![]() |
çap et |
|
|||
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Katibliyinin iclası keçirilib. Partiyanın mətbuat və təbliğat katibi Əli Orucovun APA-ya verdiyi məlumata görə, iclasda ölkədəki ictimai-siyasi proseslər, o cümlədən də Çində baş verən hadisələr müzakirə mövzusu olub.
Yığıncaqda qərara alınıb ki, Şərqi Türküstanda uyğur türklərinə mənəvi dəstək və Çin hökumətinə etiraz əlaməti olaraq bu ölkənin Azərbaycandakı səfirliyinin binası qarşısında iyulun 16-da etiraz aksiyası keçirilsin. Əli Orucov onu da qeyd edib ki, aksiyanın keçirilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmək niyyətləri yoxdur: "Paytaxt meriyası sərbəst toplaşmaq azadlığını tanınmır və biz də aksiyanı keçirməkdə israrlıyıq". |