Hal-hazırda Ayna qəzetinin 11.07.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 11.07.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Azərbaycanla Türkiyə razılaşa bilmədi
Tərəflər təbii qazın qiyməti üzərində baş sındırır
Şənbə, 11.07.2009

C.Məzahiroğlu mətn ölçüsü  

Ankarada Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldızla Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin başçılıq etdiyi heyət arasında görüş keçirilib. APA-nın xəbərinə görə, görüşdən sonra jurnalistlərə açıqlama verən T.Yıldız "Şahdəniz-1" qazı ilə bağlı qiymətin tənzimlənməsi və "Şahdəniz-2" yatağından alınacaq təbii qazın miqdarı ilə bağlı danışıqların davam etdiyini, hələlik yekun razılığın əldə olunmadığını deyib: "Addım-addım irəliləyirik, lakin hələlik nəticə əldə olunmayıb".

T.Yıldız Azərbaycandan alınan təbii qazın qiyməti ilə bağlı təklif irəli sürdüklərini, Azərbaycanın da öz təklifini dilə gətirəcəyini söyləyərək bildirib ki, rəqəmlər üzərində iş davam edəcək. Azərbaycanın Rusiya ilə imzaladığı qaz anlaşmasından sonra Türkiyəyə satılan qazın qiymətinə dair təkliflərdə dəyişiklik olub-olmadığı haqda sualı cavablandıran T. Yıldızın sözlərinə görə, bu, arqument kimi gündəmə gələ bilər: "Bu arqument qiymətlərə nə dərəcədə təsir göstərə bilər? Bunu hörmətli Rövnəq Abdullayevdən soruşmaq lazımdır. Biz təklifimizi Azərbaycanın Rusiya ilə anlaşmasından əvvəl vermişik və onun üzərində dayanırıq".

T.Yıldız qiymət mübahisəsi ilə bağlı beynəlxalq arbitraja müraciət edilməsi ehtimalı barədə suala cavabında bunu düşünmədiklərini, tərəflərin bir-birini anladığını, bir az vaxt aparsa da, hər iki ölkənin mənafelərinə uyğun razılaşmanın əldə olunacağını bəyan edib.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Azəriqaz"da dəyişikliklər aparılacaq

Bölmənin digər xəbərləri
 
AMİP Çin səfirliyinin qarşısında aksiya keçirəcək
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Katibliyinin iclası keçirilib.

Gənclərin müəmmalı həbsi ajiotaja səbəb oldu
Baş verənlərə beynəlxalq təşkilatlar sərt reaksiya verdilər

Bazar ertəsi "Nabucco" imzalanır
Belə görünür Ankara mavi yanacağın iddia etdiyi 15 faizini ala bilmişdir

"Ümidvaram ki, bu radiolar yenidən FM-də yayımlanacaq"
Aleksis Şahtaxtinski: "Azad mətbuat olmadan demokratiyadan danışmaq olmaz"

TQDK son xəbərdarlığını etdi...
İmtahana mobil telefonla gələn abituriyentin nəticələri birmənalı olaraq ləğv ediləcək



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər