, gənclərin heç birinin əvvəllər məhkum olunmadığını, İnzibati Xətalar Məcəlləsi əsasında saxlanılmaların isə məhkumluq sayılmadığını söyləyib. "Gənclərin üzərində aparılan məhkəmə-tibb ekspertizasının rəyi də hələlik açıqlanmayıb. Olayın siyasi sifariş olduğu görünür. Bütün əlamətlərinə görə, bu, siyasi sifarişdir və gənclər barəsində qərar da siyasi olacaq", - deyə vəkil vurğulayıb.

Bakıda səfərdə olan Almaniyanın insan haqları üzrə müvəkkili Günter Nokke də polisin saxladığı gənclərin vəziyyəti ilə maraqlanmaq üçün dünən səhər saatlarında Səbail rayon Polis İdarəsinə gəlib. "Azadlıq" radiosunun məlumatına görə, Günter Nokkeyə həbs edilmiş gənclərin idarəyə gətirilməyəcəyi və onların vəziyyətlərinin yaxşı olduğu haqda məlumat verilib. Ancaq almaniyalı ombudsman polis idarəsindən getdikdən sonra E.Milli və A.Hacızadə qolları qandallı halda idarəyə gətirilib. Polis idarəsindən çıxandan sonra G.Nokke deyib ki, gənc fəallar axşam saatlarına qədər sərbəst buraxılmasalar, məsələ Azərbaycanın sərhədlərini aşacaq və ölkənin imicinə mənfi təsir edəcək.

Hüquq müdafiəçisi Leyla Yunus da "Mediaforum"a deyib ki, dünən Səbail rayon Polis İdarəsinə gələn Günter Nokkeni idarənin istintaq idarəsinin rəisi Eldar Əbdürrəhimzadə qəbul edib. "Rəis ombudsmana deyib ki, tutulanlarla yalnız məhkəmədə görüşmək mümkündür. Amma məhkəmənin nə vaxt olacağı barədə məlumat verməyib. Ombudsman saat 12:30-da Səbail rayon Məhkəməsinə gedəndən 5 dəqiqə sonra Adnanla Emini polis idarəsinə gətiriblər".

L.Yunusun sözlərinə görə, G.Nokke Xarici İşlər Nazirliyində keçirəcəyi görüşdə də məsələni qaldıracağını deyib. Onun Emini şəxsən tanıdığını deyən hüquq müdafiəçisinin sözlərinə görə, hətta dünən Bakıda düzənlənəcək tədbirdə Nokkenin tərcüməçisi də məhz Emin olmalı imiş.

"ABŞ-da da hər iki gənci yaxşı tanıyırlar, onları müdafiə edirlər.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Bölmənin digər xəbərləri
 
AMİP Çin səfirliyinin qarşısında aksiya keçirəcək
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Katibliyinin iclası keçirilib.

Azərbaycanla Türkiyə razılaşa bilmədi
Tərəflər təbii qazın qiyməti üzərində baş sındırır

Bazar ertəsi "Nabucco" imzalanır
Belə görünür Ankara mavi yanacağın iddia etdiyi 15 faizini ala bilmişdir

"Ümidvaram ki, bu radiolar yenidən FM-də yayımlanacaq"
Aleksis Şahtaxtinski: "Azad mətbuat olmadan demokratiyadan danışmaq olmaz"

TQDK son xəbərdarlığını etdi...
İmtahana mobil telefonla gələn abituriyentin nəticələri birmənalı olaraq ləğv ediləcək



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Buraxılış imtahanları: qaydalarda dəyişiklik edilir

Buraxılış imtahanları: qaydalarda dəyişiklik edilir


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Bizə Avropa bazarlarında "yaşıl işıq"

Bizə Avropa bazarlarında "yaşıl işıq"


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər