Hal-hazırda Ayna qəzetinin 11.07.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 11.07.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
"Avropa Birliyinin gündəmində genişlənmə planı yoxdur"
"Avropa Birliyinin gündəmində genişlənmə planı yoxdur"
Avropa Komissiyası rəsmisi AB-nin hazırda əməkdaşlıq etdiyi ölkələrin gələcəkdə birliyə üzv olacaqlarını da istisna etmir
Şənbə, 11.07.2009

S.Abbas
S.Abbas
mətn ölçüsü  

Bu ilin payızında Brüsseldə Avropa Birliyinin "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində birinci Vətəndaş Cəmiyyəti Forumunun keçirilməsi nəzərdə tutulur. "Turan"ın Strasburqdakı xüsusi müxbirinin verdiyi məlumata görə, bu barədə Avropa Komissiyasının Xarici Əlaqələr Departamentinin rəhbəri Anna-Karin Krokstad (Anna-Carin Krokstade) cümə axşamı Avropa Şurasının Yay Demokratiya Universitetinin dinləyiciləri qarşısında çıxış edərkən bildirib.

Onun sözlərinə görə, AB-nin altı postsovet ölkəsi ilə (Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna) əməkdaşlığı əhatə edən yeni "Şərq tərəfdaşlığı" təşəbbüsü dövlət qurumları ilə münasibətlərin inkişafını, habelə vətəndaş cəmiyyəti ilə dialoqun inkişaf etdirilməsini nəzərdə tutur.

"Vətəndaş cəmiyyəti və QHT-lər yeni təşəbbüslərin hazırlanmasında və hökumətlərin hesabatlılığına nəzarətdə mühüm rol oynayır. Onlar demokratik və bazar islahatlarının fəal iştirakçısı ola bilərlər", - deyə Krokstad qeyd edib.

Forumu hər il keçirmək nəzərdə tutulur. Görüşdə AB və partnyor ölkələrlə əməkdaşlığın inkişafında vətəndaş cəmiyyətinin iştirakı məsələsi müzakirə ediləcək. Bundan başqa, AB vətəndaş cəmiyyətinin hakimiyyət orqanları ilə əlaqələr qurulmasına yardım etmək niyyətindədir.

Krokstad həmçinin Avropa Komissiyasının əhalinin "Şərq tərəfdaşlığı" proqramı haqda məlumatlılıq səviyyəsinin yüksəldilməsi üzrə işlər aparmaq niyyətində olduğunu bildirib. Bu məqsədlə xüsusi heyətlərin akademik dairələr üçün seminar və kollokviumlar keçirmək məqsədilə partnyor ölkələrə səfəri nəzərdə tutulur. Bundan başqa, Brüsseldə "Şərq tərəfdaşlığı"nın iştirakçısı olan ölkələrin jurnalistləri üçün seminarlar keçiriləcək.

Krokstad qeyd edib ki, demokratiya və insan hüquqları problemi "Şərq tərəfdaşlığı" proqramının prioritet istiqamətlərindən biri olacaq. Bu mənada, Avropa Komissiyası Avropa Şurasının bu sahədə zəngin təcrübəyə malik ixtisaslaşmış monitorinq qurumlarının imkanlarından istifadə etmək niyyətindədir.

Krokstad həmçinin "Şərq tərəfdaşlığı" proqramının Rusiyanın maraqlarına qarşı yönəlmiş təşəbbüs kimi təsəvvür edilməsinin yanlış olduğunu qeyd edib. "İki mif var. Birincisi, "Şərq tərəfdaşlığı"nın antirusiya xarakteri olması haqdadır. Bu, doğru deyil. Avropa Birliyinin Rusiya ilə strateji partnyorluq haqda razılaşması var. İkinci mif "Şərq tərəfdaşlığı"nın AB-nin üstüörtülü şəkildə genişləndirilmə forması olmasıdır. Bu da belə deyil. AB-nin gündəmində genişlənmək və "Şərq tərəfdaşlığı"nın iştirakçısı olan ölkələri öz sıralarına daxil etmək məsələsi yoxdur. Lakin bu, o demək deyil ki, bu ölkələr, ümumiyyətlə, AB-nin üzvü ola bilməyəcəklər", - deyə Avropa Komissiyasının nümayəndəsi bildirib.

Bu zaman o, Rusiyanın da "Şərq tərəfdaşlığı"nın ayrı-ayrı çoxtərəfli layihələrində iştirakını istisna etməyib.

Qeyd edək ki, AB ümumilikdə "Şərq tərəfdaşlığı" çərçivəsində 2010-2013-cü illər üçün partnyor ölkələrə 600 milyon avro ayıracaq.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
"Yüz minlərlə soydaşımızın Ermənistana qayıtmaq hüququ bərpa olunmalıdır"
Elsevər Məmmədov: "Sənədləri hazırlayırıq, Niderland parlamentində olan dostlarımız vasitəsilə məsələni qaldırmaq istəyirik"

Azərbaycanın ordu islahatları NATO-da müzakirə ediləcək
Müdafiə Nazirliyində "gərginlik"ə səbəb olan islahat hansıdır?

Pakistan generalları Azərbaycana gələcək
Bu ayın sonlarında Pakistan Silahlı Qüvvələrinin müxtəlif strukturlarının və müdafiə sənayesinin rəhbər şəxslərinin Azərbaycana səfəri gözlənir.

Türkiyə Naxçıvandakı hərbi hissələrə yardım göstərəcək
İyulun 8-də NMR Ali Məclisinin sədri Vasif Talıbov Türkiyə Silahlı Qüvvələrinin bir qrup yüksəkrütbəli zabiti ilə görüşüb.

Dünyada silah satışı artıb
Son 6 il ərzində dünyada yüngül və atıcı silahların leqal satışı təxminən 3 milyard dollar artıb.

ABŞ Polşa və Çexiyada RƏM quraşdırmayacaq
ABŞ raket əleyhinə qurğuların Polşa və Çexiyada quraşdırılmasından imtina edib.

Sincanda uyğur türkləri irqçi hücumların hədəfində
Onlara tutulan qanlı divan bizə 20 Yanvarı xatırlatdı

Vasitəçilər sülhün uzaqda olmadığını söylədilər
ABŞ, Rusiya və Fransa prezidentləri isə tərəfləri baza prinsiplərini qəbul etməyə çağırdılar



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər