Hal-hazırda Ayna qəzetinin 11.07.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 11.07.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Vasitəçilər sülhün uzaqda olmadığını söylədilər
Vasitəçilər sülhün uzaqda olmadığını söylədilər
ABŞ, Rusiya və Fransa prezidentləri isə tərəfləri baza prinsiplərini qəbul etməyə çağırdılar
Şənbə, 11.07.2009

İdrak Abbasov mətn ölçüsü  

"Azərbaycan prezidenti ilə görüşdə onun iyulun 17-də Moskvada Ermənistan prezidenti ilə görüşə razılığı alınıb". Bu barədə cümə günü Rusiyanın Bakı səfirliyində keçirilən mətbuat konfransında Minsk Qrupu həmsədrləri bildiriblər.

"Görüşün yekunlarına dair heç bir sənədin imzalanması nəzərdə tutulmur", - deyə rusiyalı həmsədr Yuri Merzlyakov bildirib. Habelə o, Rusiya və Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində birgə təlimlərinin də mümkün sülhə mane olmayacağını söyləmişdir:

"Hesab etmirəm ki, Rusiya və Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində birgə təlimləri Azərbaycanda hansısa qorxu yaradır. Heç vaxt belə olmayıb. Ən azı Azərbaycan rəhbərliyi tərəfindən bu cür bəyanatlar səsləndirilməyib".

KTMT çərçivəsində Rusiyanın Ermənistana hərbi yardımlarının Dağlıq Qarabağ münaqişəsinin həllinə və Rusiyanın vasitəçi kimi bu prosesdə iştirakına təsirinin mümkünlüyü haqda sualı cavablandıran Y.Merzlyakov bildirib ki, KTMT ölkələrinin operativ reaksiya qüvvələrinin yaradılmasına dair razılaşması Rusiyanın Ermənistana yardımını yox, terrorçuluqla mübarizəni nəzərdə tutur: "Ona görə də sazişin Ermənistanı gücləndirdiyi barədə nəticə çıxarmaq lazım deyil".

Qarabağ ermənilərinin danışıqlarda iştirakının mümkünlüyü ilə bağlı suala cavabında Yuri Merzlyakov bildirib ki, bu iştirakı dəstəkləyir. Bu zaman o, Qarabağın azərbaycanlı icmasının da iştirakını istisna etməyib.

Sonra həmsədrlər İrəvanda Azərbaycan tərəfin snayperləri cəbhə xəttindən geri çəkmək istəmədiyi barədə verdikləri bəyanatı təsdiq ediblər. "Bəli, biz bunu demişik, Ermənistan və Qarabağ rəhbərliyi bunu etməyə hazırdır, özünüz nəticə çıxarın ki, buna kim hazır deyil", - deyə Merzlyakov ikimənalı fikir bildirib.

Prezident İlham Əliyevin Rusiya televiziyasına müsahibəsini şərh edən Merzlyakov qeyd edib ki, Azərbaycanda bu, "normal" qarşılanıb, lakin Ermənistanda və Qarabağda vəziyyət nisbətən çətindir. "Orada narazı olanlar var və Ermənistan rəhbərliyi üçün bir qədər çətin olacaq", - deyə Merzlyakov bildirib.

Fransalı həmsədr Bernar Fasye qeyd edib ki, hər iki prezident Praqa və Sankt-Peterburq görüşlərində nizamlanma ilə bağlı irəliləyiş əldə olunduğunu etiraf edirlər: "Hər iki prezidentin Moskvada yeni nəticələr əldə etmək əzmində olduğu hiss olunur və biz ümid edirik ki, Moskva görüşündən sonra danışıqlar finiş xəttinə çıxacaq".

Fasye "Təməl prinsiplər"in cari ilin sonuna qədər razılaşdırılacağına, gələn ilin əvvəlində isə sülh yolu ilə nizamlanma üzrə "Təməl prinsiplər"in mahiyyəti üzərində işlərin başlaya biləcəyinə ümid etdiyini bildirib.

Amerikalı həmsədr Metyu Brayza qeyd edib ki, hazırkı danışıqlar daha ciddi səviyyədə aparılır. Həmsədr görüşlərinin çox konstruktiv keçdiyini və prezidentlərin qarşıdakı görüşünün tərəqqiyə səbəb olacağına ümid bəslədiklərini deyiblər. Metyu Brayza danışıqlar prosesinin "yeni və daha ciddi" mərhələdə olduğunu, bu mərhələnin onlara ümid verdiyini söyləyib.

Mətbuat kofransında iştirak edən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Ancey Kasprşik qeyd edib ki, son vaxtlar cəbhə xəttində atışmanın intensivliyi və qurbanların sayı azalıb ki, bunu da aparılan danışıqlarla əlaqələndirmək olar.

Dünən Azərbaycan prezidenti İlham Əliyev ATƏT-in Minsk Qrupunun həmsədrlərini və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Ancey Kasprşiki qəbul edib. APA-nın xəbərinə görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Bu arada isə ABŞ, Rusiya və Fransa prezidentləri "Böyük səkkizlər"in İtaliyanın Akvil şəhərində keçirilən toplantısında Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ilə bağlı birgə bəyanatla çıxış ediblər. APA-nın xəbərinə görə, Barak Obama, Dmitri Medvedyev və Nikola Sarkozi həmsədrlərə Azərbaycan və Ermənistan prezidentlərinə baza prinsiplərinə dair son təkliflərin əks olunduğu, 2007-ci il noyabrın 29-da açıqlanmış Madrid təklifləri üzrə yeni versiyanı təqdim etməyi tapşırıb:

"Biz Azərbaycan və Ermənistan prezidentlərini qalan fikir ayrılıqlarını aradan qaldırmağa və hərtərəfli sülh planının əsasını təşkil edəcək baza prinsiplərinin razılaşdırılmasını başa çatdırmağa çağırırıq".

Barak Obama, Dmitri Medvedyev və Nikola Sarkozi əsas prinsiplərin razılaşdırılmasında Azərbaycan və Ermənistan prezidentlərinə dəstək verəcəklərini təsdiqləyiblər.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Səfirlərin Xankəndi-İrəvan-Bakı turnesi

Qarabağla bağlı forum keçirilib

Bölmənin digər xəbərləri
 
"Yüz minlərlə soydaşımızın Ermənistana qayıtmaq hüququ bərpa olunmalıdır"
Elsevər Məmmədov: "Sənədləri hazırlayırıq, Niderland parlamentində olan dostlarımız vasitəsilə məsələni qaldırmaq istəyirik"

Azərbaycanın ordu islahatları NATO-da müzakirə ediləcək
Müdafiə Nazirliyində "gərginlik"ə səbəb olan islahat hansıdır?

Pakistan generalları Azərbaycana gələcək
Bu ayın sonlarında Pakistan Silahlı Qüvvələrinin müxtəlif strukturlarının və müdafiə sənayesinin rəhbər şəxslərinin Azərbaycana səfəri gözlənir.

Türkiyə Naxçıvandakı hərbi hissələrə yardım göstərəcək
İyulun 8-də NMR Ali Məclisinin sədri Vasif Talıbov Türkiyə Silahlı Qüvvələrinin bir qrup yüksəkrütbəli zabiti ilə görüşüb.

Dünyada silah satışı artıb
Son 6 il ərzində dünyada yüngül və atıcı silahların leqal satışı təxminən 3 milyard dollar artıb.

ABŞ Polşa və Çexiyada RƏM quraşdırmayacaq
ABŞ raket əleyhinə qurğuların Polşa və Çexiyada quraşdırılmasından imtina edib.

"Avropa Birliyinin gündəmində genişlənmə planı yoxdur"
Avropa Komissiyası rəsmisi AB-nin hazırda əməkdaşlıq etdiyi ölkələrin gələcəkdə birliyə üzv olacaqlarını da istisna etmir

Sincanda uyğur türkləri irqçi hücumların hədəfində
Onlara tutulan qanlı divan bizə 20 Yanvarı xatırlatdı



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər