Hal-hazırda Ayna qəzetinin 11.07.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 11.07.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Sincanda uyğur türkləri irqçi hücumların hədəfində
Sincanda uyğur türkləri irqçi hücumların hədəfində
Onlara tutulan qanlı divan bizə 20 Yanvarı xatırlatdı
Şənbə, 11.07.2009

İsmayıl Umudlu mətn ölçüsü  

Bu həftə Çinin şimalındakı Sincan Uyğur Muxtar Bölgəsində uyğur türklərinə tutulan qanlı divanla yadda qaldı. Qan qardaşlarımıza xan şovinistləri tərəfindən tutulan bu qanlı divan öz üslubuna görə bizə qarşı Kremlin 1990-cı ildə törətdiyi "Qanlı Yanvar"ı xatırlatdı.

Çin rəsmilərinin gətirdiyi rəqəmlərə görə, baş vermiş qanlı olaylarda 156 nəfər öldürülmüş, 1080 nəfər yaralanmışdır. Tutulanların sayı 1400 nəfərdən çoxdur. Dünya Uyğur Konqresinin yaydığı məlumata görə isə, öldürülənlərin sayının 400 nəfərdən çox olduğu iddia edilir. Başqa qaynaqlar ölənlərin sayının 840 olduğunu göstərir. Öldürülənlərin bir çoxunun başına bir güllə sıxılmışdır.

Dünya Uyğur Konqresinin lideri, hazırda "Wall Streat Yournal Asia" nəşrinin yazarı Rəbiə Kader - uyğurların anası sayılan, Çin kommunist təbliğatının isə terrorçu elan etdiyi bu qadının nəcib profili dərhal dünya mediasında ön plana çıxdı. Bütün informasiyalarda onun adı mütləq xatırlanır, fikirləri yer alırdı. Rabiə Kader Çin kommunistlərinin anti-bəşəri maskasını cırır, Çin hökumətinin uyqurlara qarşı bu rəftarını pisləyirdi.

Dünya mediası Sincanda baş verən bu qanlı irqçi olaylara geniş yer verdi. Kadrlardan da açıq göründüyü kimi, Urumçi küçələrinə əllərində süngü taxılmış tüfənglər olan əsgərlər, əli zopalı, dəbilqəli və qalxanlı xüsusi təyinatlı polislər yeridilmişdir. Onların qurduqları kordonların arxasında isə mülki geyimli xanların hakimiyyət tərəfindən dəstəklənən qoçuları dayanmışlar. Küçələrdə səsgücləndirici qoyulmuş yük avtomaşınları dolaşır, onlar əhalini evlərinə dağılışmağa çağırır. Onlarca çinli küçələrdə əllərinə keçən uyğurun üstünə tökülüşür, onu linç etməyə çalışır. Üz-gözü qana bulaşmış adamlar, küçələrdə düşüb qalmış cəsədlər. Bəzi məlumatlara görə, uyğurlar başlarına bir güllə sıxılmaqla qətlə yetirilirdilər.

Hadisələr bazar günü başlandı. Uyğurlar Çinin cənubundakı Quandun şəhərində bir fabrikdə iki uyğurun xan şovinistləri tərəfindən öldürülməsinə etiraz edirdilər.

REKLAM

Zorakılıqlardan cana doymuş bu heysiyyətli adamlar Urumçinin etnik xanlar yaşayan məhəllələrinə hücum edərək iğtişaş törətmişdilər. Beləliklə, hadisələr genişlənərək başqa məntəqələrə yayılmışdı.

Qeyd edək ki, tarixən bu bölgə Şərqi Türküstan adlanır. Buranın yerli əhalisini uyğur türkləri təşkil edir. 1949-cu ildə Çin kommunist orduları Moskvanın dəstəyi ilə bu bölgəni işğal edib Çinə qatana qədər Şərqi Türküstan müstəqil dövlət olub. Mao dönəmində buraya çoxlu etnik xan köçürülərək yerləşdirilib. Diyar rəsmən Sincan Uyğur Muxtar Bölgəsi adlansa da, əsas vəzifələrdə etnik xanlar əyləşdirilib və onlar yerli xalqa qarşı basqı siyasəti, çinliləşdirmə siyasəti yürüdür, müsəlman uyğurların tarixi abidələrini planlı şəkildə yox edirlər. Məsələn, bu yaxınlarda dünya mediasında belə bir xəbər yayıldı ki, diyarın tarixi türk şəhərlərindən olan Kaşqarın (Mahmud Kaşqarinin vətəni) qədim tikintilərini dağıtmaq və yerində müasir Çin şəhəri salıb buraya xanların yeni kütləsini köçürmək planı var.

Paytaxt Urumçidə hazırda 350 min uyğur yaşadığına rəğmən, gəlmə çinlilərin sayı 1,5 milyona çatdırılıb. Diyarda və bütün Çində uyğurların sayı barədə ən müxtəlif rəqəmlər var. Çin rəsmiləri onların sayının 9 milyon olduğunu göstərir, bəzi başqa qaynaqlar 14 milyon olduqlarını qeyd edir. Uyğurlar özləri isə saylarının 50 milyona yaxın olduğunu deyirlər. Uyğur siyasi təşkilatları eynilə Tibet təşkilatları kimi, Sincanın (Uyğurstan) siyasi müstəqilliyinin bərpası uğrunda mübarizə aparır.

Əlavə edək ki, Çinin Ankaradakı müvəqqəti işlər vəkili Türkiyə XİN-ə çağırılmış və Sincanda baş vermiş kütləvi qətllər barədə izahat istənilmişdir. Müvəqqəti işlər vəkilinə deyilmişdir ki, Türkiyə baş verənlərdən ciddi narahatlıq keçirir və sakitcə durub baxa bilməz. Ankara təqsirkarların cəzalandırılmasını tələb edib və bildirib ki, türk və uyğur xalqları arasında qohumluq bağları mövcuddur, ona görə də, türklər uyğurların məşəqqətlərini bölüşür.

Öz növbəsində, xarici işlər naziri Əhməd Davudoğlu İstanbulda keçirilən Türkiyə-Körfəz Ölkələri Şurasının xarici işlər nazirləri toplantısının gündəminə Çində baş verənlər barədə bənd salmış və bununla da islam dünyasının diqqətini bu hadisəyə yönəltmişdir. Əhməd Davudoğlu və İKT sədri Ekmalaəddin İhsanoğlu arasında görüş keçirilmiş və İKT-nin bu məsələyə qarışması istənilmişdir. Baş nazir Rəcəb Tayyip Ərdoğan da baş verənlərə sərt reaksiya verərərk bildirdi ki, biz hadisələri izləyirik, lakin bu, sadəcə, bir izləmə deyildir. Türkiyənin sənaye və ticarət naziri Nihat Ergün isə uyğurların kütləvi qətllərinə cavab olaraq türk xalqını Çin mallarını boykota çağırmışdır.

Anadolu agentliyinin məlumatına görə, Dünya Uyğur Konqresinin lideri Rabiə Kader Türkiyəyə gələcəkdir. Buna Ankaranın sərt bir jesti kimi də baxmaq olar, belə ki, Pekin uyğurların qiyamının Rabiə Kader tərəfindən körükləndiyini iddia edir. Rəsmi Pekin buna belə reaksiya verdi ki, əgər Rabiə Kaderə türk vizası verilsə, bu hal Türkiyə-Çin münasibətlərini zədələyəcək. Bu arada yayılan xəbərlərə görə, tutulmuş uyğurların çoxu kütləvi şəkildə edam ediləcəklər.

Xatırladaq ki, Şərqi Türküstanın mərhum lideri İsa Yusuf Alptekin, 1949-cu ildə uyğurların milli hökuməti Çin kommunistləri tərəfindən devriləndən və ölkəsi işğal olunandan sonra Türkiyədə yaşayır və siyasi fəaliyyət göstərirdi. İsa Yusuf Alptekin Türkiyədə haqqın rəhmətinə qovuşdu.

Uyğurların Çin kommunist-millətçiləri tərəfindən kütləvi qətllərinə etiraz əlaməti olaraq Azərbaycandan Azər-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı sərt bəyanat səsləndirdi. Azərbaycanın rəsmi çevrələri isə susdu.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
"Yüz minlərlə soydaşımızın Ermənistana qayıtmaq hüququ bərpa olunmalıdır"
Elsevər Məmmədov: "Sənədləri hazırlayırıq, Niderland parlamentində olan dostlarımız vasitəsilə məsələni qaldırmaq istəyirik"

Azərbaycanın ordu islahatları NATO-da müzakirə ediləcək
Müdafiə Nazirliyində "gərginlik"ə səbəb olan islahat hansıdır?

Pakistan generalları Azərbaycana gələcək
Bu ayın sonlarında Pakistan Silahlı Qüvvələrinin müxtəlif strukturlarının və müdafiə sənayesinin rəhbər şəxslərinin Azərbaycana səfəri gözlənir.

Türkiyə Naxçıvandakı hərbi hissələrə yardım göstərəcək
İyulun 8-də NMR Ali Məclisinin sədri Vasif Talıbov Türkiyə Silahlı Qüvvələrinin bir qrup yüksəkrütbəli zabiti ilə görüşüb.

Dünyada silah satışı artıb
Son 6 il ərzində dünyada yüngül və atıcı silahların leqal satışı təxminən 3 milyard dollar artıb.

ABŞ Polşa və Çexiyada RƏM quraşdırmayacaq
ABŞ raket əleyhinə qurğuların Polşa və Çexiyada quraşdırılmasından imtina edib.

"Avropa Birliyinin gündəmində genişlənmə planı yoxdur"
Avropa Komissiyası rəsmisi AB-nin hazırda əməkdaşlıq etdiyi ölkələrin gələcəkdə birliyə üzv olacaqlarını da istisna etmir

Vasitəçilər sülhün uzaqda olmadığını söylədilər
ABŞ, Rusiya və Fransa prezidentləri isə tərəfləri baza prinsiplərini qəbul etməyə çağırdılar



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər